Свобода людям, независимость нациям!

Ayaqyoluna gedib qayıtmaya bilərlər! – Ruben Araikə, Bakı isə onların topasına ultimatum verib

4826 20.08.2023 21:30 Колумнисты A A

Qarabağın hələ ki, əlimiz çatmayan kəsimində separatçı-siçovulların didişməsi əməllicə şiddətlənib. Özlərinə cürbəcür mifik vəzifələr fikirləşib tapan bu siyasi təlxəklər BMT TŞ-nin məlum iclasındakı fiaskodan sonra xeyli pərt durumdadırlar. “Günah keçisi” axtarırlar.

Bədbəxtlər daha anlamırlar ki, günahkar hansısa Aşot, Akop, Armen yox, ümumən zəmanənin, dünyanın nəbzini tuta bilməyən hay adlı toplumun xəstə təfəkkürüdür. Bu təfəkkür yaxşıya dəyişməyincə, ermənilər “göydən yerə” enməyincə zillət və zəlalət labirintindən çıxış da olmayacaq...

Əslində TŞ-dəki 17 avqust iclasından sonra gözlənilən idi. Keçək konkretliyə.

Düşmən mediası yazır ki, Kreml “desantı”, oliqarx-dələduz Ruben Vardanyan özünü “prezident” adlandıran separatçı-başı Araik Arutunyanın üstünə kükrəyib. Faktiki ona ultimatum göndərib (Araikin “istefa”ya gedəcəyi barədə xəbərlər günlər öncə yayılıb). Guya Ara Arutunyan “prezident” kimi öz vədlərini yerinə yetirməyib, “nə yaxşı lider”, nə də “ yaxşı ali baş komandan” ola bilib, “dövləti” (dövləti e!) uçurumun astanasına gətirib.

Possibility of resignations in NK, JAMnews

Ermənistan adlı dövləti qurub qurtardılar, qaldı (s)”arsaq”...

Əlbəttə, Rubendə belə hərzə-mərzə danışmaq cəsarəti əsasən iki səbəblə bağlıdır: 1. Moskvanın sadiq “tulası” olması; 2. Təxminən milyard dollarlıq çirkli pulu, varidatı. Yoxsa ki, icma arasında nüfuzu olmayan, ümumiyyətlə, Qarabağda doğulmayan birisi it yerinə də qoyulmazdı.

Sözsüz, Rusiya çox istərdi ki, Paşinyana yaxın olan Arutunyanı daha sadiq Vardanyanla əvəzləsin. Ardınca da mümkün olarsa, şərait yetişərsə, onu Qarabağdan götürüb Ermənistana, Nikol Paşinyanın yerinə atsın. Amma Moskva ”iki daş” arasında qalıb. Bilir ki, Rubenin qondarma “dövlət nazirliyi”nə dözməyən, Qarabağda qalmasını qəbul eləməyən Bakının daha böyük qəzəbinə tuş gələcək...

Bizim üçün isə fərq eləməz, Qarabağda separatçılar kimə qənim kəsilib: bir-birinə, rusa və ya Paşinyana. “İlanın ağına da lənət, qarasına da”. Onların topası Azərbaycan Ordusunun legitim hədəfidir. Fürsət düşən kimi, ya nöqtəvi zərbələrlə məhv ediləcəklər, ya da qandallanıb Bakıya gətiriləcəklər. Meşəli və Xocalı çaqqalı Vaqif Xaçatryan kimi.

Bun da şəkk-şübhə olmasın ki, Ruben Araikin yerinə keçməsi ilə Bakının səbir kasası dolacaq və lokal hərbi əməliyyat qaçılmaza çevriləcək. Onsuz da bu şərəfsizlərin hərəkət trayektoriyası 24/7 rejimində Azərbaycanın, ordumuzun, xüsusi təyinatlılarımızın, “Bayraktar”ların nəzarətdədir. Hətta ayaq yoluna gedib qayıtmaya bilərlər. Bu günlərdə Araik özü də etiraf eləmişdi ki, evdən bayıra çıxanda, batırdan evə girəndə, fərq eləməz, gecə-gündüz izlənilir.

Odur ki, vardan-mardanyanlar üçün yeganə xilas yolu bir-bir siçan deşiyindən çıxıb, qılınclarını boyunlarından asıb təslim olmaq, Azərbaycan dövlətinin mərhəmətinə sığınmaq, əfv diləməkdir. Sonra bu da gec ola bilər. Deməyin ki, demədiniz!

Siz hələ Qarabağdan quru və ya hava yolu ilə qaçmağa cəhd göstərin, görün qaça bilirsinizmi? “İkinci erməni dövlət”ini başınıza uçurmağa bir şey qalmayıb, tələsin cənab, quldurlar...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости