Свобода людям, независимость нациям!

Ağrılı keçid: bu ləngimə Ermənistanı bitirəcək – Moskva terroru İrəvanı tələsdirməlidir!

1814 24.03.2024 17:37 Колумнисты A A

2024-cü ilin üçüncü qiymətli ayı tamamlanmaq üzrədir. Azərbaycan və Ermənistan arasında sülh anlaşması isə bütün nikbin bəyanatlar və proqnozlara rəğmən, hələlik üfüqdə də görünmür. Səbəb bəsit: çünki Nikol Paşinyan hökuməti ənənəvi ampluasına sadiqdir, real iş əvəzinə boşboğazlıqla məşğuldur və sülh imitasiyasına, baş qatmağa davam edir.

Bu da sövq-təbii təhlükəli müharibə gündəliyini daim “aktual” saxlayır. Axı istənilən atəşkəsin, istənilən sülhün alternativi müharibədir. Elə pis sülhün də.

Yeri gəlmişkən, rəsmi Bakı sülh sənədi mətninin sonuncu variantını fevral ayında İrəvana yollayıb. Əgər qarşı tərəf təzədən ona hansısa “düzəlişlər” edib bizə qaytaracaqsa, o zaman kapitulyant tərəfin gerçəkdən pozuculuqla məşğul olduğuna şəkk-şübhə qalmayacaq...

Hərgah, dünən baş nazir N.Paşinyan Gümrüdə hakim partiyanın təşəbbüs qrupu ilə görüşü zamanı bəzi diqqətçəkən fikirlər söyləyib. Misal üçün, bildirib ki, erməni şüurunda tarixi “Ermənistandan real Ermənistana çox ağrılı bir keçid” yaşanmaqdadır.

Sitat: “Hazırda iki yanaşma var: birincilər tarixi Ermənistandan real Ermənistana keçidə müqavimət göstərir, bunu məqbul saymır. İkincilər isə əksinə, bunu zərurət hesab edir və təhlükəsizliyi, rifahı, iqtisadi inkişafı Ermənistanın xoşbəxtliyinin təminatı sayırlar. Mənim yanaşmam budur ki, biz ikinci yolla getməliyik”.

Paşinyana görə, hakim partiyanın missiyası xalqın və dövlətin tarixi Ermənistandan real Ermənistana keçidinə və uzunmüddətli institusional inkişafına rəhbərlik etməkdir. “Ancaq qorxuram ki, böyük Ermənistan real Ermənistanı da tarixi Ermənistana çevirsin”, - əlavə edib.

İlk baxışda sağlam və normal mühakimə, məntiqli əndişədir. Nikol Vovayeviç bununla öz hərdəmxəyal cəmiyyətinə anlatmaq istəyir ki, əgər yenə “böyük ermənistan” mifinin əsiri olub “miatsum” axmaqlığının dalınca düşsək, əlimizdəki azdan – indiki Ermənistandan da məhrum olacağıq.

Amma və lakin baş nazir və komandası əməldə eyni xəttə sadiq qala bilirmi? Qalacaqmı, bacaracaqmı? Təəssüf ki, suala pozitiv cavab yoxdur.

Ermənistan rəhbəri Gümrüdəki çıxışında bir ifadə də işlədib: “Elə etməliyik ki, müharibə mümkünsüzə çevrilsin, lakin bu təkcə bizdən də asılı deyil”.

Xeyr, məhz sizdən asılıdır, cənab haylar! Ona görə ki, konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasının olduğu, hətta gerbi belə qonşu dövlətə torpaq iddiasını simvolizə edən (Ağrı dağı) tək ölkə Ermənistan! Nə qədər ki, həmin konstitusiya beynəlxalq hüquqa uyğunlaşdırılmayıb, İrəvan buna tələsmir, demək ki, o, sülh arzulamır. Bunun ayrı adı ola bilməz. O zaman müharibəni necə mümkünsüz eləmək olar?..

Sülhü tezləşdirməyi zəruri edən daha bir mühüm detal. Rusiyadakı son qanlı olay ilk növbədə həmsərhəd dövlətlərin terror təhlükəsinə qarşı birliyinin vacibliyini ortaya qoydu. Bunun üçünsə mehriban qonşuluq münasibətləri əsas şərtdir. Zira, bitməyən münaqişələr, müharibə vəziyyəti, xalqlar arasında ədavət beynəlxalq terrorizm üçün əlavə və münbit zəmin rolu oynayır. Ələlxüsus daxili sabitliyi kövrək olan, hakimiyyət uğrunda mübarizədə terrordan istifadənin adiləşdiyi ölkələrdə.

Sülh hoqqabazlığından bezməyən kapitulyant tərəf bunu da vaxtında ciddiyə alsa, pis olmaz. Əgər “Qafqaz qaraçıları” həqiqətən “Ermənistan” adında simvolik dövlətin dünya siyasi xəritəsində qalmasını istəyirsə, enində-sonunda Paşinyanın söz açdığı ağrılı və Ağrılı keçidi etməli olacaqlar. Məşhur məsəldə deyildiyi kimi, “Nə qədər mamaça olsa da, güc doğana (Ermənistana – Z.S.) düşər”. Və düşəcək də.

Müxtəsəri, “top” qarşı tərəfdə. Həmişəki kimi. Gerisayım bitib. Saat isə tıqqıldayır. Tələsmək zamanıdır...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости