Свобода людям, независимость нациям!

22 “səs”lə “prezident seçilən” Şahramanyan – Sonuncu QURBANLIQ

1817 09.09.2023 18:00 Колумнисты A A

Məşhur riyazi qaydanı bir azca dəyişdirsək, belə yazmaq olar: separatçıların yeri dəyişməklə cəm dəyişməz. Yəni Azərbaycandan ötrü zərrəcə fərq eləməz: Qarabağdakı ekzotik qurumun başında duran quldurun “-yan”la bitən soyadı necədir.

Çünki özünə hansı uydurma “vəzifəni” seçməsindən asılı olmayaraq, onların topası dövlətimiz üçün, yaxınlıqdakı komando qüvvələrimiz üçün legitim hədəflərdir və belə də qalacaq. “Şeytan yuvasında” heç kim özünü aldatmasın.

Söhbət Samvel Şahramanyandan gedir. Bu gün - sentyabrın 9-da o, Qarabağda qanunsuz rejimin oyuncaq parlamentində “ölkənin yeni prezidenti” seçilib (Belə də yazıblar həyasızcasına!) Şahramanyan 23 qondarma deputatdan 22-sinin “səsi” ilə mifik qurumun təzə başçısı adını qazanıb.

Cəmi 22 “səs”lə “prezident” olmaq! Gör nə günə qaldılar (Amma daha qara günləri hələ qabaqdadır...)

Beləcə, ermənilər növbəti absurda imza atmaqla indi də bu cür “Ginnesin Rekordlar kitabı”na düşəcəklər. Kitab-dəftər o yana, ən əsası, Şahramanyan artıq Ordumuzun nişangahına düşüb...

Əlbəttə, rusun arxasında gizlənən dığalar “evcik-evcik” oyununa boşuna vaxt itirirlər. Gözlənildiyi kimi, rəsmi Bakının olaya reaksiyası, obrazlı desək, Samvelə “təbriki” gecikməyib.

“Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır” – Azərbaycan XİN-Qarabağdakı seçki tamaşası ilə bağlı yaydığı məlumatda deyilir.

Bəyanatda belə bir cümlə də var: “Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaq”.

Buna şəkk-şübhə yox. Əslində şahramanyanlara və Qarabağda separatizmi qızışdıranlara axırıncı xəbərdarlıqdır bu. Nə qədər gec deyil, özlərini yığışdırmasalar, “ən bərk gedən” separatçı-quldurların bir-bir, nöqtəvi şəkildə dənlənməsi və ya oğurlanıb Bakıya gətirilməsi də başlaya bilər.

Bizdən demək. Bir də gördün komandolar, “Yaşma” qəfil gəldi. Gecə ikən. Zira, separatçıların keçmədiyi “qırmızı xətt” qalmayıb...

Diqqət edin, görün bu üzdəniraq “prezident”, təzə “qanuni oğru” nə sayıqlayır, nədən dəm vurur.

“Dövlətçiliyin möhkəmləndirilməsi”, “Artsaxın öz müqəddəratını təyinetmə hüququnun reallaşması”, “xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması” – Şahramanyanın “proqramı”nda əksini tapan tezislərdir.

“Laçın dəhlizi ilə Ermənistanla birbaşa əlaqəmiz olmalıdır, başqa yollar açıla bilər, amma dəhlizi əvəz etməməlidir. Dövlətçiliyin (?! – Z.S.) əsaslarını sarsıdan addımlara qarşı barışmaz mübarizə aparacağıq”. Bunu da o, təzə separatçı-başı Samvel söyləyib.

Zavallı, hansı dövlətçilik, hansı xalq, hansı “öz müqəddəratını təyinetmə hüququ”, hansı dəhliz? Siz hansı əsrdə, neçənci ildə ilişib qalmışınız, nə yeyib-nə içirsiniz “blokada” şəraitində? “Barıt çəlləyi” üstündə oturub nə qədər kibritlə oynamaq olar?

Dəqiq olan odur ki, xaricdəki havadarlarının küyünə gedən Samvel Şahramanyan separatçıların sonuncu “vor-zakon”-“prezident”i olacaq. Axırıncı qurbanlıq yəni.

Bir şey qalmayıb...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости