Свобода людям, независимость нациям!

19 TIR, 17 səfir, SIFIR nəticə - Oyun bitib, “oyun” davam edir...  

2214 29.07.2023 11:14 Колумнисты A A

“Böyük bacı” Fransa başda olmaqla, xarici havadarlarına arxayın olan Ermənistan Azərbaycan əleyhinə “humanitar yük” kod adlı çirkin oyuna davam edir. Gözlənildiyi kimi, artıq xaricdəki erməni lobbisi də hərəkətə gəlib və ilk olaraq, Brüsseldə Avropa Şurasının binası önündə “acından ölən” (s)arsaqlara dəstək aksiyası keçirib.

Erməni mediasının yazdığına görə, TIR-larda tez xarab olan heç nə yoxdur. Bu da sizə növbəti hay hiyləgərliyi. Deməli, siyasi tamaşanı uzatmaq və beynəlxalq gündəliyə daşımaq üçün maksimum dirəniş göstərəcəklər.

Bütün hallarda gün kimi aydındır ki, Nikol Paşinyan və dəstəsi “humanitar şou” ilə əsas 3 məqsəd güdür:

1. “Laçın” nəzarət-buraxılış məntəqəsini ləğv etdirmək mümkün olmasa da, onun əhəmiyyətini heçə endirmək (Bu, təbii ki, Rusiyanın da marağındadır).

2. Qarabağdakı erməni əhalisinin “məsələsi”nin Azərbaycanın daxili işi olmadığını dünyaya göstərib legitimləşdirmək. Ardınca Beynəlxalq nəzarət altında Bakı-Xankəndi dialoquna nail olub xunta rejimini danışıqların müstəqil tərəfinə çevirmək. Yəni Ağdam yolunu, re-inteqrasiya mövzusunu həmişəlik gündəmdən çıxarmaq.

3. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü mübahisə predmeti eləməklə yanaşı, Bakını sülh istəməyın, davakar tərəf kimi kollektiv Qərbin hədəfinə və qəzəbinə gətirmək.

Odur ki, Azərbaycan heç bir üzüyumşaqlıq edə bilməz. Bu bizim qırmızı xəttimiz. Güzəştə getsək, bizi zəif bilib yüzdə yüz gələn dəfə suverenliyimizi təhdid edən daha təhlükəli yola əl atacaqlar. Rusiya isə başqa yandan özünü komfortda hiss edəcək, separatçılarla Moskvanın birliyi möhkəmlənəcək – Qərb bunda maraqlı olmasa da.

Qısası, bu oyundan qalib çıxmamaq kimi lüksümüz yox, ola bilməz!..

O ki qaldı sərhədə baş çəkmiş səfirlərə, İrəvanın yaydığı rəsmi məlumata görə, onların sayı 17 olub: Fransa, ABŞ, Rusiya, Britaniya, İran, Hindistan, Belarus, Ukrayna, Serbiya, Bolqarıstan, İspaniya, İtaliya, İraq, Polşa, Litva, İsveçrə və Rumıniya.

Göründüyü kimi, heç də Ermənistandakı bütün səfirlər sərhədə getməyib. Məsələn, Qazaxıstan, Tacikistan, Qırğızıstan (hər üçü Ermənistanla birgə KTMT-də təmsil olunub), Türkmənistan, Moldova, Gürcüstan, Avropa Birliyinin üzvləri - Macarıstan, Estoniya, Latviya, həmçinin İsveç Norveç, Finlandiya, BMT TŞ-nin 5 daimi üzvündən biri olan Çin, habelə İraq xaric, ərəb ölkələrindən heç biri. Yəni diplomatik korpusun təxminən 2/3-i “humanitar şou”ya qoşulmaqdan imtina edib. Buna görə onlara təşəkkürlər.

Təəssüf doğuran isə əlbəttə ki, Britaniya, Ukrayna, Belarus və Serbiyanın bu siyasi tamaşada iştirakıdır. Britaniya və Belarusla işbirliyimiz bəlli. Ukraynanın haqq savaşına münasibətimiz də eləcə. Serbiyaya gəlincə, yanılmırıqsa, bu ilin sentyabrından bizdən qaz almağa başlayacaq Serbiyanın prezidenti Aleksandr Vuçiç gərək ki, Azərbaycanın dostu sayılırdı...

Amma görün erməni mediası konkret olaraq, Ukrayna və Belarus səfirlərinin sərhəddə olmasını necə təqdim edib. Tevoş Arşakyan ad-soyadlı müəllif Arnenianreport.com-dakı məqaləsində yazır: “Şübhəsiz, Ukrayna və Belarus diplomatları erməni xalqına dəstək ifadə etmək üçün Laçın dəhlizinə gəlməyiblər. Yox! Ermənistanda kimsə boşuna zənn edir ki, onlar düzəliblər. Hər şey çox sadədir - ukraynalılar və beloruslar kəşfiyyat fəaliyyəti üçün, Bakı adından diplomatik desant kimi ora yollanıblar. Əminəm, onlara tapşırılıb ki, vəziyyəti qeydə alıb öz paytaxtlarına məlumat versinlər, oradan da məlumat operativ şəkildə Azərbaycana ötürüləcək. Ermənistandakı beloruslar və ukraynalılar Bakının gözü və qulağıdır”.

Nə az, nə çox... Burda deyiblər, “yaxşılıq edib pis olmaqdansa, elə pislik edib pis olum”. Bu başdan xəstə hay tayfası doğrudan da Allahın bəşəriyyət üçün ibrət kimi yaratdığı və lənətlədiyi unikal bir məxluqat! Belə şey yalnız etməni beyninin məhsulu ola bilər. Gərək Türkə, insana, insanlığa nə qədər nifrət bəsləyəsən, öz murdar soyun haqda nə qədər yüksək fikirdə olasan ki, belə sayıqlamanı ağlından keçirəsən və hələ üstəlik, qələmə alıb ictimailəşdirəsən.

Fəqət, əbəs cəhdlərdir. Ola bilsin, başımız bir az ağrıyacaq, ancaq yekunda biz deyən olacaq, inşallah. Prezident köməkçisi Hikmət Hacıyevin təbirincə, oyun bitib, cənab dığalar. Həm də çoxdan...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости