Свобода людям, независимость нациям!

10 noyabr sənədini “basdırıb” üstündə yas quran Rusiya – Qarabağ Pyotrun mirası deyil!  

2271 16.07.2023 12:53 Колумнисты A A

Rusiya Azərbaycandan mümkün olmayanı xahiş, hətta tələb edir. Özü də buna heç bir haqqı, tarixi-hüquqi əsası olmaya-olmaya! Sanki Qarabağ bizim suveren ərazimiz yox, İ Pyotrdan rusa qalan mirasmış.

Ötən həftə Maşa Zaxarova gorbagor olmuş “Laçın dəhlizi” ilə bağlı nəsə mızıldanmışdı. Baş diplomatımız Ceyhun Bayramov cavabını artıqlaması ilə verdi. Təxminən “İt hürər, karvan keçər” şəklində. Bu dəfə Sergey Lavrov-Kələntərovun XIN-i üstünə bir az da qoyaraq “stəkanda fırtına” yaradıb. Ərazi bütövlüyümüzü ikibaşlı cümlələrlə şübhə altına alıb.

Sadalananların fonunda nəzarətimizdən müvəqqəti kənarda olan Xocalı aeroportunda Rusiya, Ermənistan bayraqları və oyuncaq rejimin əski parçasının yan-yana asılması, Qarabağ üzərindən uçan mülki təyyarələrimizə məhz Xocalıdakı hava limanından radio-əngəllər yaradılması gərək ki, təəccüb doğurmasın.

 WhatsApp Image 2023-07-16 at 12.59.18.jpeg (148 KB)

Təkrar edirik, söhbət hansısa ermənipərəst rusiyalı ekspertin mövqeyindən yox, Rusiya dövlətinin rəsmi yanaşmasından gedir. Hələ “quyruqları” Ukraynada qapı arasında qalıb bu hoqqadan çıxırlar, gör əl-qolları sərbəst olsaydı, nələr eşidərdik...

Azərbaycan XİN-in Rusiyanın demarşına cavabı tam yerində: operativ, adekvat və bir az da təmkinli. Söz düşmüşkən, ifritəlikdə şimal qonşumuzdan geri qalmayan Fransadan da neçə vaxtdır oxşar bəyanatlar səslənir. Makron o gün deməmişdimi ki, mən Ermənistanı Nikol Paşinyanın özündən çox müdafiə edirəm və edəcəyəm? Hələ ayrı şeylər də çərənləmişdi.

Uzun zamandır ermənidən çox erməni olmağa çalışan rusiyalı politoloqlar da elə bunu deyirlər ki, madam İrəvan hökuməti Qarabağı Azərbaycan hesab edir, onda Moskvadan nə istəyirsiniz? Yəni ki, Paşinyan bununla guya ilk növbədə öz xalqına qarşı böyük günah, qəbahət işlətməklə yanaşı, rus maraqlarını satıb, hətta “böyük bacı”sına belə xəyanət edib.

Halbuki Ermənistan rəhbəri sadəcə, ilk dəfə bir azca praqmatizm göstərməyə məcbur qalaraq sözdə beynəlxalq hüquqa azacıq sayğı ifadə edib. Vəssalam. Yalnızca bu. Elə bil dünya qopub, Rusiyanın gəmiləri batıb, Türk düşmənlərinin yuxusu qaçıb.

O beynəlxalq hüquq ki, Moskva onu Gürcüstanda, Ukraynada, Moldovada on illərdir ayaqaltı edir. Rusiya XİN-in son bəyanatından göründüyü kimi, Azərbaycanda da məmnuniyyətlə eyni işi görərdi. Bu isə olmayacaq. Biz nə Gürcüstan və Moldovayıq, nə də Ukrayna.

Doğru, Azərbaycan Rusiya ilə daima yaxşı münasibət saxlamalıdır. Lakin bu qarşılıqlı olmalıdır. Yoxsa ki, “səni sevəcəyəm, sən sevməsən də...”

Rusiya XİN-in yanaşmasından isə qənaət hasil olur ki, Paşinyan Praqada Azərbaycanın Qarabağ da daxil, 86.6 min kv km-lik ərazi bütövlüyünü tanımaqla az qala cinayətə yol verib (“Valday” forumunda Putin bunu Nikola irad da tutmuşdu, təbii ki, ən əvvəl erməni radikal revanşistləri, “5-ci kolon”u Paşinyana qarşı qızışdırmaq, kövrək sülh prosesini pozmaq üçün!)

Niyə? Nədən rəsmi Moskva bu qədər narahatdlr? Məgər o, bizim ərazi bütövlüyümüzü tanımır? Axı Putin 44 günlük müharibədən dərhal sonra başqa söz demişdi. Hamısı internet resurslarında var. O zaman bu nə riyakarlıqdır belə?

Bəli, Rusiya çox istəyir ki, Qarabağda əbədi qalsın. Bakı burada öz suveren hüquqlarını tam bərpa edə bilməsin. Bilirik, 2025 yaxınlaşdıqca bundan ötrü min oyundan çıxacaq. Artıq aydındır ki, “Donbas ssenarisi”ni də sınaqdan çıxara, pasportlar paylaya bilərlər. Şər deməsən, xeyir gəlməz, indidən hazır olmalıyıq...

Kremlin son anti-Azərbaycan bəyanatının Ərdoğanın “sülhməramlılar”la bağlı məlum açıqlamasından cəmi bir neçə gün sonra verilməsi də təsadüfi deyil (Türkiyə lideri ümid etdiyini bildirmişdi ki, Putin 2025-ci ildə vədinə əməl edəcək, hərbi kontingent Qarabağdan çıxarılacaq). Eləcə də Ərdoğanın “Azov”çuları Ukraynaya qaytarması və Qərbə ünvanlı bəzi digər reveransları, sözsüz ki, Kremlin xoşuna gəlməyib. Görünür əvəzini həm də bu cür çıxır.

Yəni bu, qardaş Türkiyəyə də bir etiraz, mesajdır. Amma və lakin Moskva nədən birdən-birə bölgənin iki vazkeçilməz və sanballı dövlətini – Azərbaycan və Türkiyəni özümə düşmən eləsin ki? Bunca düşmənləri ola-ola, getdikcə daha da ağırlaşan sanksiyalardan, yarım-blokadadan əziyyət çəkə-çəkə? Nəyə xatir? Bir ovuc erməni nankor-şərəfsizə görə? Məgər Kremldə bunu da bilmirlər ki, Azərbaycana meydan oxumaq Türkiyəyə meydan oxumaqdır? Eləcə də bizim digər ən yaxın dost müttəfiqlərimizə...

Yerdə nə qaldı?

Belə çıxır, Ermənistanın, Kremlin tək problemi “qərbçi” Paşinyandır və onun yerinə gələn rusiyapərəstin biri Azərbaycanın ərazi bütövlüyünü tanımayacaq? 10 noyabr kapitulyasiya sənədindən imtina edəcək? Gerçəkdənmi Rusiyaya bu lazımdır?

10 noyabr sənədi yoxsa, Qarabağda Rusiya da yoxdur. Olmayacaq. “Tı kto takoy, davay do svidaniya”. Ondan sonra Azərbaycan nə edəcəyini yaxşı bilir. Onsuz da Moskva öz əli ilə həmin sənədi dəfn edib. 4-cü bənd (qanunsuz erməni hərbi dəstələrinin çıxarılması) 3 ildir yerinə yetirilmir, 9-ci bənd (Naxçıvanla quru və maneəsiz əlaqə) icra olunmur. O zaman faktiki qüvvədən düşmüş bir anlaşmaya görə yas tutmağın anlamı nə? Hansı “Laçın dəhlizi”ndən dəm vurulur?

Şuşa Bəyannaməsi isə var və əbədilikdir. Bunu da yaxşı olar Kremldəkilər, Lavrov-Kələntərovun şər-şeytan ofisində yaddan çıxarmasınlar...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости