Свобода людям, независимость нациям!

Zori Balayanın “Ocağı”nı “üfürən” ölkənin səfiri niyə Şuşaya getmir?

1640 16.07.2022 10:00 Колумнисты A A

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun Şuşa şəhərinə səfərindən sonra ermənilər yasa batmışdılar. Rusiyalı diplomatın Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə Şuşa qalasının qarşısındakı birgə fotolarını heç gözləmirdilər. 

Axı separatçılar Rusiya bayrağı qaldırır, Ukraynadakı separatçılara “yardım” yollayır, Moskvaya gizli səfərlər edir, efirə çıxır, dəstək alırdılar. Ancaq “nəticə” ortada, Rusiyanın Bakıdakı elçisi Zəfər yolu ilə Şuşaya səfər edib, ermənilərin işğal dönəmində Şuşanı nə kökə saldıqlarını öz gözləri ilə gördü və bununla da Şuşanın Azərbaycanın ayrılmaz hissəsi olması ilə bağlı aksiomu təsdiqləmiş oldu.

Azərbaycan dövlətinin qəti, prinsipial mövqeyi və Rusiyanın üzləşdiyi mövcud çətinliklər öz bəhrəsini verdi: Sergey Lavrov Minsk Qrupunun “öldüyünü” bəyan edəndə də ermənilərə dağ çəkmişdi. Ardınca Solovyovun bülbül kimi cəh-cəh vuraraq Azərbaycandan iki dəfə üzr istəməsini də bu siyahıya əlavə edə bilərik. Beləliklə, Rusiya Ermənistan və erməniçiliyə 44 günlük müharibə dönəmində olduğu kimi, arxa çevirməkdədir.

Amma əvəzində ABŞ-da erməni faşizminin dirçəldilməsinə yönəlik cəhdləri müşahidə etməkdəyik. 1992-ci ildə Azərbaycana qarşı əsassız olaraq qəbul edilmiş sanksiyanın - “907-ci düzəliş”in birdəfəlik ləğvinə əli getməyən Birləşmiş Ştatlar Ermənistanın işğalçı, terrorçu, şovinist siyasətinə dolayısı ilə maliyyə dəstəyi verir. Əksini necə düşünmək olar? Qonşusunun ərazisini işğalda saxlayan ölkəyə necə yardım ayırmaq, hətta bunu müzakirəyə çıxartmaq olar?!

Amma nəinki işğalçı Ermənistana, hətta separatçı Qarabağ ermənilərinə də 2 milyarddan çox maliyyə ayrılıb indiyədək “humanitar” adı altında. Elə bu həftə işğaldan azad olunmuş ərazilərimizdə iki mina partlayışı baş verdi, ermənilərin darmadağın etdiyi əraziləri bərpa edən insanlarımız minadan zərər çəkirlər. Amma ABŞ maliyyəni bir ovuc qalmış separatçılara ayırır. Hansı ki, nə Gürcüstan, nə Ukrayna, nə də Moldova separatçılarına eyni münasibət göstərilmir. Niyə? Qarabağ separatçıları ABŞ üçün göydən zənbildə düşüb?!

Bir xatırlatma edək: 2020-ci ilin iyulunda, elə bu günlərdə ABŞ Konqresinin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanıyan 296 saylı düzəliş qəbul edildi. Həmin düzəlişdə qeyd olunmuşdu ki, ABŞ Dövlət Katibi müdafiə naziri ilə birlikdə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan respublikalarında məcburi köçkünlərin statusu barədə Konqresin müvafiq komitələrinə 180 gündən gec olmamaq şərtilə hesabat verməlidir. Həmin düzəlişlə Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənirdi. Üstəlik, işğal olunmuş ərazilərdə köçkün düşmüş və həmin ərazilərdə həyatını itirmiş vətəndaşlar barədə məlumatın hazırlanaraq Müdafiə Departamenti ilə birlikdə Konqresə təqdim olunmalı idi.

Üstündən iki il keçib, nə oldu həmin düzəlişin axırı? Məntiqlə proseslər işğalçı kimi tanınan Ermənistana qarşı sanksiya mexanizminin işə salınmasına gətirib çıxartmalı idi axı. Amma əvəzində ABŞ yenə də Ermənistanı və Qarabağdakı separatçıları, terrorçuları sevindirmək üçün əlindən gələni edir.

Budur, ABŞ Nümayəndələr Palatası 2023-cü Maliyyə İli üçün Milli Müdafiə Aktına Dəyişikliklər (NDAA - HR 7900) layihəsi qəbul edib. Absurd iddialardır. Düzdür, ABŞ Nümayəndələr Palatasında çoxluq hazırda hakim Demokrat Partiyasının əlindədir. Palatanın spikeri Nensi Pelosi qatı ermənipərəst, Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqeyi ilə seçilən siyasətçilərdən sayılır. Amma söhbət qos-qocaman, ali dəyərləri hər şeydən üstün tutduğunu daim bəyan edən supergücdən, “demokratiyanın beşiyi”ndən gedir. Həm də antiterror əməliyyatlarında Azərbaycanın müttəfiqlik etdiyi dövlətdən. Bir qrup erməni, yaxud erməni pulları ilə yemlənənlərin mövqeyi nəhəng ölkə, supergücdən üstünmü oldu ki, sonda öz ərazilərini təkbaşına işğaldan azad etmiş Azərbaycanın üstünə gəldilər yenə? Ermənistanın Qarabağdakı cinayətlərini araşdırmaq, beynəlxalq tribunalda məhşər ayağına çəkmək əvəzinə, “Azərbaycanın Dağlıq Qarabağdakı hərbi fəaliyyətinin araşdırılmasını tələb etmək” istəyirlər. Sadəcə, ayıb!

ABŞ-da hansısa sürücü yol polisinə əyri baxanda dərhal silah tətbiq olunur, ölümünə döyülür, qolları belində asfalta sərirlər beləsini. Amma Azərbaycan ərazisində terror fəaliyyəti ilə məşğul olan erməni banditlərini azad etməyə çağırış edirlər. Heç 1-ci Qarabağ müharibəsində itkin düşən 4 min azərbaycanlının taleyi barədə Ermənistanı sorğu-sual etmir ANCA-nın sifarişini icra edənlər!

Türkiyə Ermənistana humanist münasibət sərgiləyir, sərhədlərini açmağa başlayıb, hava yolu ermənilərin ixtiyarındadır. ABŞ isə “F-16" döyüş təyyarələrinin Türkiyəyə satışına məhdudiyyətin yollarını arayır, pilotsuz aparatların peşindədirlər hələ də. Azərbaycanın da mövqeyi budur ki, nəhayət, erməni revanşistlər ”daşı ətəyindən töksün", bölgədə huzur yaransın, ermənilər də faydalansın durumdan, adam kimi yaşasınlar. Lakin bu humanizmi dəyərləndirmək əvəzinə, sönmüş “ocağ”ı yenidən alışdırmaq istəyir odun üstünə su tökməli olanlar.

Bu, dolayısı ilə qatil Zori Balayanın çatdığı “Ocağ”ı üfürməkdir. Yaraşdırmadıq ABŞ kimi nəhəngə. Hələ üstəlik, indi-indi yeni həmsədr təyin edir...

ABŞ-ın bu davranışları Azərbaycanda Qərbə “stavka” edənləri də pis vəziyyətə qoyub. Heç olmasa tezliklə Ağ Evin Bakıdakı elçisinin Şuşadan şəkil paylaşmasını gözləyirik. Boçarnikov nümunəsi ortada...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости