Свобода людям, независимость нациям!

Zelenski üçün “resept”

2368 21.07.2024 23:00 Колумнисты A A

Prezident  İlham Əliyevin  cavabı əlbəttə, yenə diplomatik çərçivələr səviyyəsindədir, amma  o fikirlərdə Ukrayna münaqişəsinin hazırkı vəziyyətinin real mənzərəsi də var, hətta  çıxış yolları da... 

Ukraynada davam edən müharibə dünyanın bir  nömrəli  mövzusu olaraq qalır. Bu səbəbdən iyulun 20-22-də Şuşada keçirilmiş beynəlxalq media forumda Azərbaycan Prezidenti İlham Əliyevə bu mövzuda da sual ümvanlanması gözlənilməz olmadı.   

Dövlət başçısı dedi ki,  münaqişə ilə bağlı müəyyən vasitəçilik səyləri var, ancaq bu, əlbəttə, hər iki tərəfdən asılı olan məsələdir, hər iki tərəf danışıqlar aparmağa hazırdırmı: “Zənnimcə, danışmaq lazımdır. Sizə bir analogiya gətirə bilərəm: bizim münaqişə davam etdiyi dövrdə Ermənistanla daimi prosesimiz var idi. Əlbəttə, onun heç bir nəticəsi olmadı, ancaq bu proses davam edirdi.

669be17c6a299669be17c6a29a1721491835669be17c6a295669be17c6a297.jpg (122 KB)

ATƏT-in keçmiş Minsk  Qrupu, - biz onların fəaliyyətindən narazı idik və buna haqqımız da var idi, ancaq buna baxmayaraq, bu proses davam edirdi, danışıqlar var idi. Mən Ermənistanın liderləri ilə dəfələrlə görüşmüşəm, indiki hakimiyyət və ondan əvvəlki prezidentlərlə də danışıqlar aparmışam. Ona baxmayaraq ki, əvvəlki iki prezident Azərbaycana qarşı soyqırımı törədənlər, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi. Bu, mənim üçün heç də xoşagələn hal deyildi ki, mən məcbur onlarla əl ilə görüşürdüm. Ancaq mən bunu sülh naminə və ərazilərimizin azad edilməsi naminə edirdim və Prezident olaraq bütün hisslərimi, bütün emosiyalarımı kənara qoymalı idim. Yəni  sən bu vəzifəni daşıyırsansa, emosiyalarını kənara qoyacaqsan. Həmin görüşlər bizə kömək etdimi ərazilərimizi bərpa edək? Məncə bəli, onların xeyri oldu. Detallara varmaq istəmirəm, ancaq bir çoxları anlayır, mən nə haqda danışıram və bütün o illər ərzində biz bunu edirdik. Elə bir dövr var idi ki, biz atəşkəsə razı olmalı olduq. Bu, 1994-cü ildə baş verdi. Bu, çox çətin qərar idi, sizi əmin edirəm və dəfələrlə Qərb ölkələrindən gələn qonaqlar mənə sual verirdilər, bu məsələ necə həll edilə bilər? Mən onlara deyirdim: mənim atam Azərbaycanı məndən az sevmirdi və ya hər hansı bir azərbaycanlıdan az sevmirdi. Ancaq o, məcburən 1994-cü ildə bu atəşkəsə razı oldu, çünki ölkəni xilas etməli idi. O zaman Azərbaycanın faktiki olaraq ordusu yox idi. Biz ordumuzu hələ yeni qururduq və bu proses sonra davam etdi və bu gün biz qürur duya biləcəyimiz ordu qurmuşuq. Əlbəttə, insan bəzən çətin qərarlar verməli olur və şəxsən mən 17 il idi ki, Prezident idim Qarabağı azad edərkən. Lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim prezident olacaqdı. Yəni, bunun heç bir fərqi yoxdur. Bu hadisə bəlkə də bundan 50 il sonra baş verəcəkdi. Yəni burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil, fərq etməz lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi və bizim tarixdən dərslərimiz olub. Təkrar edirəm, bəzən biz çətin qərarlar verməli idik ki, əsas məqsədimizə çataq.Yəni bu, uzun bir hekayədir. Ancaq bu baxımdan Azərbaycanın təcrübəsi maraqlı ola bilər”. 

Zənnimcə, dövlət başçısının bu cavabı Zelenski üçün “resept” ola bilər. İlham Əliyevin cavabı əlbəttə, yenə diplomatik çərçivələr səviyyəsindədir, amma o fikirlərdə Ukrayna münaqişəsinin hazırkı vəziyyətinin real mənzərisi də var, çıxış yolları da... Prezident Əliyev Zelenskini heç nəyə təhrik etmir, heç bir məsləhət vermir, sadəcə, ağır münaqişədən ağıllı və düşünülmüş siyasətlə necə qalib çıxmaqla bağlı şəxsən özünün, Azərbaycanın təcrübəsini təqdim edir. İbratamizdir, qalib liderin hekayətidir və məncə, həmin görüşə damğa vuran açıqlamadır. 

Zamanında biz də dəfələrlə yazmışdıq ki, birincisi, əgər  Ukraynanın dövlət rəhbərliyində Heydər Əliyev kimi təcrübəli lider oldsaydı, bu münaqişə heç vaxt baş verməzdi. İkincisi, Ukraynanın mütləq “nəfəs almağa” ehtiyacı var ki, heç olmasa dövlətin qalan ərazilərinə nəzarətini itirməsin. 

1674673226090-812-e-74-a-506-f-3-abae-25-a-51616-f-8551141.jpg (329 KB)

İndi baxın: hətta Kiyev meri Kliçko təəccüblü dərəcədə tutarlı fikirlər səsləndirib. Deyib ki, Zelenski yəqin ki, referendum keçiməli olacaq,  çünki o, xalq tərəfindən legitimləşdirilmədən təkbaşına “ağrılı və vacib razılaşmalar verə bilməyəcək”.   Zelenski də Rusiya ilə danışıqları istisna etməyib. BBC-yə müsahibəsində  bildirib ki, Ukrayna bu ilin sonuna qədər “Rusiya ilə müharibənin qaynar mərhələsini” başa vura bilər. “Sonuncu ukraynayılayadək Rusiya ilə döyüşə”səsləyən, İstanbul razılaşmasının qarşısını alan  Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson belə indi  ağıllanıb. O da deyib ki, Trampın hakimiyyətə qayıdışı münaqişəni dayandıra bilər. Amma Conson yenə o fikrində qalır ki, Rusiya ən azı 2022-ci ildə mövcud olan sərhədlərə geri çəkilməli olacaq. Gələcək münaqişələrin və qeyri-müəyyənliyin qarşısını almaq üçün isə “Ukraynanın qalan hissəsi Aİ və NATO çərçivəsində öz müqəddəratını seçə bilən azad ölkə kimi tanınmalıdır”.  Lakin Putin birmənalı olaraq bildirib ki, “DXR”, “LXR”, Xerson və Zaporojye vilayətlərini  Rusiyanın inzibati sərhədləri daxilində alacaq. 

Ukrayna xalqı mümkün referendumda hansı ağrılı qərarlara razılaşa bilər, bu hələ məlum deyil. Amma bu mümaqişədən ən çox əziyyət çəkən nə Zelenskidir, nə onun hakimiyyətdəki adamları. Ukrayna xalqı bu münaqişənin əsas qurbanıdır...

Nazim SABİROĞLU, 
Musavat.com  

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости