Свобода людям, независимость нациям!

Zelenski o cür deyibmi, deyibsə, niyə deyib?

5321 03.05.2022 07:06 Колумнисты A A

Ukrayna prezidenti Vladimir Zelenskinin Yunanıstan telekanalına verdiyi müsahibədə Türkiyənin rus turistləri qəbul etməsinə qarşı dedikləri həm Türkiyədə, həm də Azərbaycanda yaxşı qarşılanmayıb.

Öncə deyək ki, Zelenskinin adından yayılan açıqlama bu cürdür: "Vəziyyəti belə idarə edə bilməzsiniz, bu, ikili standartdır. Bu, qətiyyən doğru deyil. Həqiqət tərəfdarısınız, yoxsa yox? Bir seçim etməlisiniz. Prezident kimi deməliyəm ki, əgər biz dostluq münasibətləri qurmaq istəyiriksə, bu, baş verməyəcək”.

Birincisi, açıqlamanın Türkiyə ilə barışmaz düşmən olan Yunanıstanın millətçi telekanalının efirindən yayılmasını nəzərə alsaq, Zelenskinin həqiqətən belə dediyi, məhz bu fikrin ümumi çıxışın kontekstdən çıxarılmış parçası olub-olmadığı bəlli deyil. Ona görə də heç kəs dərhal öz üzərinə asıcı-kəsici funksiyası götürüb, Ukraynaya edilmiş yardımları baş qaxıncı etməsə yaxşıdır.

56.jpg (44 KB)

Hətta Zelenski belə demiş olsa da, bundan sonra bu istiqamətdəki fikirlərini dərinləşdirib həm Türkiyəni, həm də Azərbaycanı açıq-açıq ittiham etsə də, bu, Rusiyanın Ukraynaya hərbi təcavüzünə bəraət qazandırmağa səbəb ola bilməz. Prezidentin yanlış fikirlər səsləndirməsi, xoşagəlməz ittihamlar irəli sürməsi onun dövlətini və xalqını haqsız etmir.

Qeyd edək ki, Rusiyada, Türkiyədə, eləcə də Azərbaycanda Zelenskinin və ya Ukrayna dövlətinin rəhbərliyində təmsil olunan başqa birinin bu kimi yanlış sözlərini səbirsizliklə gözləyənlər vardı. Ona görə ki, onlar Ukraynanı haqlı sayanlara qarşı “gördünüzmü” ritorik sualı ilə başlayan cümlələr qursunlar və özlərinin anti-Ukrayna mövqelərinə haqq qazandırsınlar.

Əgər Zelenski elə bir söz deyibsə, bu, onların çoxdan gözlədiyi günün yetişməsi deməkdir.

zadd.jpg (292 KB)

Bəs Zelenski nədən belə fikirlər söyləsin?

Adamın ölkəsi dağıdıcı müharibəyə cəlb olunub, şəhərləri xaraba qalır, yolları, körpüləri dağılır, gənc-gənc insanları döyüşlərdə həlak olur, mülki vətəndaşları qırılır, milyonlarla sakini qaçqına çevrilir və o, belə bir gərgin psixoloji durumdaykən hamıdan yardım, kömək, dəstək gözləyir.

Zelenski hesab edir ki, Rusiyanı durdurmağın yeganə yolu onun beynəlxalq müstəvidə “üzdəniraq dövlət”ə çevrillməsi, bütün qonşularıyla, hətta uzaqdakı partnyorları ilə əlaqələrinin sıfıra endirilməsidir.

Bu baxımdan o, bundan əvvəl ABŞ-dan, Avropa ölkələrindən nə qədər çox şey umduğunu öz çıxışlarında dəfələrlə göstərib və onların ünvanına da ittihamlar səsləndirib.

Fəqət, bu, elə məsələdir ki, burada hədd gözləmək lazımdır. Bu kimi tələblər bir yerdən sonra ittiham olunan dövlətin suverenitet əndazəsini içəriyə doğru aşır. Elə çıxır ki, Ukrayna hücuma məruz qalıb deyə 100 ilin suveren dövlətləri öz maraq və mənafelərini bir kənara atmalıdır və bu ölkənin rəhbərlərinin dediklərinə, direktivlərinə uyğun siyasət yeritməlidir.

Əlbəttə, belə də ola bilməz. Bir mərhələdən sonra tələblər, umacaqlar geritəpmə verə bilər və başqa dövlətlər neytral mövqedə durarlar, nəticədə aqressiya qurbanı ilə aqressor meydanda təkbətək qalar.

Gerçəkdən Zelenski Türkiyənin turizm siyasətini bu şəkildə tənqid edibsə, o zaman birmənalı olaraq demək olar ki, prezident haqsızdır. Çünki rus turistlərin tətil üçün Türkiyəyə axışması heç də Rusiyanı hərbi (hətta iqtisadi) baxımdan gücləndirmir, əksinə, zəiflədir. Çünki insanlar ölkəyə valyuta lazım olduğu bir dövrdə öz avro və dollarlarını başqa ölkədə xərcləməyə gedirlər.

Bayraktar_TB2_Ukrainian_Navy.jpg (231 KB)

İkincisi, turizmdən Türkiyənin büdcəsinə gələn böyük pullar bu ölkənin iqtisadiyyatını, dolayısı ilə hərbi sənayesini gücləndirir və bundan Ukraynaya da pay düşür – həm silah şəklində, həm də humanitar yardım olaraq.

Məsələnin bir tərəfi də odur ki, fevralın 24-dən, müharibə başlayandan bəri Ukraynalı siyasilər və hərbçilər dəfələrlə Türkiyənin ünvanına xoş sözlər deyirdilər. Hətta hər uğurlu əməliyyatdan sonra Rusiya ordusuna zərbənin Türkiyədən alınmış silahlarla vurulmasının xüsusi vurğulanması zaman-zaman şübhə doğururdu. Nədən Almaniya, ABŞ, İngiltərə silahlarının önəmi qabardılmır, amma Avropa mediasında eyzən Türkiyənin adı hallandırılır?

58.jpg (205 KB)

Belə şübhələr vardı ki, bu, ABŞ və NATO-nun göstərişi ilə edilir ki, Rusiya Türkiyəyə qarşı aqressivləşsin, Türkiyə neytral mövqedə qala bilməsin, üzərinə götürdüyü sülhyaradıcı missiyadan imtina etsin və müharibəyə qoşulsun.

Bu versiyanın nə dərəcədə həqiqət olduğu sonralar ortaya çıxacaq.

İndilikdə isə Ukrayna və Türkiyə arasında münasibətlər gərginləşməsə yaxşıdır. Çünki Ukrayna xalqı yazıqdır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости