Свобода людям, независимость нациям!

Zəfər Paradı: Silah və Şəhid qanı ilə yazılan yeni tarix!

2044 10.12.2020 12:42 Повестка дня A A

 

Bu günləri görmək özü Allahın millətimizə lütfüdür!

Azərbaycan Ordusu, özünün Ali Baş Komandanının rəhbərliyi altında üstün ağıl və qəhrəmanlıq, böyük şücaət göstərərək, bir millətin qədərini dəyişdirdi. Tarix yazdı, məğlubiyyət təqvimlərini sıfırladı, təqvimə Zəfər Günü saldı! Ordumuz ən yeni tariximizi qan və silahla yazdı, torpaqlarımızı düşməndən təmizlədi, işğalçı Ermənistana, onun havadarlarına və dünya ermənizminə böyük, unudulmayacaq bir dərs verdi.

Erməniçilik 130 il ərzində hansı nöqtələrə gəlmişdisə, həmin nöqtələrin mütləq əksəriyyətindən geri püskürdüldü. Azərbaycanın torpaqlarını işğal altına alanda, Ermənistana və silahlı erməni qüvvələrinə qarşı BMT səviyyəsində qətnamələr qəbul edilmişdi.

Ermənistan və dünya ermənizminin başlatdığı Dağlıq Qarabağ konfilikti üçün dünyanın seçkin güclərindən olan ATƏT ''Minsk Qrupu'' adlı oluşum yaratmışdı. Üzdə guya konflikti həll edirdi, edəcəkdi bu qurumlar.

Lakin bütün bu siyasətin, ''Minsk Qrupu'' adlı saxtakar qurumun həmsədrlərinin yalnız bir gizli (bəziləri üçün aşkar) məqsədləri vardı: Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq. Azərbaycan xalqı, dövləti son 30 il ərzində dünya güclərinin bu siyasətinə qarşı dirəndi, ona imkan vermədi və Ordusunu gücləndirməyə başladı. Bu 30 il ərzində yeni nəsillər səhnəyə çıxdı, Qarabağ işğaldaykən doğulan uşaqlar orduya alındı, zabit oldu, cəmiyyətin digər nöqtələrində mövqe sahibləri oldular. Azərbaycan Prezidenti illərlə öz millətini və xüsusən də gəncliyi vətənpərvərlik ruhu ilə, ideya və şüarları ilə ayaqda tutmağa çalışdı. Onun illər öncə etdiyi bəzi hərəkətlər ölkəyə, dünyaya və gələcəyə mesajlar idi.

2009-cu ildə "Sürix protokolları"na qarşı dirənməsi, 2012-ci ildə Ramil Səfərovun Budapeşt zindanından və dünya erməni lobbisinin caynaqlarından xilası əməliyyatı, 2014 və 2016-cı illərdə işğal altındakı torpaqlarda keçirilən lokal və yoxlama məqsədli hərbi əməliyyatlar, beynəlxalq tribunalardakı kompromissiz çıxış və davranışları, ordu quruculuğuna verdiyi xüsusi diqqət, son illərdə öz komandasında apardığı köklü islahatlar...

Bütün bunlar onu göstərirdi ki, Azərbaycan rəhbəri öz ölkəsini və Ordusunu Vətən müharibəsinə hazırlayır və ilk əlverişli, uyğun zamanda işğalçı güclərə qarşı son savaşa qalxacaq. Bütün bunlar oldu, 12 illik bir hazırlıq Vətən müharibəsi modeli ilə Azərbaycanın işğaldakı torpaqlarının azad edilməsi ilə nəticələndi, Dağlıq Qarabağın statusu ləğv edildi, Ermənistan ordusu və onun təcavüzə hər zaman dəstək verən xalqı darmadağın edildi.

BMT və ATƏT-in həll edə bilmədiyi bir konflikti yeni nəsil zabit və əsgərləri ilə ordumuz, Azərbaycan xalqı ilə birlikdə prezident İlham Əliyev həll etdi. Bu gün biz məhz bu əlamətdar prosesi Zəfər Günü ilə özətləyərək, qələbə paradı kimi qeyd edirik. Müzəffər Ordumuz və qalib Ali Baş Komandan, onların da arxasında bütün ləyaqəti, fədakarlığı ilə dayanan Xalq olaraq! Azərbaycan Xalqı 2020 -ci il üçün dünyada İLİN XALQI elan olunmağı da haqq edib.

Allah Şəhidlərimizə rəhmət etsin, məkanları Cənnət olsun!

Bu günü hər şeydən öncə, onlara borcluyuq!

Qazilərimizə, Vətən uğrunda döyüşərək, yaralanmış bütün övladlarımıza Allahdan şəfa və qüvvət diləyirik!

Yaşasın Xalqımız, yaşasın Ordumuz, yaşasın Ali Baş Komandan!

Var olsun Türkiyə, var olsun Türk Ordusu, yaşasın Türkiyə Prezidenti, Azərbaycan sevdalısı Rəcəb Tayyib Ərdoğan!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости