Свобода людям, независимость нациям!

Yola getmədiyin bir iqtidarla Zəfər yolu getmək ... - Şuşadan qeydlər VİDEO

6162 08.10.2021 18:07 Колумнисты A A

İlk yayınlanma zamanı: 07 oktyabr, saat 22:25

Bu gün Şuşada idim.

Azərbaycanda bir ilk olan siyasi hadisəni müşahidə etdim, çəkdim, yazdım, yaydım.

Bütün günü işlədim.

Tariximizdə ilk dəfə Azərbaycanın iqtidarı ilə müxalifətinin təmsilçiləri bərabər şəkildə Şuşanı, Azərbaycanın mənəvi paytaxtını ziyarət edirdi.

Artıq düşərgələrarası münasibətlər buna imkan verir.

Hər kəs səmimi idi, hər kəs özü idi, hər kəs Şuşa kimi idi...

Bir çoxları öz aralarında küsülüydü; məndən küslər də vardı - amma hamı bərabər oturdu, yemək yedi, Qalanı gəzdi, Şuşa məscidini, Molla Pənah Vaqifin məqbərəsini bərabər ziyarət etdi.

Bülbülün ev muzeyində oldu...

Cıdır düzündə dumana qarışdı...

Azərbaycanın ən çətin xarakterləri, ən üzdə olan adamları, karyerasını səsi və sözü ilə, zəhmət, çaba və savaşlarla, zindanlarla qazanan siyasi liderlər...

Onların çoxunu 30 ildir tanıyıram.

Öz yollarını ölümünə gedərlər.

Öz doğruları var, vaz keçməzlər...

Amma yola gəlmək işində...

Onların yoluna gəlmək də, onları yola gətirmək də çox zor.

Amma onlarla Şuşaya, Ağdama yol getmək mümkünmüş...

Maraqlı idi...

Yola getmədiyi iqtidarla yol getmək...

Şuşaya getmək...

Düstur da budur!

Ortaq nöqtələr, ortaq dəyərlər, ortaq YOL!

Ədalət Vəliyev onları Şuşada Prezident İlham Əliyevin adından salamladı.

Şuşanı geri alan ordunun Ali Baş Komandanının!

"Şuşa bəyannaməsi" imzalanan yerdəyik, Administrasiyanın şöbə müdiri Şuşaya gələn partiya liderlərini, müxalifət başqanlarını məhz orada salamladı: "Sizi Prezident İlham Əliyevin adından salamlayıram..."

Bu da bir növ Şuşa bəyannaməsidir.

Müxalifətə, siyasi qüvvələrə Prezidentin adından edilən jestdir, həm də bir müqavilədir.

Həm də bir minnətdarlıqdır.

Vətən müharibəsində bir yerdə olduq, orduya, Ali Baş Komandana dəstək verdiniz, müharibəni udduq, Şuşanı qaytardıq, indi burada, Şuşadayıq!

Zəfərlə adaş olan şəhərdə.

Və sizləri burada salamlayıram.

Təşəkkür edirəm...

Dumanın içindəki Şuşanı gözümüzlə deyil, ürəyimizlə görürdük, gəzdik.

Sabir Rüstəmxanlının Şuşa Qalasında - Gəncə Qapısında necə kövrəldiyini gördüm.

Özüm danışdırırdım, üzbəüz idik...

Mirmahmud ağa heç danışammadı: "Mən burada danışa bilməyəcəm, dönək, Bakıda danışaram", - dedi.

Duyğu doluydu, həsrət doluydu. Sadəcə, Şuşanı yaşamaq istəyirdi, Şuşadan danışmaq istəmirdi...

Gənc Tural Abbaslını Şuşada kim görsə, tanıyır, yaxınlaşır, foto çəkdirir, gülümsəyir, simpatiyasını bildirir...

Əsgər də, polis də, fəhlə də, qarson da...

Ekipin ulduzu...

Pənah Hüseyn pozitivlikdən və Şuşa havasından ilhamlanıb: "Oturaq bir maşına, basaq gedək, Xankəndinə...", deyə təklif verdi.

Qoşulan və maşın olsaydı, bəlkə də gedəsiydi...

Təəssüratlarının sözlə ifadəsi isə çox tutumluydu: "Bakıdan çıxıb birbaşa, heç bir maneə olmadan, Şuşaya gedə bilmək böyük xoşbəxtlikdi"...

Hər kəs pozitiv dolu, hər kəs ümid dolu, hər kəs minnətdarlıq dolu.

Kimi söylətsən, Şəhidlərimizə minnətdardır, Qazilərimizə dua edir, ordumuzu öyür!

Danışdırdıq.

Reportyorumuz Məhəmməd Türkmən siyasi liderlərdən müsahibələr alır, onları Cıdır düzündə, məsciddə, Vaqifin məqbərəsində kamera qarşısına alıb, danışdırır.

Şuşada kim pis danışar ki...

Bu sətirləri yazanda, getdiyimiz yolla geri dönürdük.

Həyatları Zəfər yolu qədər olmasa da, çətin keçmiş mürəkkəb xarakterli siyasət liderləri ilə eyni avtobusda geri dönürük.

Onlar iqtidarla Vətən müharibəsində birləşə bildilər.

İndi o birliyin və müharibənin nəticəsi olan Şuşa ziyarətini həyata keçirdilər.

Bu adamların bir çoxu 28 il Şuşanın acısını, həsrətini ürəklərində yaşadıblar.

1 il öncə xəyallarına gəlməyənlər bu gün başlarına gəldi.

Xoşbəxtdirlər.

...Sabah nə olacaq bilmirəm.

Amma bu gün Şuşa yenə millətin siyasətdəki təmsilçilərini bir araya gətirə bildi.

İstisnalar da oldu.

Şuşaya bərabər getməkdən imtina edib, gedənlərə "avtobus müxalifəti" deyənlər də var.

Özləri bilərlər.

Müxalifət öz aralarında dalaşmağı sevir.

Hər zaman belə olub, belə də olacaq.

Şuşaya müxaliflər, Şuşadan dönən müxaliflər...

...Onların avtobusundayam.

Siyasi liderlərin oturduğu rahat, komfortlu "Sprinter"də.

Bu sətirləri də onların söhbətləri, replika və zarafatları fonunda yazıram...

...Hər zaman gələcəyi düşünmək şərt deyil...

Bəzən bu günü yaşamağa mane olur gələcəyi düşünmək.

Bu gün gözəl bir gün idi...

Tarixi bir gün.

Şuşa günü!

 photo_2021-10-07_23-10-55.jpg (134 KB)

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости