Свобода людям, независимость нациям!

Yevlax görüşləri

1831 21.09.2023 13:49 Колумнисты A A

Bizdə bütün vətəndaşlarımız üçün dövlət proqramları nəzərdə tutulmuşdur, o cümlədən ermənilər üçün. Məsələn, vaxtilə onlar “Tanklarımız Bakıya çatacaq” deyərdilər, əsgərlərimiz də həmin tankları Bakıya gətirdilər. Dəniz sahilində park düzəldilib, orda nümayiş etdirilir. Düzdür, bir az əzilib, ancaq ziyanı yoxdur, əsas arzunun yerinə yetməsidir, yəqin yol uzun olduğundan vuruqları olmuşdur.

İndi də Qarabağ ermənilərinin Yevlaxda görüşü olacaq. Yaxşı tədbir keçməsinə ümid edirik, çünki ermənilər həmişə “Yevlağa qədər gələcəyik, Kürə qədər bizimdir” tipli çıxışlar edirdilər. Kür Yevlaxdan keçir, deməli, bu arzularına da çatdılar. Şair demiş, Kür qırağının əcəb seyrangahı var, yaşılbaş sonalar da gəlir. Təbrik edirik. Gün o gün olsun Şahramanyanın kiçik toy məclisi Xankəndidəki “Xarı bülbül” şadlıq sarayında keçirilsin. Mümkün olmayan heç-zad yoxdur. “Buna qətiyyən şübhə etməyin, vətəndaşlar” - dahilərimizdən biri demişkən.

Sözgəlişi, son çağlar mən toponim araşdırma xəstəliyinə yoluxmuşam, Yevlax adının mənası üzərində düşündüm. Bəzi mənbələrə görə, bura ovalıq, ovlaq sözlərindən yarana bilərdi. Belə versiya da var ki, 19-cu əsrdə çar Rusiyası Bakı-Tiflis dəmir yolunu çəkəndə icraçılar arasında Yevlaxski soyadlı bir mühəndis varmış, həmin mühəndis bu ərazidə hansısa qızdırma xəstəliyinə, böyük ehtimalla malyariyaya yoluxur, canını tapşırır. Ondan sonra hökumət xatirəsini yaşatmaq məqsədiylə mühəndisin rəhmətə getdiyi yerdəki dəmiryol stansiyasına Yevlaxski adı qoyur. Hansı doğrudur, bilmirəm.

Yevlağın ismi-şərifini araşdırarkən internetdə bir maraqlı fakt da rastıma çıxdı, açığı, mən bu faktı oxuyanda çox təəccüb elədim: sən demə rus simvolist şairlərindən Aleksandr Dobrolyubov 1945-ci ilin payızında bizim Ucar rayonunda rəhmətə getmişdir. Halbuki, bizdə Ucar deyəndə çox adam yalnız Ziya Məmmədovu xatırlayır. Həyatın belə qəribə oyunları vardır. Varşavada doğulursan, xristian təriqəti yaradırsan, rus simvolizminin, dekadentliyin tanınmış nümayəndələrindən biri olursan, sonra ədəbiyyatı tərk edib... “Azbiyan” müəssisəsində işləyirsən və Ucarda ölürsən. Qayıdaq mövzumuza.

Əlbəttə, vətəndaşlar özləri də gərək təşəbbüs göstərsin, əməli fəaliyyətdə olsun. Yoxsa hamı oturub gözləyir, “dövlətdən buyruq, ağzıma quyruq” prinsipi ilə yaşayır. Məsələn, bugünlərdə Naxçıvan Şəhər İcra Hakimiyyətində yoxlama keçirilib, 5 milyon 311 min manat yeyinti aşkarlanıb. Özü də bu, cəmi 2 ilin yeyintisidir. Camaatdan sayğacdakından çox su pulu almaq, küçə işıqlanması pullarını şişirtmək, vergiləri artıq yazıb mənimsəmək, qanunsuz cürbəcür rüşvətlər - icra hakimiyyətinin əkişdirmə maddələri təxminən bunlardır.

İndi bu adamlar həmin iki il ərzində ancaq maaşla yaşasalar, dövlətimizə necə qulluq edərdilər? Təşəbbüskar olublar. Sağ ol demək yerinə, cinayət işi açmışıq. Düzünü deyin, hansınızı o icra hakimiyyətinə qoysalar küçənin işıq pulunu olduğu qədər yazardınız? (Səmimi oxuculara Naxçıvana təyyarə bileti hədiyyə edilməyəcək, çünki bilet özümə lazımdır - icra hakimiyyətinə təcrübə keçməyə gedirəm).

Yaxud bir neçə gün qabaq Rasiyada əməkdar artisti tutdular. Ramilə İsgəndər adlı bu gözəl xanım soydaşımızdır, türk qızıdır, milliyyətcə tatardır. Ramilə xanımın evindən nə az, nə çox - düz 2 kilo narkotik maddə aşkarlanmışdır. Deməli, o da özünə görə təşəbbüskardır! İş görmək istəyir. Yoxsa bizim bəzi əməkdar artistləri haçan danışdırsan ağlaşma qururlar, dövlətdən pensiya, mükafat, maaş istəyirlər. Deyirlər işsiz qalırıq, kinoya çəkən yoxdur, xalq niyə bizi fikirləşmir və sairə.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости