Свобода людям, независимость нациям!

Yer sahibinin halallıq vermədiyi “tikili” – Ermənistan viran olmağa məhkumdur!

2802 04.02.2023 15:58 Колумнисты A A

Ermənistan bunca başına gələnlərdən sonra da heç cür öz “qılafına” girmək istəmir. Zaman-zaman ağrılı zərbələr yesə də, yenə yekə iddialarla yaşayır. Tarix boyu düz-əməlli dövlət qura bilməyən, daim böyük güclərin əlində “maşa”, “çömçə” olan mənfur toplum üstəgəl, on illərdir ikinci erməni “dövləti” arzusundadır. Bu sırtıq məxluqat artıq hamını, hətta öz ağalarını belə bezdirib. Ondansa, “izqoy”, miskin Ermənistanın qeydinə qalsaydılar...

“Çox istəyən azdan da olar”. Bu xüsusda beynəlxalq hüquq üzrə ekspert Erkin Qədirli tam haqlıdır deyəndə ki, Ermənistan SSRİ tərkibində qat-qat müstəqil idi, nəinki indi: “Tarixin ironiyasına bax ki, SSRİ-nin mövcudluğunun son illərində müstəqillik uğrunda mübarizəyə başlayan ermənilər Moskvadan daha asılı vəziyyətə düşüblər. Sovet İttifaqı dövründə Ermənistan indikindən qat-qat müstəqil idi” (Minval.az).

Bəs terrorçu dövlət niyə rəzil günə düşüb?

Səbəb bəsitdir. “Əgər Ermənistan əvvəldən bizimlə münaqişəyə girməsəydi, indi həqiqətən müstəqil dövlət idi”. Bunu da Qədirli söyləyib.

Yüz faiz. Ağılları olmadı. İş ondadır ki, müstəqilliyi də gərək halal yolla əldə edəsən. Ev tikəndə vacibdirmi ki, o yerin sahibindən halallıq alasan? Əlbəttə. Ermənistan adlı qanunsuz “tikli” isə tarixi Türk torpaqlarında, sement əvəzinə qanla inşa edilib və ermənilər üstündə durduqları o torpaqların sahibləri ilə nəinki halallaşmayıblar, əksinə, onlara olmazın zülm, əzab-əziyyət, işgəncə veriblər.

Bizə, bölgə xalqlarına zorla sırınan qonşularımız isə bütün bunları anlamaq, tövbə eləmək, dayanmaq istəmir və yad ərazilərə göz dikməyə davam edirlər. Demək, növbəti bəlaları qaçılmazdır. Zira, heç bir xalqa öz xoşbəxtliyini başqa xalqın bədbəxtliyi üzərində qurmaq müyəssər olmayıb. Ermənilərə də müyəssər olmayacaq!

Təcavüzü, işğalı “torpaq azad eləmək” kimi qavrayan bir anormal millət və onun anormal, elementar abır-həya hissindən məhrum siyasi qüvvələri həqiqətə doğru hələ çox yol qət eləməlı, çox faciələrdən keçməlidir (Lavrovun “Azərbaycan 7 rayonu geri qaytardı” sözlərinə verilən isterik reaksiyanı, “işğalçı Ermənistan yox, “Artsaxa təcavüz edən Azərbaycandır” sərsəm bəyanatları yada salın. Azərbaycan özü-özünə təcavüz edibmiş sən demə!..)

O səbəbdən “Başımıza niyə bu işlər gəldi” sualına Ermənistanda toplum səviyyəsində yeganə doğru cavab tapılmır ki, tapılmır. “Çəhrayı” arzularla, “bəlkə də qaytardılar” xülyası ilə yaşayan, Türkə nifrəti bitib-tükənməyən aqressiv-revanşist müxalifət, erməni lobbisi və erməni kilsəsi zavallı erməni xalqını düz yola çıxmağa qoymurlar. Hərçənd, ara-sıra buna cəhdlər edilir.

“Biz 120 minlik Qarabağ ermənisinə görə 3 milyon ermənini riskə ata bilmərik”.

Bu sözləri dünən Ermənistan parlamentində Laçın yolunda vəziyyətlə bağlı parlament dinləmələri zamanı hakim “Mülki Müqavilə” partiyasından olan deputat Qurgen Arsenyan müxalifətin hakimiyyətin ünvanına səsləndirdiyi qınaqlara cavab verərkən söyləyib.

Qarşı tərəfi məsuliyyətsizlikdə ittiham edən Arsenyan ardınca bildirib: “Prioritetlərinizi düz sıralayın. Baş verənləri düz anlayın. Ümumiyyətlə siz kimsiniz? Qarabağ məsələsi ilə manipulyasiya edib Ermənistanda hakimiyyətə gələ bilməyəcəksiniz. Bunu unudun”.

Deputat həmçinin əmin olduğunu bildirib ki, Türkiyə ilə münasibətlərin qurulması Ermənistanın milli maraqlarından irəli gəlir. Üstəlik, o, opponentləri ksenofobik, anti-türk ifadələrdən çəkinməyə çağırıb, “çünki bunlar işə yalnız zərər gətirir”, - deyib.

Təbii ki, müxalifəti təmsil edən qarğa-quzğunlar Arsenyana o saat “türk” damğası vurublar, satqın “çuxası” geydiriblər. Erməni siyasi kəsimində az-maz sözün düzünü deyənlər beləcə, minnətdarlıq almaq əvəzinə, əcaib qiymətə layiq görülürlər. Çünki anti-Türk isteriyası erməni cəmiyyətində hələ də dominant olaraq qalır. Enməni toplumunun “fərqlənmə nişanı”, “brendi” kimi.

Olsun. Sirkə nə qədər tünd olsa, enində-sonunda öz qabını sındırır...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости