Свобода людям, независимость нациям!

Yağış barmaqlığı haqda qüssəli yazı

1299 30.05.2024 09:30 Колумнисты A A

Əgər xidməti yazırıqsa, burada idarə sözü artıqdır, dili zibilləməkdir. Əks halda, bütün dövlət qurumlarımızı da bu “məntiqlə” ifadə etməyə borcluyuq. Buyurun, indən belə Təhsil Nazirliyi İdarəsi yazın. Yaxud Dövlət Sərhəd Xidməti İdarəsi. 

İkincisini rəsmi qərardan götürmüşəm. Təzəlikcə verilən həmin fərmanla  “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu adlandırılacaq”. Sitatın sonu.

Məncə, daxili qoşunlar Daxili İşlər Nazirliyinin tabeliyindədirsə, bunu təkrarən daxili adlandırmaq məntiqsizdir, tavtalogiyadır, hətta gülməlidir. Sanki “yağlı yağ”, “şirin qənd”,  nə bilim, “düzgün jurnalist”, “demokratik seçki” yazırsan. Doğru forması “Daxili İşlər Nazirliyinin qoşunları” olmalıdır. “Daxili Qoşunların Hərbi İnstitutu” da başqa, növbəti tavtalogiyadır. Hərbi olmayan qoşun varmı? Yoxdur. Bunun düzgün ifadəsi ya “Daxili Qoşunlar İnstitutu” olmalıdır, ya da “DİN Qoşunları İnstitutu”. Gəlin ana dilimizə hörmətlə yanaşaq. Küçəyə siqaret kötüyü atmağın cəriməsi 50 manatdır, ana dilinə artıq söz atmağın niyə cəzası yoxdur?

Akademiyanın dilçiliyə, filologiyaya aid işçiləri də hərdən dərin yuxudan oyanıb bu haqda dövlətə, hökumətə təkliflər verməyə borcludur. Onların vəzifəsi təkcə minnətdarlıq teleqramı vurmaq deyil.  

Keçək mövzumuza. Mövzu isə bir oğurluq əhvalatından doğmuşdur. Dənizkənarı bulvarda polis oğru yaxalayıb. O, ərazidən 43 yağış barmaqlığı oğurlamaqda suçlanır. (Xəbərdə həmin əşyaları səhvən “kanalizasiya quyusunun dəmir barmaqlığı” adlandırmışdılar, lakin video və fotolardan aydın görünürdü ki, bunlar quyu barmaqlığı yox, məhz yağış sularının axması üçün küçə, yol kənarına qoyulan barmaqlıqlardır. Ümumiyyətlə, kanalizasiya quyusunun barmaqlığı olmur, qapağı olur. Bu da media aləmimizdə geniş yayılan yanlışlığa - rels sözünü reys və ya tərsinə yazmağa bənzəyir). 

Bulvarı bu yaxınlarda Hesablama Palatası yoxlamışdı, məlum olmuşdu idarə zərərlə işləyir. Tək bu idarədirmi? Mənfəətlə, gəlirlə işləyən hansı qurum qalıb ki? Yenə HP-nin son hesabatlarına əsaslansaq, publik hüquqi şəxslərin (bulvar da onların biridir) hamısı zərərlə, dotasiya ilə işləyir. Kim istəsə dəqiq rəqəmləri tapıb baxa bilər. İçində səhiyyədən, təhsildən, mədəniyyətdən tutmuş iqtisadiyyata, kənd təsərrüfatından tikintiyə qədər hər cür idarə var. Bu idarələrin hamısını publik hüquqi şəxsə çevirmişdilər ki, guya bu yolla özünümaliyyələşdirmə artacaq, dövlət büdcəsinə ağırlıq düşməyəcək. Hanı? Nə ət var, nə pişik. Dotasiya da artır, ziyan da. Bunu görəndə zəhmətkeşlərdə yağış dəmirlərini əkişdirməyə həvəs yaranması təbii deyilmi? Atalar demişkən, malına düşdü talan, sən də bir yandan tala. 

Allah neft-qaza min bərəkət versin. Hələlik onların hesabına hər cür oğurluğu ört-basdır edirik. Bəs bunlar qurtaranda necə olacaq? O zaman yağış barmaqlıqları oğurlayanları barmaqlıq arxasına göndərmək indiki qədər asan olmayacaq, biləsiniz. 

Yazını isə şairin misraları ilə bitirmək və “azadlıq ayrısı sizlərə” salam göndərmək istəyirəm:

“Küləklər ovutdu məni,

Gün vurdu, qurutdu məni. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости