Свобода людям, независимость нациям!

Yağımızın yanmağı

1658 30.04.2022 09:15 Колумнисты A A

Bir az anbara yağ tədarük eləmişdik, fikirləşirdik qıtlıq olsa çörəyə yaxıb, şirinçayla yeyərik, o da yandı, tüstü olub havaya uçdu, çıxdı getdi içinin dalıyca. İndi başqa anbarımız yoxdur. Nəyə görə? Axı bazar iqtisadiyyatına görə anbar çox olmalıydı. Lakin bizim dükan-bazara azca diqqətlə baxanda görürsən ki, burada sovet hökuməti təxminən dağılmamışdır. Bütün məhsulları eyni şirkət istehsal eləyir, sadəcə malların adını ayrı cür, fərqli yazırlar. Guya bununla rəqabət mühiti təsəvvürü yaradılır. Bilmirəm kimi aldadırlar və bunun mənası nədir. Faktiki heç bir mənası yoxdur. Rəqabətin, azad bazarın gerçəyini yaratmalıyıq. Əks halda şirinçay üzünə də həsrət qalacağıq. Sözgəlişi, bizdə şirinçay işinə də yağa baxan şirkət baxır. Ümumiyyətlə, yağ, qənd, un, şəkər, duz, istiot, nə bilim, sok-mok... hamısı eyni şirkətin monopoliyasındadır. “Tək əldən səs çıxmaz” ata sözünün müəlliflik hüququnu həmin şirkət alıb, indi “Tək əl konsert verir” şəklindədir.

Gələcəkdə çalışmaq lazımdır heç olmazsa yağ anbarı ilə yanğın söndürənlər ayrı-ayrı anbarlarda yerləşsinlər. Yoxsa yağ pis yanan şeydir. Bunu özünüz də təcrübədən keçirə bilərsiniz: tavada yağ qızdırın, sonra onun üstünə azca su tökün. Görün nə baş verəcəkdir. (Zəruri qeyd: zarafat bir yana, çox təhlükəli eksperimentdir, qəti məsləhət görmürəm). Şəxsən mənim yağı su şırnağıyla söndürməyə çalışan yanğınsöndürən zəhmətkeşlərimizə bir az yazığım gəldi. Hərəsi bir balaca şlanqın qulpundan tutub sanarsan keşniş ləki sulayırdılar. Belə yanğınları kimyəvi məhlullarla söndürmək lazım deyilmi? Hanı o məhlullar? Onları kim içib, yeyib? Maraqlı işdir.

Bizdə adətən harasa yananda axıra qədər yanır. Dibinə kimi. Qaz balonu partlayanacan gecə klubunda əylənirik. Ev saman tayası kimi yanmayınca, onu axmaq bir maddə ilə üzlədiyimiz kimsənin ağlına gəlmir. Ticarət mərkəzi sonuncu çöpünə qədər yanmalıdır, əks halda kov sayılmır. Rəhmətlik Kərəmi belə dastanda axıracan yandırmışıq, qəti rəhm edilməyib. 

Əlbəttə, versiya da irəli sürmək olar ki, anbarı ermənilər yandırıb. Yaxud şimal qonşumuz. Müstəqil siyasət yürütməyimizə görə bizdən acıq çıxırlar. Həyatda hər şey mümkündür.

Məsələn, bu yaxında mən iki keçmiş nazirimizin ictimai çıxışlarına baxdım, xəcalət çəkdim. Ki, bu tipləri bizə nə cür rəhbər qoyubmuşlar, bunlar axı iki eşşəyin arpasını bölmək qanacağına da sahib deyillər. Ən tragikomiyi onlardan birinin rabitə naziri işləmiş olmasıdır. Halbuki, adam müxbirin adi sualı qarşısında bir vedrə tər tökdü, bəlkə başını Sumqayıta tərəf uzatsan yanğın sönərdi. Rabitə naziri olmuş adam tam rabitəsiz, anlaqsız, qırıq-qırıq səslər çıxararaq nəsə deməyə çalışırdı. Rəngini boya, paltarını çıxart, yerləşdir Afrikanın cənubuna - buşmenlərdən qəti fərqi yoxdur. Allah Üzeyir bəyə rəhmət eləsin, bu məqamda onun ruhuna bir salavat zikr edək.

İkinci isə hətta bir ara qarışıqlığa düşüb bizim baş nazirimiz olmuşdur. İndi nəvəsinə sünnət toyu eləyib, ordan kimsə bir-iki şəkil paylaşıb. Paylaşıb paylaşıb da. Nə olsun? Dünyada gündə min dənə sünnət olur, şəkil paylaşırlar. Ancaq bizim eks nazirimiz gör nələr deyir: “O toydan şəkil yayanların ürəyinə dərd-azar düşsün”; “Orda şəkil çəkənlər alçaq olub”, “Tüpürüm hamısına”, “Kişiliyi varsa açıqlasın” və sairə.

Sonda şairin misrasını yazaq: “Şam əgər yanmırsa, uşaqları daha səfir və prokuror işləmir”.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости