Свобода людям, независимость нациям!

Ya ortaq türk dilinə sahib olacağıq, ya da zamanla assimilyasiya axırımıza çıxacaq... - MÜZAKİRƏ

1372 18.02.2023 00:12 Колумнисты A A

20 ildir İsveçrədə yaşayan jurnalist Azərbaycandakı "dil dartışmaları"na qoşuldu

Şahbaz Xuduoğlunun Azərbaycan türkcəsinin dövlət səviyyəsində Türkiyə türkcəsi ilə əvəzlənməsi təklifi ciddi rezonans doğurub.

İsveçrə nümunəsinə diqqət çəkmək istəyirəm. İsveçrə əhalisinin 60 faizi İsveçrə almancasında danışır. Bu almanca Almaniya almancasından xeyli dərəcədə fərqlidir. Bu fərq elə Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi qədər olar. Ancaq İsveçrədə xalq öz dilində danışır. Yazılı media isə tutaq ki, qəzetlər, jurnallar, kitablar Almaniya almancasında çap olunur. Bəzi radio və Tv proqramlar İsveçrə almancasında yayımlanır. Ancaq bu, istisna xarakterli verlişlərdir...

57a83712beea8.jpg (130 KB)

German dil qrupundan bir neçə nümunəyə diqqət edək: Məsələn, Niderland dili niderlandlıların və flamandların rəsmi dilidir. 25 milyon adam bu dildə danışır. İsveç dilindən 10 milyon, norveç dilindən isə 4.6 milyon insan ana dili kimi istifadə edir...

Bu dillər də Almaniya almancasına çox yaxın dillərdir. Ancaq bu xalqlar başqa yol tutub. Onlar öz dillərini, öz şivələrini dövlət dili ediblər. Yəni İsveçrənin seçiminə önəm verməyiblər...

Nəticə belədir ki, İsveçrənin alman hissəsi Almaniya almancasında orta və ali təhsil alır. Nideland, İsveç və Norveç öz almancalarına üstünlük veriblər. Ona görə də bu ölkələrdə ingilis dili ana dili səviyysəində tədris olunur. Çünki ingilis dilini bilməsələr bunların dünyaya çıxışı məhdudlaşır. Ancaq bu ölkələr İsveçrənin yolunu getsəydi Almaniya almancası indikindən ciddi şəkildə daha üstün bir dil olardı. Bu ölkələr də İseçrə kimi Almaniya almancasının geniş imkanlarından yararlanardı...

Biz İsveçrə yolu tutaq, yoxsa Niderlan, Norveç və ya İsveç? Bu barədə ciddi düşünmək lazımdır.

turkdili.jpg (131 KB)

Ötən ilin sonunda alim Əbülfəz Quliyevin türk dili məsələsi ilə bağlı bir məqaləsi çıxmışdı. Həmin məqalədə belə bir yer var: “Hüseyn Cavidin turançılığı onun dilində daha çox öz ifadəsini tapıb. Türkçülük düşüncəsinə görə ortaq dil İstanbul şivəsi olmalı idi. Cavid əfəndi də bütün yaradıcılığı boyu dil birliyinin bu mühüm şərtinə əməl edib. Məsələ bundadır ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin dili də türk dili adlanıb və bu dövlət rəsmi yazışmalarda Cavid kimi ortaq dildən istifadə edib. Azərbaycan ədəbiyyatının C.Cabbarlı, S.Vurğun, M.Müşfiq, S.Rüstəm, R.Rza, M.Rahim kimi gənc qələm sahibləri də XX əsrin otuzuncu illərinin əvvəllərinə qədər Türkiyə türkcəsi ilə yazıblar. Məlumdur ki, türk dili məfhumu da 1937-ci ildə repressiyaya uğrayıb. Bu dövrdə türk dili termininin işlədilməsi yasaq edilib, onun yerinə Azərbaycan dili ifadəsi qoyulub. Bu illərdə çox sayda vətənpərvər, milli düşüncə sahibi qabaqcıl dünyagörüşlü ziyalılar həbsə atıldığı, sürgünə göndərildiyi üçün “Türk dili” ifadəsinin işlədilməsinin yasaq edilməsinə qarşı çıxacaq, bu qanunsuz əməllərə etiraz edəcək adam da qalmayıb. Təəssüf ki, türk ədəbi dilini işlədən Cavid əfəndi də sürgün edilənlər sırasındaydı”...

photo_71801.jpg (41 KB)

Həmin məqaləni şərh bölümündə təqdim edirəm.

Mənsə o fikirdəyəm ki, irili-xırdalı bütün türk dillərini qoruyub saxlamaq lazımdır. Ancaq türk xalqarı arasında ortaq türkcənin formalaşması üçün də ciddi işlər görülməlidir. Ya ortaq tükcə yaradacağıq, ya da bütün türk dilləri, o cümlədən Türkiyə türkcəsi də zamanla ölüb gedəcək. Dili ölən xalq sağ qala bilərmi? Təbii ki, türklər də assimilyasiya olaraq ömrünü başa vuracaq...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости