Свобода людям, независимость нациям!

Xocalı uşaqlarını ukraynalı çocuqlardan ayıran “dəyər” – Siyasətin astar üzü

1814 18.04.2022 08:27 Колумнисты A A

Ukraynada insanlıq dramı davam edir. Bu dramın “ssenari müəllifi” əlbəttə ki, Rusiyadır və nə vaxtsa buna görə o cavab verəcək. Moskva ən azından 200-dən çox uşağın qətlinə məsuliyyət daşıyır. Təəssüf ki, bu da heç son rəqəm deyil. Ancaq Ukraynaya hərbi təcavüz tükürpədici insan faciələrinə, dağıntılara gətirməklə yanaşı, Qərb dünyasının Azərbaycana, Türkiyəyə münasibətdə “ikili standart” siyasətini də gündəm edib.

Məsələn, özünün bütün siyasi-hərbi, iqtisadi-demoqrafik resursları ilə Ukraynada separatizmlə mübarizə aparan, işğala qarşı Kiyevə hər cür dəstək verən ABŞ və Avropa eyni səxavəti Azərbaycana göstərməyib. Tam əksinə, uzun illər Qərb məhz işğalçı Ermənistanın yanında yer alaraq, erməni separatizminə siyasi-maliyyə yardımını əsirgəməyib, hətta işğalı legitimləşdirməyə çalışıb. Bu məqsədlə Qərbin bir çox paytaxtlarında oyuncaq rejimin “nümayəndəlikləri”nin açılmasına belə şərait yaradılıb, separatçı-kriminal ünsürlərin Avropa və Amerikaya səfərləri təşviq edilib, Azərbaycanın ərazi bütövlüyü suverenliyini saya saymadan Qərb emissarları Qarabağa mütəmadi səfərlər edib və edirlər!

44 günlük Vətən müharibəsində biz bu riyakarlığı daha qabarıq gördük. Əfsus ki, Ukrayna müharibəsi “ikili standart” siyasətinə yalnız kosmetik düzəlişlər edib. Mahiyyət isə yerində qalır. Hələ də qulaqları yağır edən “Qarabağ problemi bitməyib” kimi bəyanatların qayəsində məhz erməni separatizmini yaşatmaq, ona təzə nəfəs vermək məramı dayanır. Xankəndində qondarma “dnr” və “lnr”-in “bayralqarı”nı qaldırıb Rusiyaya müraciətlə “bizi də tanıyın!” deyə həşir salan erməni separatçı-cinayətkarları Qərbin görməzlikdən gəlməsi isə qənaətimizin başqa bir bariz sübutudur...

c19f9672-c353-467a-9ed6-a02ff878b136.jpg (38 KB)

Ukrayna 2022

Müxtəsəri, “ikili standart” siyasəti davam edir. Bu da yeni faktlar.

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland görün nə deyir: “Çox güman ki, toplanmış sübutlar prezident Co Baydenin Rusiyanın Ukraynadakı cinayətlərinin soyqırım olması ilə bağlı sözlərini təsdiqləyəcək. Bu, Rusiya və onun qüvvələrinin Ukraynanı və onun mülki əhalisini məhv etmək üçün düşünülmüş qərarıdır”.

Yəqin ki, belə də olacaq. Rusiyanın hərbi cinayətlərini ABŞ soyqırımı kimi tanıyacaq. Ancaq ortaya sual çıxır: bəs siz Türkiyəyə qarşı saxta erməni soyqırımı tanımazdan öncə yetərincə sübut toplamışdınızmı?

Xeyr. Ehtiyac görməmişdilər! Axı söhbət “erməni soyqırımı”ndan gedir. “Dəlil-sübut” üçün “əzabkeş xalq”ın yalanları kifayət eləmişdi. Amma Xocalıdakı genosidlə bağlı foto-video faktlar ortada ola-ola ABŞ başda olmaqla Qərb dövlətləri bu günədək heyrətamiz susqunluq göstərir. Ona görə ki, qətlə yetirilən Xocalı uşaqlarının saçının rəngi, onların ata-analarının saçının rəngi və dini ukraynalı uşaqların saçı və dinindən, Qərb siyasətini yönəldənlərin saçının rıngi və dinindən fərqlənir. Ona görə ki, Xocalıda öldürən erməni, öldürülən isə türk-müsəlman azərbaycanlılar idi!...

a40ee512-909f-49f7-a79d-2c190f07e4b6.jpg (80 KB)

Xocalı 1992

Yaxud Fransa prezidenti Makron. Gələn xəbərə görə, o, Rusiya ordusunun Ukraynadakı vəhşiliklərini “soyqırımı” adlandırmaqdan imtina edib. Bunu da belə izah edib ki, orada soyqırımın olub-olmadığını siyasətçilər yox, hüquqşünaslar müəyyən eləməlidir.

Məntiqlidir. Elə isə Fransa “erməni genosidi”ni tanıyanda nədən hüquqşünasların, tarixçilərin deyil, siyasətçilərin rəyinə üstünlük verdi? Ona görə ki, “gerçəyi” bilmək üçün Fransa dövlətinə erməni nağılları bəs edirdi. Eləcə də ABŞ daxil, digər Qərb dövlətlərinə.

Amma 24 apreli öz prezidentliyi dönəmində üstəlik, Fransada rəsmi “matəm günü” elan edən Makron indi durub deyir ki, qoy Ukraynadakı qətliamlarla bağlı öncə faktlar ortaya qoyulsun, hüquqşünaslar işləsin. Halbuki Türkiyə rəhbərliyi, prezident Ərdoğan illərdir “erməni məsələsi”nə nöqtə qoymaq üçün çağırış edir. Təklif edir ki, bütün arxivlər açılsın, ortaq, beynəlxalq bir komissiya yaradılsın və əgər o komissiya yekun qənaətə gəlsə ki, Osmanlıda ermənilər soyqırımına məruz qalıb, bu nəticəni də Türkiyə tanımağa hazırdır.

Amma kimə deyirsən. Daşdan səs çıxıb, Fransadan, ABŞ-dan çıxmayıb. Çünki onlara həqiqət yox, “erməni kartı” timsalında Türkiyə əleyhinə daimi təzyiq aləti gərəkdir. Siyasi ikiüzlülüyün buynuzu-zadı olmur ki...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости