Свобода людям, независимость нациям!

Xocalı canisinin adamı Bakıya gələcək? - Mamicanyanın məkrli hədəfi

2886 19.07.2022 17:52 Колумнисты A A

Ermənistan parlamentinin deputat Ayk Mamicanyan Bakıya gəlmək istəyir. Mamicanyan Azərbaycanda saxlanılan erməni diversantlara baş çəkmək üçün Milli Məclisin sədri Sahibə Qafarovaya rəsmi məktub göndərmək niyyətindədir. Bu barədə o, özü sosial şəbəkədə yazıb.

Ayk Mamicanyan “əsir ermənilər”i görmək, onların durumu və saxlanma şəraiti ilə tanış olmaq istədiyini bildirib. Məktubla bağlı o, MDB, Avropa Şurası, Avronest parlament assambleyaları və Avropa Parlamentinin sədrlərini, habelə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səfirlərini məlumatlandıracağını söyləyib.

Spiker Sahibə Qafaravonanın, daha dəqiqi, rəsmi Bakının erməni deputatın müraciətinə hansı reaksiyanı verəcəyi məlum deyil. Ancaq cavabdan asılı olmayaraq, öncə arayış üçün bildirək ki, Mamicanyan radikal-revanşist qüvvələri təmsil edən 2 müxalif blokdan birinin - “Şərəfim var” deputat fraksiyasının üzvüdür. Az öncə fraksiyanın yeni rəhbəri seçilib. Blokda Qarabağ klanına, sabiq prezident, Xocalı hərbi canisi Serjik Sərkisyana sadiq deputatlar, irqçi-türkofoblar yığışıb. Mamicanyanın özü də Azərbaycan və Türkiyəyə münasibətdə Sərkisyan və Köçəryandan geri qalmayanın biridir. Qısası, "müharibə partiyası"nə təmsil edir.

Şəkk-şübhəsiz, belə birisinin Bakı səfərində əsas hədəf heç də “erməni əsirlər”, yaxud iki xalq arasında barışığa töhfə vermək-zad deyil. Bizdə guya hələ də erməni hərbi əsirlərin saxlanması, ayrı sözlə, Bakının 10 noyabr üçtərəfli sənədinin pozması barədə dünyada rəy formalaşdırmaq, buna paralel, Azərbaycanın necə qəddar bir dövlət olduğunu və sülh istəmədiyi görüntüsünü yaratmaq, xülasə, qalib Azərbaycanı nüfuzdan, etibardan salmağa çalışmaqdır.

Təsadüfi deyil ki, erməni deputat öz niyyəti barədə az qala bütün beynəlxalq və regional təşkilatları xəbərdar eləmək fikrindədir. Yəni ki, səfərə icazə verilməməsindən də ölkəmiz əleyhinə təbliğat elementi kimi istifadə edə bilər.

Bəllidir ki, rəsmi İrəvanın erməni diversantların sərbəst buraxılması yönündə bütün cəhdləri iflas olub. Onlardan yalnız bəzilərini – ağır cinayət törətməyənləri, o da mina xəritələri qarşılığında Bakı humanistlik göstərərək Ermənistana geri verib. Görünür, müxalifətçi deputat bu yolla həm də radikal-revanşsitlərin ölmüş reytinqini erməni cəmiyyətinin gözündə qaldırmaq niyyəti güdür.

Yəni, Mamicanyan Bakıya xoş niyyətlə gəlməyəcəyi aydındır. Bu da istisna deyil ki, erməni deputat özünü Bakıda nalayiq aparmaqla, məqsədli şəkildə köhnə bayatıları oxumaqla süni gərginlik yaradıb 1-2 yağlı şillə də yeyə bilər ki, sonradan bu insidentdən Azərbaycanı "qeyri-tolerantlıqda", etnik dözümsüzlükdə suçlamaq üçün istifadə eləsin.

Hər halda, bunların hansı zay "material"dan olduğunu kim bilməsə də, biz yaxşı bələdik...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости