Свобода людям, независимость нациям!

Xankəndidə silahlar hər an işə düşə bilər - 2 terrorçu dəstə üz-üzə

861 23.08.2023 12:23 Колумнисты A A

Musavat.com xarici mediaya istinadən yazır ki, Rusiya vətəndaşları kütləvi şəkildə Qırğızıstan vətəndaşlığı üçün bu ölkənin müvafiq strukturuna müraciət edirlər. Moskvalı maliyyəçi, bloger Mixail Juxovitski belə deyib. O qeyd edib ki, onun bir çox dostları Qırğızıstan vətəndaşlığı alıb, bəziləri isə yalnız sənədlər təqdim ediblər.

Amma iki gündür Azərbaycan və Ermənistan mediasının əsas mövzularından biri Qarabağda Rusiya pasportu (?!-E.P.) daşıyan ermənilərin Laçın sərhəd-buraxılış məntəqəsindən keçib Gorus tərəfə getmələri barədədir. Absurdluğa baxın, Qarabağdakı Rusiya pasportlu ermənilər... Ruslar özləri od-alov içərisində olan, Kremli həftə səkkiz-mən doqquz PUA zərbəsinə tuş gələn Rusiyanın vətəndaşlığından imtina edib başqa ölkələrə qaçırlar, ermənilərsə “bəh-bəh”lə Rusiya pasportu alıblar. Bilə-bilə ki, Qarabağın dağlıq hissəsindəki separatçı-terrorçu dəstələrlə bağlı əməliyyat an məsələsidir və rus pasportu ilə Qarabağda sülənənlər də günün birində haqq divanına çəkiləcəklər. Amma beyinləri o qədər zəhərlə doldurulub ki, reallığı doğru-düzgün əxz edə, situasiyanı qiymətləndirə bilmirlər.

Əslində məqsəd bəllidir, bu, Rusiyanın planlarını tərkib hissəsidir, ermənilər də quzu balası kimi imperiyanın oyunlarında rol almağa razılaşıblar. Xatırlayırsınızmı, 44 günlük müharibədən sonra Ağdərədə və digər bölgələrdə “rus icma”sının yaradıldığı barədə xəbərlər tirajlanırdı, Rusiya hərbi kontingentinin təmsilçilərinin iştirakı ilə. Bir ovuc erməni üçün rus dilində dərsliklər daşınırdı, daha nələr-nələr...

Hələ Azərbaycan üçün ən həssas nöqtə olan Xocalıda qəsəbə salınması, çoxmərtəbəli binaların tikintisi ilə bağlı məkrli plan. Rus pasportluların sayını sürətlə çoxaltmaq istəyirdilər ki, günün birində desinlər “Rusiya vətəndaşlarının həyatı təhlükə altındadır, odur ki, hərbi kontingent 2025-ci ildən sonra da Qarabağda qalmalıdır”.

İşğal dövründə - 2015-ci ildə bir keçmiş rus milyarder sülənirdi Şuşada, Cıdır düzündə - German Sterliqov. Eşşək belində gəzirdi, iş quracaqdı, rusların Qarabağa axınını təmin edəcəkdi. Plan iflasa uğradı. Amma bir ildir həmin eşşək belində gəzən keçmiş milyarderi başqa bir pullu ilə əvəzləyib Rusiya - Ruben Vardanyanla. Keçən ildən Qarabağdadır. Rusiya Vardanyanı Qarabağa ona görə göndərmişdi ki, onu “xilaskar” donunda İrəvana aparsın Laçın yolu ilə - Nikol Paşinyanın kreslosunda oturtmaq üçün. Alınmadı...

Və budur, fırtınalı dənizin ortasında, mühasirə vəziyyətindəki  “gəmi”də qalmış separatçı-terrorçular bir-birini didməyə başlayıblar. Ermənistan mətbuatı yazır ki, Qarabağın dağlıq hissəsində  “humanitar fəlakətlə paralel olaraq daxili siyasi vəziyyət də pisləşib”. Vardanyan ümid edirmiş ki, Arayik Arutyunyan istefaya gedəcək və onun Rusiyadan aldığı təlimatlara uyğun şəkildə fəaliyyət göstərmək imkanları yaranacaq. Oyuncaq “deputat” Metakse Akopyan bildirib ki, hərbi geyimli insanlar “parlament”ə soxulublar. Üstəlik, qondarma rejimin “milisləri”nin komandiri Karen Matevosyan öz tərəfdaşları ilə birlikdə qondarma “parlament”ə girib və yeni “seçilmiş rəhbər” David İşxanyandan “prezident” Arayik Arutyunyanı təhqir etdiyinə görə hesab tələb edib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun barəsində istintaq hərəkətləri başlatdığı Karen Matevosyansa Facebook-da hər kəsə xəbərdarlıq edib: “təhdidlər dayanmayacaq”.

Separatçılar hesab edirlər ki, ya Arayik Arutyunyan təcili istefaya getməlidir, ya da Ağdam vasitəsilə Qarabağa ərzaq tədarükü başlayacaq. Erməni mediası yazır ki, qondarma qurumda “hökumət komandası” yaradılıb və o, yaxın günlərdə, sabah və ya o biri gün Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. “Böyük ehtimalla görüş Azərbaycanın Bərdə şəhərində baş tutacaq”-erməni saytı yazıb...

Yaxın günlərdə Xankəndidə silahlar işə düşə bilər. İki böyük terrorçu dəstə üz-üzə qalıb. Erməni terroru yeni məsələ deyil. Vardanyan Arutyunyanın Ağdam-Xankəndi yolunu seçməsini həm də özünün sonu olaraq görür. Çünki Moskvadan Xankəndiyə göndərilərkən ona Laçın yolu-Gorus-İrəvan marşrutu üzrə “yol xəritəsi” təqdim olunmuşdu. Bu yol onu hakimiyyətə aparmalı idi. Ağdam-Xankəndi humanitar yolunun açılması isə Vardanyanın qandallanması ilə nəticələnəcək. Üstəlik, Azərbaycan komando birlikləri hər an təmizləmə əməliyyatına başlaya bilər!.. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости