Свобода людям, независимость нациям!

Volkov + Vardanyan = Xankəndi mitinqi - İkisini də rədd etmək zamanı

6513 31.10.2022 14:23 Колумнисты A A

Keçən yazımda qeyd etmişdim, yenə o fikrimdə qalıram: bəli, əgər mən pandemiya, xüsusi karantin səbəbindən Qazaxdan Borçalıya, Sədərəkdən İğdıra, Samur Buraxılış Məntəqəsindən Dərbəndə, yaxud Şimal Biləsuvarından Cənub Biləsuvarına keçə bilmirəmsə, o halda necə olur ki, ermənilər sürü halında tökülüşüb Laçın yolu ilə Xankəndiyə gəlirlər? Azərbaycan dövləti ona görəmi vətəndaşının boğazından kəsib Laçından ermənilərin dədə-babasının yuxuda belə görmədiyi abad yol çəkdi ki, “at ilxısı, köpək sürüsü” kimi tökülüşüb ölkəmizə gəlsinlər, Azərbaycan Nazirlər Kabinetinin qərarını pozsunlar?

10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin ikinci ildönümünün tamamına sayılı günlər qalır. Amma ermənilər nə üçtərəfli sazişi sayır, nə Azərbaycan, nə beynəlxalq qanunvericiliyi? Onlara bu haqqı kim verib? Bəlkə “Qırmızı Kitab”a düşmüş millətdir, onlara xüsusi imtiyazlar var, sərhəd, gömrük anlayışı hay sürüsünə aid deyil? Qaraçılara belə bu şəkildə imtiyaz tanınmır dünyada…

İki ildir ki, Nikol Paşinyan imzaladığı kapitulyasiya aktında əksini tapan kommunikasiyalarla bağlı müddəaya əməl etmir, müxtəlif bəhanələrlə öhdəliyə əməl etməkdən yayınır.

_114750328_epa.jpg (18 KB)

6-cı bənddə bildirilir: “… Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

Azərbaycan 35 km-lik yol çəkib, deyib ki, adam kimi gedin, gəlin! Amma Ermənistan tərəfə düşən yolun 5-6 km-lik hissəsinin çəkilməsi üçün can çəkir haylar… Özü də sənəddə keçmiş Laçın dəhlizindən bəhs olunsa da, qeyd olunmur ki, yeni yolun da adı Laçın dəhlizi olacaq, hay-küy salan ermənilərin bu barədə iddiaları da əsassızdır.

İndi isə üçtərəfli sənədin 9-cu bəndini xatırladaq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Azərbaycan öz üzərinə düşəni artıqlaması ilə yerinə yetirib, bəs Ermənistan? Hələ də Naxçıvan və Azərbaycanın qərb hissəsi arasında quru əlaqə təmin olunmayıb. Mən niyə əlavə xərc çəkməklə İran üzərindən alternativ yol axtarışında olmalıydım? Səbəbkarı Ermənistandır və sonsuza qədər onun oyunbazlığına dözmək olmaz sözsüz ki.

Azərbaycanın humanitar məqsədlər üçün açıq elan etdiyi Laçın yolundan ermənilər xəbis niyyətləri üçün istifadə etdilər növbəti dəfə. Xankəndi şəhərində təşkil olunan mitinqin iştirakçıları məhz bu yolla daşınıb! Azərbaycan bu yolu ermənilərin burnundan gətirə bilər tezliklə! Qarabağdakı ermənilərin ölkəmizin Laçın qapısını taybatay istədiyi vaxt açıb-bağlaması, ərazilərimizə qanunsuz girib-çıxmaları bir yana, hələ gedib Ermənistandan da hay sürüsünü daşıyıblar bura. Hansı haqla? Məsəl var, deyir məscidin qapısı açıqdır, bəs itin hayasına nə gəlib? İndi deyək ki, Azərbaycan dövləti humanizm prinsiplərinə istinad edərək hətta Ermənistanın Zəngəzur dəhlizini açmaqdan belə imtina etdiyi halda, ölkənin Laçın qapısını örtmür, səbr edir, amma nə vaxta qədər? Dünyanın hansı ölkəsində, hansı cəngəlliyində belə özbaşınalıq var?

Bu özbaşınalığı stimullaşdıran bölgədə təhlükəsizliyə və sabitliyə cavabdeh olan Volkov və onun 1960 nəfərlik kontingentidir!

e9c6ce3bff399b5db95e61010566a83b (1).png (186 KB)

Volkovu bir dəfə Bakıda görməmişik. Orda nə işlər görür, özünü hansı ölkənin ərazisində hiss edir, bilən yoxdur. Əslində proseslərin bu həddədək cərəyan edəcəyini gözləmək olardı, çünki Rusiya Müdafiə Nazirliyi hələ də sülhməramlıların olduğu ərazinin xəritəsinə düzəliş etməyib, olmayan “Dağlıq Qarabağ”dan tutmuş, gorbagor Şaumyanın adınadək saxlayıb… Belə görünür ki, günün birində Volkovu Bakıya çağırıb, Azərbaycanın xəritəsini onun əlinə vermək lazımdır! Rus hərbçilər özlərini Gümrüdə belə rahat hiss eləməzdilər, vaxtaşırı Ermənistanda Rusiya bazası əleyhinə aksiyaların şahidi oluruq. Vaxtilə dövlət başçımız sülhməramlılara irad tutaraq demişdi ki, onlar Xankəndiyə gələn ermənilərə hər cür şərait yaradır, gedənlərə isə müqavimət göstərir, yəni say çoxluğuna nail olmaq üçün. Budur, ermənilər iddia edirlər ki, Xankəndi mitinqində 40-50 min erməni iştirak edib. 44 günlük müharibədən sonra Qarabağda 20-25 min erməni qalmışdı, bunların sayını qısa müddətdə kim artırdı, kimlər doğub-törədi belə?

dbadc322e052af6adc2de8c1f828209e.jpg (326 KB)

Bəli, Ermənistandan daşıyıblar. Burada Volkovun dəstəsinin xüsusi rolu olub. Amma rus layihəsi olan Ruben Vardanyanın rolu daha çoxdur, heç şübhəsiz. Hətta onun mitinqə gətirilən hər erməniyə 50 dollar verdiyi haqda da məlumat var. Bəli, Rusiya məhz buna görə onu Xankəndiyə yollayıb. Məqsəd burada “rus icması”nın yaradılmasına nail olmaqdır. Təsadüfi deyil ki, son iki ayda “rus icması”nın ofisləri açılır, “icma”nın toplantıları keçirilir, Putinə müraciət qəbul edilir. Əsası bir müddət öncə qoyulmuşdu: Rusiya bayrağı açılanda, Ukraynadakı separatçılara dəstək veriləndə və 14 tonluq yardım göstəriləndə…

Prosesləri 1988-ci ilin “Miatsum”una qaytarmaq cəhdləri aydın görünür. Onda sovet “KQB”si idi, indi Rusiya FTX-si. İllər dəyişib, münasibət və plan dəyişməyib. Rusiya bununla Azərbaycanla imzalanan müttəfiqlik haqqında müqaviləyə zərbə vurmuş olacaq, əgər sonadək bu oyunu davam etdirmək istəsə…

Azərbaycan istənilən vaxt “havadan asılı” olan – heç bir status olmayan rus hərbi kontingentinin Qarabağdan çıxarılması barədə məsələ qaldıra bilər! Eyni zamanda əgər Soçidə kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin istifadəsi ilə bağlı irəliyə doğru addım atılmasa, o halda ermənilər üçün “əlvida, Laçın yolu” da deyə bilərik. Qoy Xankəndiyə getmək istəyən ermənilər bütün xarici ölkə vətəndaşları kimi bilet alsınlar, öncə Bakıya uçsunlar, daha sonra avtomobillə üzü Xankəndiyə doğru… Mən Ağdərədən birbaşa Kəlbəcərə gedə bilmirəm, Murov yolunda zülm çəkirəm, Şuşaya Ağdamdan kəsə getməyimə imkan vermir sülhməramlı, uzun yol qət edirəm, amma erməni qollarını sallayıb, Ermənistandan “çaparaq” halda Xankəndiyə mitinqə gəlir, ya da gətirilir. Burunlarından gətirmək zamanı çatdı...

3c71fd44-2244-42f2-b0c0-bc8b0d20dacd-450x250.jpeg (34 KB)

Ümumiləşdirəndə Xankəndidəki İCAZƏSİZ AKSİYA Volkov + Vardanyanın birgə əməyinin məhsuludur, Araik kimdir ki? Odur ki, onların hər ikisini rədd etmək zamanıdır, Arutyunyanı isə qolubağlı Bakıya gətirmək vaxtı çatdı!

 

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости