Свобода людям, независимость нациям!

Vardanyanın “həyat yolu” cəhənnəmə getdi, növbədə...

3131 26.03.2023 10:50 Колумнисты A A

Rusiyanın Qarabağdakı canişini Ruben Vardanyan Laçın yolunda keçirilən aksiyaya münasibət bildirərkən “bizim həyat yolumuz var”-demişdi. “Həyat yolu” deyəndə Xankəndidən Xəlfəli istiqamətinə, yaxud Kosalar tərəfə getməklə Turşsuya, oradan da üzü Laçın yoluna çıxmalarını, Gorusa aşmalarını nəzərdə tuturdu.

Martın 25-də Azərbaycanın xüsusi təyinatlıları, qəhrəman oğulları separatçı-terrorçu rejimin həyatını “qaraltdı”, həmin gizli yollara nəzarəti təmin etməklə. Dövlətimiz dəfələrlə xəbərdar etdi, adam olmağa çağırdı, bu işlərin axırının separatçılar üçün yaxşı bitməyəcəyini dedi, nəticəsi olmadı. Hətta bir müddətdir yoxa çıxan Vardanyan iki-üç gün qabaq yenidən mediada peyda oldu və Azərbaycanın Laçın yolundakı aksiya ilə nəyəsə nail olmadığı barədə yekə başından çox-çox böyük danışdı. İndi getsin Turşsu tərəfə, görək necə gedir. Əslində vardanyanların şansı var idi vaxtında itib rədd olmaq üçün, bundan sonra saqqalını qırxıb, arvad paltarında da qaçmaq istəsə, çətin olacaq. Əsgərimizin ovcunun içindədir Rubenin “həyat yolu”, separatçılar üçün cəhənnəm yoluna dönəcək bundan sonra! Hələ gizlincə yol çəkmək istəyirdilər, vaxtilə Cəbrayıla Ermənistandan yol çəkmək istədikləri kimi... Separatçıların “həyat yolu” cəhənnəmə getdi!

Ötənlərdən dərs almır Ermənistan hakimiyyəti və Qarabağdakı separatçılar. Tez-tez unudurlar ki, Azərbaycan dövləti, onun rəhbəri dediyini edir, sadəcə səbrlə, təmkinlə nəyi, nə zaman etməyə qərar verən lider, Ali Baş Komandan var!

Təqdirolunandır ki, Azərbaycan Xarici İşlər və Müdafiə nazirlikləri dövlət başçımızın yol xəritəsinə uyğun şəkildə fəaliyyət göstərir. Davamlı şəkildə hər iki rəsmi qurumun erməni separatçılarının məkrli niyyətləri, Rusiya hərbçilərininin yarıtmaz fəaliyyəti, Ermənistan rəhbərliyinin revanşist davranışları barədə bəyanatlar verildi, xəbərdarlıqlar edildi...

666.jpg (43 KB)

Bəyan olundu ki, Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib. Odur ki, bu addım atılmalı idi, alternativi yox idi. Müdafiə Nazirliyi bəyan etdi ki, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib. Həm də son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsinin Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınması Əsgərimizin hərəkətə keçməsini zəruri etdi. Qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün bu yollardan istifadə etməsi cavabsız qala bilməzdi və qalmadı.

Özü də bu “məxməri” əməliyyat çox uğurlu bir zamanda həyata keçirildi. Azərbaycanı Qarabağda əməliyyat keçirəcəyi halda təhdid edən İranın Suriyadakı hərbi mövqeləri ABŞ qırıcıları tərəfindən bombardman edildiyi, üstəlik, Blinken səviyyəsində ölkəmizin İrandan müdafiəsi ilə bağlı mövqenin sərgiləndiyi, Ermənistanda Putinin həbsi ilə bağlı faktiki olaraq qərar verildiyi, Dövlətimizin bütün səviyyələrdə Laçın yolu ilə bağlı gerçəkliyi təqdim etdiyi, separatçıların və Ermənistanın cavabının bütün platformalarda verildiyi bir vaxtda! İnformasiya savaşında gərəkən edildi və strateji yüksəkliklərə bayrağımız sancıldı! Bu arada Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib ki, “Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunun öhdəliyini ratifikasiya etmək qərarı Moskva ilə İrəvan arasında münasibətlərə zərbə vuracaq”. Unikal fürsətdir bizimçün, niyə istifadə etməyək? Unutmayaq ki, Rusiyanın Azərbaycana münasibəti səmimi deyil...

Ordumuz qarşısına qoyulmuş vəzifəni şərəflə icra edir. Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərməsinin qarşısınının təxirəsalınmaz tədbirlər nəticəsində alınması, işlərin dərhal dayandırılması da zəruri işlərin məntiqi davamıdır. Amma davamı da gələcək.

Azərbaycan XİN-in bəyanatına diqqət: “Ermənistan tərəfinin son təxribatları göstərir ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə, Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir”.

Laçın qapısı bağlanmalıdır və açarı da Azərbaycan sərhədçisində olmalıdır! Bu, baş verəcək! Üstəlik, bu il Laçına Böyük Köç başlayacaq, vətəndaşlarımız təhlükəsiz şəraitdə yaşamaq haqqına sahib olmalıdır və olacaq! Ermənilər üçün Laçın yoluna alternativ yol çəkdik, əvəzində onlar gizli yollarla ərazilərimizə silahlar daşımağa başladılar.

Qanmadılar yaxşılığımızı! Bundan sonra özlərindən küssünlər!

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости