Свобода людям, независимость нациям!

Ukraynaya qələbə “arzulayan” ermənilər – Haylar haqq yoluna gəlir?

1656 14.06.2022 17:49 Колумнисты A A

Ukraynada Xeyirlə Şərin amansız davası davam edir. Ədalət və vicdan hissi olan hər kəs sözsüz ki, bu davada Şərin, yəni Rusiyanın məğlub olmasını istəyir. Ən azından qalib olmasını arzulamır. Zira, normal təfəkkürlü insan işğalçının, azğının, zalımın, qatillərin səfində yer almaz.

Ancaq nə qədər qəribə görünsə də, mənfur qonşularımız ermənilər də bu savaşda Rusiyanın yanında deyillər. Hər halda müşahidələr göstərir ki, erməni ictimai rəyi əsasən Ukraynadan yanadır. Amma ona görə yox ki, ermənilər Rusiyanı təcavüzkar hesab edir, “xaxollar” üçün əldən gedir, onlara yanırlar. Əsla.

Ermənilərdən haqq-ədalət gözləmək, beynəlxalq hüquqa sayğı ummaq axmaqlıq olardı. Ukraynaya hərbi müdaxilə başlayan kimi Xankəndində “dqr”in əski parçası ilə mitinq keçirib Rusiyaya guya dəstək ifadə edən, “bizi də “dnr”, “lnr” kimi tanıyın!” çığıran çoxüzlü bir millətdən söhbət gedir...

Nə qədər təzadlı olsa da, ermənilər o səbəbə Ukraynaya “azarkeşlik” edilər ki, qalib Qərbin “artsax məsələsi”ndə onlara Rusiyadan qat-qat güclü dəstək verəcəyinə ciddi şəkildə inanırlar. “Demokratik” Ermənistanın maraqlarını (oxu: qonşulara qarşı əsassız ərazi iddialarını), anti-Türk “qayğılarını” Qərbin daha anlaşıqlı qarşılayacağını zənn edirlər. “Rusiyanın, Putinin dostları” olan Azərbaycanı və Ərdoğanı “cəzalandıracağını”, hətta “işğal altındakı artsax torpaqlarını qaytarmağa” kömək edəcəklərini düşünürlər.

Müxtəsəri, 44 günlük müharibədə tək xilaskarı Rusiyadan əlini üzən nankor tayfa bu basabasda da özünə təzə “ağa” axtarışındadır. Ukrayna və onun xalqının əzabları isə əlbəttə ki, hayların heç vecinə belə deyil. Təsadüfi deyil ki, onlar 2-ci Qarabağ savaşında Ukraynanın işğalçı Ermənistanın yox, Azərbaycanın yanında olmasını günü bu gün də ona bağışlaya bilmirlər.

Beləcə, əsrlərdir öz problemini başqalarına yükləməyə, öz xoşbəxtliyini başqa xalqın bədbəxtliyi üzərində qurmağa adət eləmiş sırtıq və naşükür toplum köhnə xislətində qalır. Özünü dünyanın “ən mədəni”, “ən qədim” xalqı sayan bir qövm Ukrayna xalqının faciəsində də “artsax”a qurtuluş axtarır. Sinizmin zirvəsi...

Təbii ki, yenə yanılırlar. Ona görə ki, Rusiya kimi Qərb də ermənilərdən maşa kimi istifadə eləməyi sevir. Maşa isə elə maşadır – hüquqsuz əşya! Necə ki, 60 ildən çoxdur xristian Qərb saxta “erməni soyqırımı” iddiasını qardaş Türkiyənin başında qaxınc edib. Amma bunun erməni xalqına zərrəcə faydası dəyibmi? Türkiyədən 1 sm ərazi, 1 lirə təzminat qopara bilibmi? Güzəranı yaxşılaşıbmı?

Yoxdu belə şey. Əksinə, Ermənistan hələ də bölgənin “izqoy” (“tullantı”) dövləti kimi blokadada inləyir, regiondan faktiki təcrid edilib, sürətlə azalan əhalisi isə məhrumiyyətlər içində çapalayır. Həmişə də çapalayacaq. Ta ki, həqiqətin ünvanını düz tapınca. Ta ki, qatığın ağ rəngdə olduğunu təsdiqləyincə və böyük güclərin əlində maşa olmaqdan imtina edincə...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости