Свобода людям, независимость нациям!

Ukraynada müharibə, müharibədə Ukrayna gedir...

2372 16.04.2022 15:15 Колумнисты A A

Silah bol olarsa, Vaşinqton basılmaz…

Mirşahin Ağayevin vaxtilə "Azərbaycanda müharibə, müharibədə Azərbaycan gedir" məşhur aforizmini indi Ukraynaya da aid etmək olar. Müharibədə Ukrayna gedir, bunu görməmək, sadəcə, Oliksey Aristoviç kimi yalançı-piar menecerləri bacara bilər. Ukrayna indən 20 il sonra da özünə çətin gələ… Əgər bu müharibə ABŞ-ın dediyi kimi aylarla Avropa Birliyinin arzusu ilə isə Ukraynanın qələbəsinədək davam etsə, nəhayət, Britaniyanın “sonuncu ukraynalıya qədər döyüşmək” arzusu gerçəkləşərsə, nəticənin daha da ağır olacağını söyləmək mümkündür. 

Rusiyanın Ukraynda Əfqanıstandakı kimi illərlə müharibə aparmaq imkanı və fikri yoxdur. Putin başa düşür ki, ABŞ və müttəfiqləri onu Ukraynada dəfn etmək fikrindədirlər. Rusiya böyük ölçüdə Ukraynanı özünə tabe etdirəcəyi indilikdə real görünmür. Şərq bölgəsində Rusiya artıq rublla ukraynalılara pensiya verir. Qismən loyal bölgədə bunu etmək mümkündür, amma Ukraynanın içərilərinə doğru müqavimət daha da artacaq.    

received_5006567899382386.jpeg (86 KB)           

Zelenski  BBC-yə son müsahibəsində deyib ki, 3 minədək hərbçi itiriblər, 10 minədək yaralı var və ölənlərin sayı arta bilər. Rəqəmlərin gerçəyi nə qədər əks etdirdiyi önəmli deyil, müharibədə itkilər, əlbəttə ki, olacaq. Daha “bu itkilər olmaya da bilərdi” yazmaq isə mənasızdır. Tarixin təkərinin geri- fevralın 23-nə çevirmək olsaydı, bəlkə də Ukrayna daha ağıllaca davranardı, bəlkə Rusiya da müharibə qərarından vaz keçərdi. Amma Zelenski müsahibəsində onu da deyib ki, dekabrda Donbasa hücum hazırlığı olub. Şərq istiqamətində bu cür möhkəm istehkamlar, elit canlı qüvvələrin toplanması da təqsdiq edir ki, kollektiv Qərb və xüsusilə ABŞ bu qanı Ukraynadan hər bir halda çıxaracaqdı. Rusiya etməsəydi, Ukraynanı yenə oda atacaqdılar...   

374866096.jpg (74 KB)

NATO ölkələri Ukraynaya silah yardımını artırıb, hər gün Polşa sərhədində komplekləşdirib Kiyevə ötürürlər. Bu müharibədə hələ ki ən çox qazanan Amerikadır. Silah bol olarsa, basılmaz  Vaşinqton. Əlbəttə, utilizasiyasını  gözləyən silahları Ukraynada “əridib”, daha yeni silahları satmaq biznes olaraq gələrli işdir. Bəh-bəhlə təriflədikləri  “Javelin” 1998-ci ildən ABŞ ordusunun arsenalında var idi. Müharibə bir az da davam etsə, ABŞ SSRİ vaxtından anbarlarda qalmış sovet tanklarını da Ukraynaya verəcək. Amma verilən silahlar cəbhədə Ukraynanın xeyrinə ciddi dəyişiklik edə bilmir. Silah vacibdir, amma  o da var ki, bu silahdan istifadə edən əsgər də lazımdır axı... 

_123574901_deff8250-1ca2-405a-b1db-352bd84067ae.jpg (37 KB)

Ukraynanın Donbas istiqamətində gücü tükənməkdədir, amma müqavimət hələ davam edir. Zelenski Mariupolu “müharibənin ürəyi” adlandırıb. Rusiya 50 günün yarıdan çoxunu bu şəhərdəki elit qüvvələrə qarşı sərf edib, amma milyarder Rinat Əhmədovun “Azovstal” zovodundakı qüvvələr hələ də təslim olmurlar. Rusiya Xarkov və ətraflnda da istəyinə çata bilmir. Müharibənin bundan sonrakı taleyinin Donbasda həll olunacağına şübhə yoxdur. Putin kosmonavtika günündə verdiyi açıqlamalardan anlaşlan budur ki, Donbas əsas hədəfdir. Yəni burada dayana da bilərlər.  Fəqət, Ukrayna sərhəddəki Rusiya  şəhərini vurandan sonra Kiyev ətrafına yenə də bombalar yağması paytaxtın hələ də hədəfdən çıxmadığını göstərir. Ukraynanın müharibəni Rusiya ərazisinə keçirməyə cəhd etməsi müharibə taktikası baxımından anlaşılandır, “sən mənim şəhərini vurursansa, mən də sənin şəhərini hədəf alaram”. Amma strateji olaraq, bu addımın ciddi təsiri yoxdur. Əgər həqiqətən də müharibəni Rusiya ərazisinə keçirməyə gücün çatmırsa, bu bombalama ancaq Putinin işinə yarayar.  Bunu Zelenski hakimiyyəti özbaşına etmir. NATO generalları bütün istiqamətlərdə Ukraynanı yönləndirirlər. Can özgənin, mal özgənin…

Nazim SABİROĞLU, 
Musavat.com  

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости