Свобода людям, независимость нациям!

Ukraynada müharibə kimin qələbəsi ilə bitəcək?

2833 07.04.2022 23:44 Колумнисты A A

Lider xalqını qırğına verəndirsə, tarixin zibillikləri elə “lider”lərlə doludur

Ukrayna müharibəsinin dəqiq adını daha gizlətmək mümkün deyil: “Ukraynadakı Rusiya-NATO müharibəsi...” Əlbəttə, belə müharibələrdə hansısa dövlət hansısa ölkədən dəstək alır. Amma “bu həna o hənadan” deyil... Rusiya ilə aşkar müharibə edən qüvvələr məlumdur: ABŞ və NATO.

8 il Ukraynanı bu müharibəyə hazırlayıblar, planlar qurublar, həm də çox ciddi. NATO generalları gəlib oturublar Ukraynada, elə şübhə yoxdur ki, indi də oradadırlar. Ukrayna ordusunu kəşfiyyat məlumatlarından tutmuş, güllələyədək təmin edirlər. Əgər belə olmasaydı, Rusiya yəqin ki, istəyinə çoxdan çatardı, bayrağını da Kiyevdən asardı. Necə ki, bir güllə atmadan Krımı Ukraynadan almışdı, eləcə də Kiyevə də gəlib çıxardı. Görünür, Rusiya da Qərbin Ukraynada bu qədər dirəniş göstərəcəyini gözləmirdi.

Hələ müharibə ərəfəsi kolpanbaş ingilis baş nazir Conson demişdi ki, sonuncu ukraynalıya qədər vuruşmaq lazım gələcək. Ukrayna xalqının işğala qarşı dirənişinə qətiyyən kölgə salmadan həqiqəti də demək lazımdır. Bu müharibə onların ərazisində gedir, ölən də, itən də, qaçqın düşən də ukraynalıdır. Amma bu, böyük mənada Ukraynanın müharibəsi deyil. Ağır dərddir. Müharibə ölüm-itim, fəlakət deməkldir. Ukrayna xalqı bu faciəni yaşayır. Belə olacağını müharibədən əvvəl də yazırdıq. Yazıq olacaq Ukrayna xalqı deyirdik...

FM0L7mXaIAIEgUW.jpg (144 KB)

Zelenski mənə görə, ona görə sərkərdə deyil ki, ölkəsini belə bir dağıdıcı eksperimentin mərkəzinə çevrilməyinə razılıq verdi. Sən axı, Əfqanıstan puştunlarının lideri deyilsən, qoca Avropanın şərqindəki ikinci ən böyük ölkədə seçilmiş prezidentsən. Heç kim demir ki, get alçaldıcı sülh müqaviləsi imzala. Ona qədər müharibədən yayınmanın ən azı üç variantı vardı. Sələfinin imzaladığı Minsk razılaşmasını icra etmək indiki vəziyyətdən ən azı üç dəfə daha yaxşı şərtləri özündə ehtiva edirdi. İcra etmədilər, müharibəni qızışdıran ABŞ və NATO-nun oyununa getdi. Bilirdilər ki, Ukraynanı NATO-ya üzv qəbul etməyəcəklər. Fəqət arı(ayı da demək olar) yuvasına çomaq soxdular. Mİnsk sənədindən daha ağır şərtləri olan İstanbul razılaşmasını əvvəl qəbul edib, sonra isə imtina etdilər. Əlbəttə ki, həm də ABŞ və müttəfiqlərinin tapşırığı ilə. Silah baronlarına pul, uzun müddətli müharibə lazımdır. Onu da ustalıqla aparırlar. Zelenski şübhəsiz ki, heç nəyi həll etmir. Ukrayna xalqı hələ yaralıdır, acılar içində fərqində deyil, amma onun yaxasından da yapışacaqlar, bəlkə də bağışlamayacaqlar. Lider xalqını qırğına verəndirsə, tarixin zibillikləri elə “lider”lərlə doludur.

1647013281_1.jpg (51 KB)

Eyni sözlər Rusiya prezidenti Putinə də aiddir. O da bu müharibəyə görə zamanı gələndə tarix və xalqının qarşısında hesab verməli olacaq. Ukraynada müharibə avantüra idi. Onu illərdir bu avantüraya çəkmək istəyirdilər. O da nəhayət, özünün dediyinə görə, “başqa yol olmadığına görə” bu bataqlığa girdi. Amma onun bir üstünlüyü və fərqi var. O, qərarlarını özü verir. Nə cinayəti, nə xidməti varsa, onun SV-sinə yazılacaq...

NATO-nun son toplantısında elə deyib gülürdülər ki...Ukraynanın xarici işlər nazirinin belini sığallayırdılar. Yəqin “möhkəm olun” mənasında. O da gülürdü...Hansı gününə axı? Nə qədər iyrənc bir dünya, nə qədər yalançı sifətlər... Dünən bu adamlar Buçada insanlıq əleyhinə cinayətə görə guya ağlamsınırdılıar, bu gün isə...Ukraynada müharibə bitməyib, ukraynalıların faciəsi davam edir, nəyə gülürsüz? Axı bu qırğınların arxasında duran həm də sizsiniz...

997849_08.jpg (44 KB)

Elə bilirsiz, bu müharibənin nə ilə nəticələnəciyini bilmirlər? Bilirlər. Bilirlər ki, Ukraynanın bu müharibədə qələbəsi mümkün olmayacaq, Rusiya da Kiyevdə parad etməyəcək. Amma Rusiya Ukraynanın böyük və zəngin kusokunu qoparmaq üzrədir. Onu qoparandan sonra Rusiya “dincələcək”, Ukraynaya da patronları deyəcəklər ki, gücünüz varsa, yenə silah verəkmi? Yoxdursa, gedin oturub razılaşın...

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости