Свобода людям, независимость нациям!

Uduzan İrandır-bizim şərhçi niyə o sözləri demədi...

4949 25.11.2022 23:15 Колумнисты A A

Qətər mundialında ABŞ və İran bir qrupa düşəndə bu komandaların qarşılaşmasının turnirin qrup mərhələsində ən intriqalı oyunu olacağı zatən bəlli idi. Amma İranın bu gün tarixində ilk dəfə bir Avropa komandasına-Uelsə qalib gəlməsi 3-cü turda keçiriləcək bu qarşılaşmanın intriqasını daha da artırmış oldu. Çünki hər iki komanda növbəti mərhələyə vəsiqə qazanmaq üçün “vuruşacaqlar”. Fanatik azarkeşlər demişkən, noyabrın 29-da qırğın oyun olacaq...

İranın son aylar Azərbaycana olan hikkəli münasibəti hər birimizi narahat edir. İran heç vaxt olmadığı kimi Azərbaycana qarşı düşmən münasibət göstərir. “Niyə”si ilə bağlı ən müxtəlif versiyalar var. Ağrıları nədir, onu da aşkar demirlər. Bu gərginliyin İran-Uels oyununu yayımlayan İTV-nin şərhçisinə də təsir etdiyi aşkar idi. Məsələn, “İran yaxşı oynayır” yerinə şərhçi “İran çox aqressiv oynayır”, “əla zərbə idi” əvəzinə, “güclü zərbə idi” deməsini anlamaq olar. Mən də şərhçi kabinasında olsam, yəqin ki, o ifadələri seçərdim. Mən izləməmişəm, həmkarlarımdan biri deyir ki, bizim şərhçi Fransa-Avstraliya oyunundan fransızlar hər dəfə qol vuranda həddindən çox sevinirmiş. Əslində, professional şərhçi belə miqyaslı çempionatda hansısa komandaya(təbii ki, ölkəsinin komandasından başqa) simpatiyası varsa, gərək tamaşıçıya aşkar bildirməsin.

1087565_0.jpg (81 KB)

İran bu mundialda təmsil olunan ən yaxın qonşumuzdur. Avropada, hətta Afrikada belə miqyaslı yarışlarda qonşu ölkələr bir-birlərinə azarkeş dəstəyi də verirlər. Tehranın apardığı siyasət isə təəssüf ki, qonşuluqla bir yerə sığmır, dindaşlıqdan da çox uzaqdır. O səbəbdən İran komandasına haqlı olaraq ürəyimiz qızmır, bunun günahkarı isə yenə deyirəm, biz deyilik.

image.jpg (132 KB)

İran ilk turda ingilislərə 2:6 məğlub olmuşdu, Uels isə ABŞ-ın müqavimətini qıra bilməmişdi.(1:1) O səbəbdən, növbəti mərhələyə vəsiqə qazanmaq üçün hər iki ölkə təmsilçisinə qələbə lazım idi. İran bu qarşılaşmada Allah şahid, çox yaxşı oynadı. Uels kimi təcrübəli komanda ikinci hissədə ümumiyyətlə, meydanda sanki yox idi. İran haqq etdiyi qələbəni qazandı.(2:0). Amerikanın ingilislərlə qarşılaşmasında asılı olmayaraq, İranla son tur bu mundialda hər iki ölkə üçün həlledici oyun olacağı indidən bəllidir.

113mnhjkmn.jpg (77 KB)

ABŞ və İran milliləri 1998-ci ildə Fransada keçirilən mundialda da bir qrupda idilər. İran və ABŞ arasında siyasi müstəvidə münaqişə onilliklərdir ki, davam edir. Dünya tarxində yeganə hadisələrdən olan ABŞ-ın Tehrandakı səfirliyinin ələ keçirilməsini, səfirliyin 52 əməkdaşının iki il girov kimi saxlanılmasını(1979-1981) yada salmaq kifayətdir.

cm-2022_iran_uels_25_11_2022-1067x600.jpg (124 KB)

1998-ci il Dünya Kubokunun püşkatması ilk dəfə iki düşmən ölkənin komandalarını bir qrupda birləşdirdi. Bu qrupda onlardan başqa Almaniya və Yuqoslaviya da var idi. O vaxt FİFA reytinqində amerikalılar 11-ci, İran komandası isə 42-ci yerdə idi və aşkar autsayder kimi görünürdülər. Hər iki komanda mundiala məğlubiyyətlə başladı və ikinci turda üz-üzə gəldilər.

Bütün dünyanın diqqət kəsildiyi oyun ərəfəsi xüsusilə İran komandası tərəfindən “ölüm-qalım” açıqlamaları gərginliyi daha da artırırdı. ABŞ millisi isə süpriz etdi, meydanda iranlılara sülh rəmzi kimi qəbul edilən ağ qızılgül buketləri verdilər.

original.jpg (10 KB)

İran millisi fasiləyə az qalmış hesabda önə keçdi. ABŞ-ın sərt təzyiqinə baxmayaraq, final fitinə 10 dəqiqə qalmış iranlılar ikinci qolu da vurdular. Amerikalılar bu qoldan yalnız birinin əvəzinə çıxdılar, oyunun bitməyinə dəqiqələr qalmış meydanda İran və ABŞ milli komandalarının futbolçuları arasında az qala əlbəyaxa dava da düşəcəkdi. İran oyun bitəndə sanki mundialın kubokunu qazanıbmış kimi sevinirdilər...

32006ad0-6a66-11ed-97cf-2d203057d609.jpg (113 KB)

Düzdür, bu oyundan sonra iki ölkə arasında müəyyən istiləşmə də yarandı, “futbol diplomatiyası” işə düşdü. 2000-ci ildə Kaliforniyada ABŞ və İran milli komandaları yoldaşlıq oyunu da keçirdilər. Lakin tezliklə köhnə münaqişə yeni güclə alovlandı. O vaxtkı prezident Corc Buşun İranı “şər üçbacığı”na daxil etməsi ilə yenidən ölkələr arasında uzaqlaşma başladı və bugünədək də davam edir. O səbəbdən İran və ABŞ-ın Qətərdəki qarşılaşması münasibətlərin gərginliyi baxımından, 1998-ci ildən heç nə ilə fərqlənmir.

Bəs, biz kimə azarkeşlik edəcəyik? Mənə qalsa, qoy çırpışsınlar, bizə nə...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости