Свобода людям, независимость нациям!

Turan, Turan deməklə... – bölünmüş ellərin məcburən yaxınlaşması

2623 22.10.2022 13:24 Колумнисты A A

Dünyada millətçiliyin pislənilməsi kimi populyar bir trend var, ancaq mövcud olan dövlətlərin 95 faizindən çoxu məhz milli zəmində təsis olunub.

Bundan başqa, öz dövlətlərini qurmaq, ayrılıb müstəqil olmaq istəyən bir xeyli çoxsaylı, ancaq dövlətsiz millətlər də var (uyğurlar, katalonlar, kürdlər, çeçenlər və s.).

İsveçrə və Belçika kimi çoxmillətli və çoxdinli camiələrə məxsus dövlətlərdə bir millətin mütləq dominantlığı olmasa da, hər halda onların da əsas sütunu bir neçə xalqın aparıcı mövqedə olmasıdır.

Dini zəmində qurulan dövlətlərdə (Pakistan, Əfqanıstan, Səudiyyə Ərəbistanı, İran və s.) isə idarəetmədə heç də ümmətçilik amili böyük rol oynamır, yenə də bir millətə mənsub olan kadrlar aparıcı mövqedədir – Pakistanda urdular, Əfqanıstanda puştunlar, İranda farslar, Səudiyyə Ərəbistanında ərəblər.

Ona görə də başqalarının damğa vuracaqlarından çəkinərək, milli zəmində, soy-kök qohumluğuna dayanan blok və birliklər yaratmaqdan çəkinməyə ehtiyac yoxdur.

15833485275654619302_1000x669.jpg (332 KB)

Dünyada 22 ərəb dövlətini birləşdirən Ərəb Dövlətləri Liqası var, “xaçpəsətlər klubu” kimi fəaliyyət göstərən Avropa İttifaqı var, əksəriyyəti əvvəllər Fransa və Böyük Britaniya müstəmləkələri olan 79 ölkəni (Afrikada 48, Karib dənizində 16 və Sakit okeanda 15) birləşdirən Afrika, Karib və Sakit okean Dövlətlərinin Təşkilatı var (bu, müəyyən mənada irqi zəmindədir). İspandilli dövlətlər öz birliklərinə malikdirlər. İngilislərin dominant olduğu ölkələr birbaşa Birləşmiş Krallıqda birləşiblər və s.

77.jpg (135 KB)

                                        Avropa İttifaqı və Afriqa Birliyi ölkələrinin sammiti

Türk dövlətləri də, nəhayət, yüz illik maneələri aşaraq, 30 illik tərəddüdləri dəf edərək öz aralarında, şərti adı Turan olan blokda birləşmək yoluna qədəm qoyublar.

İndiyə qədər bu ideyaya ən sərt mövqedə olan ölkə Rusiya idi. Bu imperiya Azərbaycanı və Orta Asiyanın türk dövlətlərini bölüb-parçalamış, hərəsinə bir etnik (özbək, qazax, qırğız, türkmən) mənzil vermiş, aralarında hər an alovlandıra biləcəyi münaqişə ocaqları yaratmışdı.

Hazırda isə Rusiya türk dövlətlərinin mövcudluğu və gücü faktoru ilə barışmış, bu birliyin alınmasını istəməsə də, xüsusi parçalayıcı tədbirlər görmək niyyətində deyilmiş kimi görünür. Əvəzində Avropa dövlətləri və İran qətiyyətlə Turan ideyasına qarşıdır.

112.jpg (60 KB)

Turan deyəndə, əlbəttə, türk dövlətlərinin vahid orqanizmə çevrilməsi, bir dövlətdə birləşməsi nəzərdə tutulmur. Yaxın onilliklərdə bu, mümkünsüz görünür. Çünki buna nail olmaq üçün çoxsaylı şərtlərin bir-bir yerinə yetirilməsi və optimal şəraitin yetişmiş olması lazımdır.

Ancaq türk dövlətlərinin öz ümdə mənafelərini əldə rəhbər tutaraq ciddi və sıx müttəfiqlik büsatı qurması, bir-birinin yardımına yetməsi, bir-birinin inkişafına kömək etməsi, bir-birini qoruması tamamilə mümkündür və bu yeni minilliyin çağırışıdır.

Yüksək inkişaf mərhələsinə qədəm qoymuş Avropa ölkələrində belə mərkəzində insan və onun haqları duran sosial yönümlü hüquqi dövlətlərin yolu vaxtaşırı dalana dirənir. Bu və digər Avropa ölkələrində hakimiyyətə gələn və ya gəlmək istəyən siyasi qüvvələr bəşəri dəyərləri bir kənara qoyaraq, “yadellilərin öz mənzillərinə göndərilməsi” planından dəm vurur və yetərli səs qazanırlar. Bir çox Avropa ölkələrində başqa irqdən və millətdən olanları açıq-aşkar xor görürlər. Bəşəri dəyərlərə sadiq qalan, hər cür ayrı-seçkiliyi özünə yaxın buraxmayan ölkələrin sayı gündən-günə azalır.

Belə bir durumda, gündən-günə daha aqressiv və qəliz münasibətlər sisteminə baş vuran dünyada mövcudluğu qorumaq üçün milli zəmində yaxınlaşmağa ehtiyac yaranıb və bunu türk dövlətlərinin rəhbərləri aydın şəkildə dərk edirlər. İndi Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan prezidentləri bu layihənin həyata keçirilməsinə hazır görünürlər.

Bu, bəşər əhlinin sosial-siyasi inkişafı yolunda irəliyə doğru atılan addımdırmı? Xeyr. Bəşəri dəyərlər prizmasından baxanda bu, əslində, geriyə addımdır. Dünya dövlətləri çoxdan irqi, milli, cinsi fərqlilklər üzündən insanlar arasında ayrı-seçkilik edilməsi praktikasına son qoymalıydı. Fəqət bu, indiyədək mümkün olmayıb və yaxın gələcəkdə mümkün olacağı real görünmür.

Ona görə də çıxış yolu indilikdə budur: xarici aqressorlarun, mürtəce qüvvələrin qarşısında dayanmaq üçün mümkün birliklərdən istifadə etmək. Turan birliyi onlardan biridir.

1665641629_photo_2022-10-13_10-05-15.jpg (88 KB)

Ancaq hamımız bilirik ki, bu işlər “Turan” markalı su içməklə başa gəlməyəcək, qol çırmayıb ciddi işlər görmək, sazişlər imzalamaq, mühüm razılıqlara gəlmək gərəkdir. Məhz ondan sonra əminliklə demək olar ki, “özbək, türkmən, uyğur, tatar, azər – bunlar bir boydur, qaraqalpaq, qırğız, qazax – bunlar bir soydur” və ana yurdumuz Türküstanın bölünməsi başa çatıb.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости