Свобода людям, независимость нациям!

Trampın cəriməsi, Baydenin mələklərlə ixtilatı

922 09.12.2022 12:56 Колумнисты A A

Belə getsə, A-Be-Şe-nin keçmiş prezidenti Trampı cərimələyəcəklər. Ser məxfi sənədləri təhvil verməyib, məhkəməyə də hörmətsizlik edib.

Bu gün, bizim zamanla şər qarışan vaxt bu iş üzrə dinləmə olacaq və Tramp təqsirkar bilinərsə, telefonuna cərimə SMS-i gələcək.

Bu o anlama gəlir ki, neçə vaxtdır ABŞ-a problem yaradan Trampın özünü indi dolaşdırırlar. Hətta Bayden administrasiyasında “gəlin, onun nazıyla çox oynamayaq, basaq içəri” deyənlər də var.

Bunun belə olacağı bizə hələ 2016-cı ildən bəlliydi. Həmkarım Elman Cəfərli dinəndə bizim politoloqları bəyənmir, birinə “baytar-politoloq” deyir, o birinə “aqronom-politoloq”, bir başqasını “santexnik-politoloq” adlandırır, amma bizim həmin o siyasətşünaslar hələ cənab Tramp prezidentliyə namizədliyini verəndə bir-iki çıxışına qulaq asandan sonra demişdilər ki, bu ser prezident seçilsə, ABŞ-a problem yaradacaq.

Dəqiq xatırlayıram, bəziləri yazırdılar ki, o, ABŞ-ı, eləcə də dünyanın yerdə qalan hissəsini mat qoyacaq, ola bilər ki, axırda onu ya Nikson kimi impiçment edəcəklər, ya da Kennedi kimi snayperlə vuracaqlar.

Bildiyiniz kimi, 2019-cu ildə az qala Trampı impiçment edəcəkdilər, məsələsini qaldırmışdılar, amma gücləri çatmadı. Cənabı Kennedi kimi aradan götürmək cəhdinin olub-olmadığı isə nəinki biz, heç amerikalı politoloqlar da bilmir. Bəlkə də elə bir niyyət gerçəkdən olub, bəlkə də yerli-dibli olmayıb. Bundan ötrü gərək onun vitse-prezidenti Lindon Conson kimi biri olaydı, amma Trampın bəxti gətirmişdi ki, vitse-prezident vəzifəsini tutan Mayk Pens ambisiyasız və ağır adam idi.

Trampın barəsində verilən digər proqnozlar da doğruldu. Bizimkilər deyirdilər, vallah, bu sifət, bu hikkə ki bu kişidə var, ola bilər, postunu xoşluqla əldən verməyəcək. 2020-ci ilin yanvarında az qalmışdı elə bir şey olsun. Tramp tərəfdarlarını nə təhər dəhmərləmişdisə, onlar Kapitoli təpəsənə cumub Konqresi ələ keçirmək istəmişdilər. Amma ABŞ demokratiyası, şəxslərə yox, sistemə, dövlətə xidmət edən qurumlar bu çevrilişin qarşısını aldı. Yoxsa, seyidin cəddi haqqı, bu saat Kremldə Putin idi, Ağ Evdə Tramp, Bağdadda isə... kimin olmasının o qədər də fərqi yoxdur. Bağdad çoxdan qlobal və regional güc mərkəzi deyil.

Budur, adam yenidən ABŞ dövlətçiliyinə problem yaradır, təzədən prezident olmaq istəyir və xeyli tərəfdarları da var. ABŞ-ın “dərin dövləti” özbaşına qoysa, bəlkə də növbəti prezident elə Tramp seçiləcək.

Elə olsa, bu ABŞ tarixində bir ilk olacaq, çünki indiyədək prezident olub-çıxmış heç bir siyasətçi yenidən qayıdıb prezident olmayıb. “Atdan düşüb atlanmaq” söhbəti ABŞ-da keçmir – adam nə qədər igid olsa və hər zəhmətə qatlansa da.

Bəzi konspiroloqlar deyir ki, Trampa masonlar tırka verir. Ola bilər. Əlbəttə, hamısı Amerikanın oyunlarıdır. Heç kim bilməsə də, biz bilirik ki, dünyanı 7 ailə idarə edir. Görünür, onlar Tramı öyrədirlər ki, Baydenə problem yaratsın. Nədən ki, Bayden son vaxtlar artıq təkcə çiynindəki mələklərə yox, üzbəüzündəki, geri yanındakı mələklərə, gözəgörünməz qüvvələrə də salam verir, hətta əl uzadır. Hiss olunur ki, A-Be-Şe-nin “ağsaçlı ixtiyarlar”ı bu işdən narahatdırlar, çünki Baydenin kiminlə göft-gu etdiyini görmürlər.

Amma onlar niyə məhz 80 yaşlı qocaların əlində qalıblar, bilinmir. Bəyənmədikləri SSRİ o 75 yaşlı qocaların güdazına getmədimi? ABŞ-da bir cavan senator, qubernator yoxdurmu, çəksinlər qabağa, etimad göstərsinlər?

Əslində siyasi ranqı imkan versəydi, Trampın cibinə nəşə atıb tutmaq daha effektiv ola bilərdi. İstehlak miqdarından artıq həcmdə kokain tapırsan, deyirsən, ya bunu boynuna götür, ya da Floridadakı Mar-a-Laqo malikanəndə tam bir partiya narkotik maddə tapacaqlar. O da məcbur qalıb 9 qramla gedir içəri, məsələ həll olur.

İntəhası, bunu başqa ölkələrdə eləmək daha asandır, ABŞ-dakı vəkillər çox həyasızdır, məhkəmədə o tərəfə-bu tərəfə yeriyə-yeriyə, əl-qollarını ölçə-ölçə bərkdən danışırlar, hamnı haqsız çıxarırlar.

Prinsipcə, Trampın üzünə qadın da qoymaq olar. Allahdan, prezident olanda ortaya 6-7 qadın çıxmışdı, deyirdilər, gənc vaxtı Donald onlara qarşı irz-namus cinayəti törədib. Fəqət o proses yarımçıq qaldı, qadınlar öz muzdlarını gec də olsa aldılar və kiridilər.

İndi qorxasan, Trampın cərimələnməsi onun reytinqini bir az da artıra və qabağında durmaq mümkün olmaya. Bu qaydadır axı, təzyiqə məruz qalan liderin reytinqi qalxır. Bax, elə ona görə də Əli Əliyevin cəzasını artıranda bir çoxları narahat olmuşdu ki, hökumət bunu qəsdən edir ki, VİP sədrinin nüfuzu artsın.

Amma bunun belə olub-olmadığını gərək dostumuz Elmandan, bir də onun politoloq dostlarından soruşaq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости