Свобода людям, независимость нациям!

Tofiq Yaqublunun üzüntüsünü anlamaq dərdi...

2285 09.01.2014 13:40 Колумнисты A A
Müsavat başqanının müavini, “Yeni Müsavat” qəzetinin yazarı Tofiq Yaqublunun Müsavatın Milli Şuradan ayrılması xəbərinə üzülməsi xəbər oldu. Müsavatın opponentləri bunu təşkilata qarşı istifadə məqsədi ilə tirajlayırlar. Partiya üzvləri də, üzdə deməsələr də, Tofiq bəyi suçlayırlar ki, niyə rəqiblərin, düşmənlərin əlinə dəstəvuz verir, üzülübsə, üzüntüsünü partiya maraqları naminə saxlamalı, bildirməməli idi...

Tofiq bəyi qınamıram. Bu üzüntü mənə tanışdır. Eyni hissi mən də yaşamışam. 2000-ci ildə, təyyarə qaçırmaq, ölkədə rejimi dəyişmək, silahlı mübarizəyə çağırış və başqa ittihamlarla (5 ittiham) MTN-də, təcridxanada idim. Xəbər aldım ki, AXCP rəsmən parçalandı və Müsavat Partiyası Əli Kərimlinin cinahını Cəbhə kimi tanımadı. Çox üzüldüm, “yanlış” deyə  hayqırdım. Həm də yazdım -  düşüncəmi məqaləyə çevirdim. Türmədən çıxandan sonra da yeganə müsavatçı oldum ki, AXCP deyə yalnız mən Əl Kərimlinin təşkilatının legitimliyini qəbul etdim. Partiyaya, onun qərarına qarşı rəhbərlik etdiyim qəzetdə savaş açdım. Məsələmi iki dəfə Divana qoydular. İsa bəy dönə-dönə söhbət etdi...

Gündüz Tahirli ilə ortaq çalışdıq. Aradakı buzları qırdıq. İki liderin, daha sonra isə təşkilatların münasibətlərindəki küskünlüyü aradan qaldırdıq. Lakin 2003 seçkilərində AXCP məni yanıltdı. Rejimə qarşı olan əsas gücü, Əliyev iqtidarını dəyişə biləcək İsa Qəmbəri yox, getdi Etibar Məmmədovu dəstəklədi. Düşərgəni böldü, İsa Qəmbərin 3 il öncəki qərarını haqlı çıxartdı...

Yılmadıq. Ötüşdürdük. 2003-cü ildə, yenə də həbsdə olarkən Bayıl türməsindən bu mövzuya qayıtdım. İsrar qoydum ortaya. Müsavat AXCP olaraq Əli Kərimli təşkilatını tanımalı deyə açıq yazılar yazdım. Çərxi döndərə bildik. Zatən gəlişmələr də elə gətirdi ki, AXCP və Müsavat aralarındakı məsafəni (barışçı iki redaktor gündəmdən kənarda olsa da)  yaxınlaşdırdı. 2005-də, artıq cəza evindən çıxarkən bir yerdəydik -  “Azadlıq” adına blok qurduq, seçkiyə girdik, ortaya böyük güc qoyduq. Lakin seçkidən dərhal sonra AXCP məni yenə yanıltdı və peşman etdi. Nədi-nədi, mən bu dəfə birmənalı olaraq öz təşkilatımın yanında qaldım, onun parlamentə getmək qərarını dəstəklədim, nəticələri etiraf olunmuş deputatlarımızı şantaj və ittihamlardan qorumaq təşəbbüsləri göstərdim. Mənə nələr yazdırmadılar! Hansı böhtanlardan keçmədim! Dünənki dostlar canıma, adıma, şərəf və ləyaqətimə qənim kəsildilər.  Çünki bu dəfə onlar kimi düşünməmiş, onlar kimi qərar verməmişdim! Bütün barış, anlaşma təşəbbüslərim boşuna getdi və nəhayətdə, düşmən olduq. Odur-budur, məni özlərinə düşmən qəbullanmaq xətti davam edir.

Və odur-budur, Müsavat başqanı nəsə bir qərar verəndə, addım atanda, yüz faiz yanlış da saysam, doğru bulmasam da, ehtiyatlı oluram, gözləyirəm... Və yekunda əmin oluram ki, bu adam ölkədə azsaylı strateqlərdən biridir... 

O zaman da doğru yapırmış. O zaman mən MTN-dəki və Bayıldakı zindanlarda tamamilə boşuna üzülürəmmiş...  

Bu baxımdan, mənim qədər Tofiq bəyi anlaya biləcək ikinci birisi yoxdur, deyə iddia da irəli sürə bilərəm...



Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости