Свобода людям, независимость нациям!

Texniki inkişaf

1764 26.05.2022 11:30 Колумнисты A A

 

“Qoy desinlər Qasıməlinin çustu var,

Kim nə bilir altı yoxdur, üstü var"

(Massaçusets Universitetinin qapısında yazılmış ata sözü)

Səlcuk Bayraktara ATU-nun fəxri doktoru adının verilməsi alqışa layiqdir, ancaq ümid eləyək, gələn dəfəki belə tədbirlərdə universitetin mikrofonları daha yaxşı işləsin, çünki alimlər danışırdılar, səs exo verirdi, qiymətli fikirləri eşidə bilmirdik. Hər halda, adı “Texniki” olan universitetin texnikası da adına layiq olmalıdır. Gələn ilin dövlət büdcəsindən ATU-ya mikrofon xərcləri üçün 3 milyard manat ayrılsın, NK bu qərardan irəli gələn tədbirləri 3 ay ərzində həyata keçirsin. Bizə başqa nə lazımdır? Cansağlığı, uzun ömür.

Hə, bir də arzu edək ATU-ya qəbul üzrə keçid balları 300-ü keçsin, çünki birdən Səlcuk müəllim internetdə asudə vaxtlarında qurdalananda əli dəyər, girər bizim saytlara, görər 2021-ci ildə bu universitetin bir çox ixtisasına keçid balları 200 ətrafında cövlan edirmiş. Məsələn, “hərbi kompozisiya materialları mühəndisliyi” - 217 bal, “silah və silah sistemləri mühəndisliyi” - 280 bal və sairə. Əsl “Bayraktar” PUA-larına layiq keçidlərdir... Massaçusets Texnoloji Universitetinin məzunu olan Səlcuk müəllim belə yerdə fəxri doktorluqdan zövq alardı.

Ancaq ümumilikdə texnologiyalar sahəsində islahatlar davam edir, millətimizi sevindirir. Məsələn, 24 mayda sərəncam verildi, 2018-ci ilin əsasnaməsindəki “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” ifadəsi “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəzləndi. Bəzi KİV-lər isə bunu səhv başa düşmüşdü, elə zənn etdilər keçmiş Rabitə Nazirliyimizin və Nəqliyyat Nazirliyimizin adları yenidən dəyişdirilmişdir. Əli Abbasova, Ziya Məmmədova fürsətdən istifadə edib alovlu partiya salamı göndərirəm. Bizim bu gün rabitə və nəqliyyat sahəsində uğurlarımızın baniləri onlardır. Hətta bəlkə Əli müəllim radionu Markoni və Popovdan qabaq kəşf eləmişdi, sadəcə, təvazökarlıq edib ATU-nun doktoru diplomunu almağa gəlməmişdir.

O cümlədən Cavid müəllimin dəmir yolunun baş maşinisti vəzifəsindən azad olunub rəqəmsal nazirliyimizə müavin göndərilməsi sahənin inkişafına, sözsüz, müsbət təsirini göstərəcəkdir. Biz elə dəmir yolunda indiyəcən nə qədər rəqəmsal işlər görmüşük... Məsələn, Bakı-Sumqayıt qatarında hərdən sürətlə gedirik. Biləcəri stansiyasında işlənmiş biletləri atmaq üçün elektron vedrələr qoyulmuşdur. Goradil-Novxanı dəmir yolu hissəsindən bahalı villaları pəncərədən izləmək mümkündür, bəzən maşinist sürəti aşağı salır ki, xalqın gözü sevinsin. Bəzi ərazilərdə qatarda limonad, kola, peçenye, qarışqa dərmanı, xlor satılır. Bu da əhalinin maddi rifah halın üçün olduqca böyük önəm daşıyır.

Yaxud pandemiya dövründə maşinistlərə şərait yaradılırdı, onlar lokomotivin yanacağını kanistrə çəkib əhaliyə satırdılar. Pandemiya demişkən, fikir versəniz ötən iki ildə dəmir yolunda sərnişin daşınması faktiki dayansa da xalqımız bunu heç hiss etmədi. Sanki bizdə dəmir yolu, ümumiyətlə, yox imiş. Bu da, əlbəttə, tərəqqinin əlamətidir. Ən yaxşı məmur varlığını xalqa hiss etdirməyən məmurdur. Bir dəfə İsveçdə sorğu keçirmişdilər, məlum olmuşdu camaatın 60 faizi dəmir yolu nazirinin familiyasını bilmir. Böyük biabırçılıq olmuşdu. Hətta buna görə baş nazir Ulof Palmeni metronun ağzında vurub öldürdülər. Ancaq bu, başqa mövzudur, bizi, türkün sözü, ilgiləndirməz.

Amerikalıların ağlı olsa İsveçlə Finlandiyanın əvəzinə bizi NATO-ya qəbul edərdi. Bizdə də eks-baş nazir metroda gedir.

Sadəcə, biz bu dəqiqə narahatıq, bilmirik Cavid müəllimin vəzifəsi kimə tapşırılacaqdır. Ümid edək əlaqədar orqanlar xalqı çox nigaran qoymasınlar. Mirzə Cəlil demişkən, nigarançılıq çox pis şeydir.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости