Свобода людям, независимость нациям!

Təndirdən indi çıxmış köşə

1410 12.09.2023 12:36 Колумнисты A A

“Mal yox oğru apara, iman yox şeytan apara”

(Azərbaycan ata sözü)

Ötən köşəmizi əziz Hindistan torpaqlarına həsr etmişdik, bu münasibətlə yazar dostumuz Vüsal Bağırlı bir xatirəsini göndərmişdir, öncə onu oxuyaq: “Sovet vaxtı bizim kəndin camaatı Mehdi Hüseynzadə adına üzümçülük sovxozunda işləyirdi. Orada Bəhram adlı briqadir məhsul planını (indi bunun nə demək olduğunu izah etmək lazım gələn böyük nəsil yetişibdir, lakin yerimiz yoxdur - Z.H.) vaxtından qabaq yerinə yetirmişdi deyə, əmək qabaqcılı olmuşdu.

Ona mükafat kimi turist putyovkası gəlir, özü də birbaşa Moskvadan. Xarici ölkəyə 1 aylıq səyahət, siyahıda seçim üçün 2 ölkənin adı varmış: Çexoslovakiya və Hindistan. O vaxt da Cimi, Zita-Gita, Xatubanın-filanın dəb dövrü, kişi düşünmədən seçimini edir, Hindistana yollanır. Bir aydan sonra Bəhram qayıdır - qapqara, kömür kimi. Camaat yığışır, soruşurlar, ay Bəhram, Hindistan necə yer idi, xoşuna gəldimi. Bəhram da qayıdır ki, klubda Hindistan filmi göstərənlərin var-yoxunu ... Elə bilirdim bağ belə, bostan belə, gül kimi Çexoslovakiyanı qoyub Hindistana getdim. Nə zibil yer imiş, ə, ora?! Ölünü çaya atırlar, inək küçənin ortasına s...r , i....yə adi tualet də tapılmır, camaat acından ölür” (son cümlələrdə bəzi sözləri nöqtələrlə yazmağa məcburam, dərs ili başlanır, yazı məktəblilərin əlinə keçər, biabır olarıq - Z.H.)

Lakin insafən qeyd edək ki, hazırda Hindistan böyük inkişaf yolu keçib, ən azı Aya şimal qonşumuz Rusiyadan daha uğurlu aparat göndərdilər. Keçən ay rusların aparatı Aya çırpılıb darmadağın oldu, hindlilərin qurğusu isə sakitcə eniş yapdı, hazırda orada muzıkalnı kino çəkirlər. Bu da Putinin acizliyinin növbəti əlamətidir. 

Kino demişkən, mədəniyyət sferamızda böyük, inqilabi dəyişiklik baş verib: kino idarəsinə baxan Rüfət Həsənovu işdən çıxarıblar. Nəhayət, milli kinomuz dəhşətli inkişaf yoluna qədəm qoyacaqdır. Ümid eləyək 5 ilə 1 kino da çəkilməsin, çünki Rüfət müəllim müdir olanda 3 ilə 1 kino çəkilmirdi, bu isə respublikamızı dünya mədəniyyət aləmində güclü şəkildə reklam edirdi. Kinoda yeni janr yaranmışdır, hamı buna “Azərbaycan kinosu” deyir, hətta Oskar-zad verirlər, təvazökarlıq edib almırıq. Janrın əsas xüsusiyyəti gözəgörünməzliyidir. Bilet alıb girirsən salona, işıqlar sönür, 2 saat rahat yatırsan, sonra gərnəşib bayıra çıxırsan. Azərbaycan kinosu bundan ibarətdir. Əlbəttə, gözəgörünməz olmaq böyük hikmətdir, hər canlıya, hər sənətə, hər sənətkara qismət olmur. Çin Dao fəlsəfəsində bununla bağlı çox gözəl fikirlər vardır: “Ən böyük müdriklik heç nə etməməkdir”. Şəxsən mən hesab edirəm ki, bizim Binəqədi icra hakimiyyəti Çin daosizm fəlsəfəsini rayon ərazisində uğurla tətbiq edir, çün, biz onların üzünü görmürük, fəaliyyətləri haqda da hər hansı məlumatımız yoxdur.

Əslində bir sakinin öz rəhbərini görə bilməməsi, tanımaması sivil dünyada inkişaf əlamətlərindən sayılır, istərdim bunu da dəftərin qırağında harasa yazasınız. Məsələn, Avropada belədir, bir norveçlidən soruşsan, heç bilməz baş naziri kimdir. Hazırda biz də baş nazirimizi tanımırıq. Deməli, hardasa Osloda yaşamaqdayıq. Əlbəttə, hamımız şərti Osloda yaşamır, bəzilərimiz Parisdə, bəzilərimiz Stokholmda, bəzilərimiz də Mumbayidə (Bombeyin təzə adıdır) ömür sürür. İnşallah, bir gün qismət olar, bunların mənasını da izah edərəm.

Sonda fürsətdən istifadə edib AXCP, Müsavat və REAL-ı qeydiyyata alınmaqları münasibətilə təbrik edirəm. Gördünüz? Mən yazmışdım axı, darıxmayın, tələsməyin, prosesdən həzz alın, hər şey vaxtında olacaq. Yoxsa mənasız səs-küy salmışdılar, “avtoritarizmdir, ay nə bilim, bizi bağlayırlar”... Düşmənləri sevindirirdilər. Anar müəllim vaxtilə bunu gözəl yazmışdır: “Tələsmə, Zaur, tələsən təndirə düşər”. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости