Свобода людям, независимость нациям!

Tahir Kərimlinin ilanları

3768 01.06.2023 09:32 Колумнисты A A

Deputatlar yenə, həmişəki kimi, xalqın dərdlərini dilə gətirmişlər, adam hətta qorxur onları buna görə növbəti dəfə ləğv edib təzə seçki keçirsinlər.

Məsələn, Qüdrət müəllim deyir ictimai nəqliyyatı düzəltmək lazımdır, on ilə iki metro stansiyası açırsınız, xalq yollarda əziyyət çəkir: “Hökumət üzvləri ictimai nəqliyyatdan istifadə edir, buna şahiddirlər”. Yəqin bu axırıncı cümləni məmurları dolamaq üçün işlədibdir, çünki biz metroda, avtobusda hansısa naziri gördüyümüzü yada salmaqda çətinlik çəkirik. Əksinə, bu yaxında yekə nazirliklərimizdən birinin avtomobil parkını daha da böyütdülər, əlavə maşınlar alındı.

Nə etmək olar, xalq üçün o qədər əziyyət çəkirlər, dayanacaqda avtobus gözləyəsi deyillər ki? Xalq üçün çalışanda xalqdan mümkün qədər uzaq olmalısan. Bunu hələ 19-cu əsrdə urus inqilabçılar fikirləşmişdilər, şüar da qoşmuşdular: “Xalq üçün, ancaq xalqsız!” Təklif edirəm Nazirlər Kabinetinin qapısından Məhəmməd Hadinin bu misrasını yazıb asaq: “İnsanları pək çox sevərim, lakin uzaqdan”.

Xalq üçün ürəyi yanan ən məşhur deputatlarımızdan biri də Tahir Kərimlidir. Tahir müəllimi son günlər narahat edən problemləri 3 qrupa ayırmaq olar: əxlaqsız arvadlar, zəhərli ilanlar, küçə itləri. Hörmətli deputat bunların əlində əsir-yesir qalıbdır, bilmir hara yerləşdirsin. Məsələn, təklif edir tərbiyəsiz zənənləri gecələr küçədən yığışdıraq. (Xalqın naminə gecə-gündüz yatmır, yoxsa biz də belə zənənləri görərdik. Bizə nə var, dərdimiz yox, sərimiz yox, axşam hava qaralan kimi, qarabağlılar demişkən, səbərib yatırıq. Sözgəlişi, bu səbərmək sözünü mən uşaq vaxtı eşitmişdim, böyüyəndə gördüm Türkiyədə bunun “zıbarmak” variantı işlənir).

Tahir müəllim zəhərli ilanların məktəblərə hücum çəkdiyini iddia edir, fikrimcə, burada onun şəxsi motivləri də vardır. Yaxşı yadımızdadır, kimlərsə Tahir müəllimin evinin qabağına əjdaha kuklası atmışdılar, ona “çox danışma, əjdaha səni udar” mesajı verilmişdi. Deputat həmin dinozavr kuklası ilə maraqlı video da çəkmiş, paylaşmışdı. Lakin ötən müddətdə əlaqədar istintaq orqanları əjdahanı araşdırmadı. Görünür, bundan istifadə edən düşmən qüvvələr indi deputatın üstünə ilan-çayan göndərir. Nə də olsa ilan əjdahanın qahımıdır. Donqili əjdahaya ilan deyilir - 10-cu sinfin biologiya dərsliyində yazılıb.

Belə gözəl insanın AXC-Müsavat dövründə Ali Məhkəmənin sədri olması qürur yerlərimizdən biridir. Gör indi cəbhəçilərin qalanları hansı fantaziyanın yiyəsi imiş.

Yeri gəlmişkən, bu yaxında həmkarlarımızdan biri Elçibəy-Rəsulzadə yolu haqda yazı hazırlamışdı. Orada Elçibəyə, onun kadrlarına xeyli bəy tərifi vurulmuşdu. Məsələn, rəhmətlik Tofiq Qasımovu elə tərifləmişdi, sanarsan Kissincerdən söhbət gedir. Əlbəttə, Qasımovun korrupsiyadan uzaq, necə deyərlər, təmiz kadr olmasına hər hansı sözümüz yoxdur, ancaq onu necə uğurlu xarici işlər naziri adlandırmaq mümkündür? Axı ortada faktlar var. Həmin 1 ildə Azərbaycana qarşı ABŞ 907-ci düzəlişi qəbul etmişdi. Rusiya və İran bizi durmadan hədələyirdi, axırda da birləşib qiyam təşkil elədilər, Türkiyə “bir helikopter də vermirdi qaçqın daşıyaq”, Gürcüstan soydaşlarımızı qovmağa başlamışdı. Və sairə və ilaxır - xarici siyasətdə bir dənə uğurlu istiqamət, bir dənə dost ölkə tapmaq mümkün deyil. Belə şəraitdə bu siyasətə başçılıq etmiş şəxsi necə tərifləmək olar? Kimsə ölüb deyə mütləq tərifləməliyik? Kimisə tənqid edə bilmiriksə, başqalarını da tənqid edə bilməməliyik? (Çox dolaşıq cümlə oldu, bilənlər bilməyənlərə başa salsın). 

Ümumiyyətlə, etiraf etməliyik ki, həmin dövrdə Ermənistana başçılıq edən əlyazmaçı alimin (Levon Ter-Petrosyan) xətti bizə başçılıq edən əlyazmaçı alimin (Əbülfəz Elçibəy) xəttindən səliqəli, güclü çıxmışdı, millətin alın yazısı cızmaqara olmuşdu.

Qayıdaq Tahir müəllimin üçüncü probleminə. İt-pişik məsələsinə. Deputat deyir gəlin bu heyvanları yığaq, Çinə, Koreyaya sataq. Açığı, bu cür danışıqlar artıq irqçilik və sairə pis qoxular yayır. O adam kimdirsə, deputatın qapısına əjdahanı təzədən aparsın, bəlkə danışmadı bir müddət...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости