Свобода людям, независимость нациям!

Şuşaya əbədi həsrət qalan serjiklər, Qarabağ çoxdan Azərbaycanın tərkibindədir!

2246 14.05.2022 17:00 Колумнисты A A

Xocalı canisi Serjik Sərkisyan öz üfunətli ampluasındadır. 44 günlük müharibədən sonra gedib özünü asmaq əvəzinə, utanıb-qızarmadan hələ də köhnə bayatıları oxuyur, vaxtaşırı Azərbaycan tərəfə hürür və öz aləmində hətta bizi hədələyir. Populist, sağlam məntiqə dəxli olmayan sərsəmləmələri ilə təzədən bədbəxt soydaşlarının saqqızını oğurlamağa çalışır, əslində isə onları ələ salır.

Erməni jurnalistlərə müsahibəsində görün bu dəfə o nə çərənləyib. Sitat: “Əminəm ki, Qarabağda 44 günlük müharibə zamanı Ermənistan müvafiq qaydada Rusiyaya müraciət etsəydi, vəziyyət başqa cür olardı”.

Fantaziyasını bir az da işə salan Serjik ardınca növbəti məzəli ifadəsini işlədib: “Artsaxın və Ermənistanın gələcəyi haqqında həmişə dediklərimi deməliyəm: Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Buna 100% əminəm. Ona da əminəm ki, Ermənistanın yaxşı gələcəyi var. Ölkəmizin potensialı hələ açılmayıb və istifadə olunmayıb”.

Toydan sonra nağara, davadan sonra yumruq silkələmək məsəli yəni. 44 günlük savaşda siçan deşiyində gizlənmiş bu zata elə gəlir ki, onun söylədikərini yenə ciddiyə alan axmaqlar var.

Əvvəla, Serjikin məlumu olsun ki, Dağlıq Qarabağ artıq Azərbaycanın - Qarabağ iqtisadi zonasının tərkibindədir! Kiçicik bir “parçası” qalıb, onun məsələsini də uzağı, 2025-ci ilədək bitirəcəyik. Serjiklər, robiklər qəti narahat olmasınlar, “Şeytan yuvası” Xankəndində Azərbaycan bayrağının dalğalanacağı, milli manatın işləyəcəyi gün uzaqda deyil!..

2-ci Qarabağ müharibəsi zamanı İrəvanın Moskvaya “müvafiq qaydada müraciət edib kömək istəməməsi” və guya Rusiyanın öz forpostuna kömək eləməməsinə gəlincə, görəsən 44 gün Putinə zəng edib onun zəhləsini tökən kim idi? Ermənistan rəhbəri Nikol Paşinyan deyildi?

Bununla belə, Rusiya Ermənistana o vaxt öz hərbi köməyi əsirgəmədi. Elə gün olmurdu ki, Rusiyadan hava yolu ilə işğalçı ölkəyə silah-sursat daşınmasın. Marşrutların hamısı məlum. Moskva İrəvana hətta “İsgəndər” zenit-raket sistemlərindən Azərbaycana qarşı istifadəyə icazə vermişdi. Bakını belə, həmin sistemlərdən raket atəşinə tutdular. Müharibə cinayətləri törətdilər. Putinin izni olmadan belə şey mümkün idimi? Əsla.

Müxtəsəri, Putin bacardığını elədi nankor ermənilər üçün. Başını da onların əvəzinə kötüyün üstünə qoyası deyil(di) ki. Hər halda hərbi əməliyyatlar Azərbaycanın ərazisində, bizim beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz daxilində gedirdi. Bunu müharibənin gedişində Putin də etiraf eləmişdi.

Yəni, iqtidarda Qarabağ klanı, Serjik-merjik və ya Robik-mobik (Köçəryan) da olsaydı, yekun fərqlənməyəcəkdi. Rusiya Azərbaycana ordu yeridə bilməzdi. Azərbaycan KTMT-nin üzvü deyildi. Nəhayət, Türkiyə amili var idi. Ərdoğan birmənalı şəkildə Rusiyanı, Putini xəbərdar eləmişdi ki, əgər savaşa açıq müdaxilə eləsə, qarşısında Türkiyəni görəcək.

Ötə yandan, yalançının yaddaşı olmaz. Bəs deyirdiniz Azərbaycanla savaşan mifik “artsax ordusu”dur. Elə isə nədən Rusiya müharibə vaxtı Ermənistana hərbi kömək göstərməli idi?..

O ki qaldı “Ermənistanın hələ açılmamış” potensialına, hansı “potensial”dan dəm vurur bu yaramaz? Deyəsən o murdar ağzından çıxanları tüklü qulağı eşitmir. 30 ildə açılmayan o möcüzəvi “potensial” bundan sonramı açılacaq? 30 ildə özlərinə dövlət qurmayanlar bundan sonramı quracaqlar?

Ermənistan adlı saxta dövlətin özü bu dəqiqə dünyanın siyasi xəritəsindən faktiki silinmək üzrədir, bunlarsa hələ miflərlə yaşayırlar. Belə cəfəngiyatlara yalnız Serjikin debil fanatları inana bilər.

Ölkəni 20 il bax bu ağılla idarə elədikləri üçün erməni xalqı indiyədək zillətdən çıxa, zəlalətdən qurtula bilmir. Serjik timsalında irqçi-faşistlərin dalınca getsələr, yenə qurtula bilməyəcək, təzə bəlalara tuş gələcəklər. Bizdən demək...

 

4bc0ddb3a14dfc887a554cd80ab67d05.jpg (31 KB)

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости