Свобода людям, независимость нациям!

Şuşadan Laçın XƏBƏRDARLIĞI -Turşsudakı Nəsibyana bankomat verəkmi?

6014 10.05.2023 17:00 Колумнисты A A

 

Möhtəşəm tarixə şahidlik edirik: 2020-ci ilin 8 noyabrında Bakıdan, Fəxri Xiyabandan Şuşa Zəfəri ilə bağlı xalqa müraciət edən Ali Baş Komandan 2023-cü ilin 10 mayında Şuşadan xalqa səsləndi...Xeyli mesajlar verildi bu müraciətdə. Azərbaycandan yan keçməyə hədəflənmiş iri layihələr hazırlayan, xəritələr cızan və belələrinin arxasında duranlara Şuşa ucalığından sərt şəkildə cavabını hər birimiz dinlədik. Qəti və aydın mətnlə dedi: "Bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq”. Hələlik kifayət edər, məncə...Ehtiyac olsa, davamı da gələr...

Dövlət başçısı Azərbaycan-Ermənistan sərhədində “Laçın” Sərhəd-Nəzarət Məntəqəsinin qurulması barədə mövqeyini bir daha dünyaya çatdırdı. Görünür, mayın 1-də dediyi “Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib”-bəyanatı kifayət eləməyib.

Şuşa ucalığından bəyan olunan bu mövqe yetərli olmalıdır və biriləri də birdəfəlik kiriməlidirlər. Həm də ona görə ki, məsələ bu həddə qalxdısa, demək bitdi. Axı, bəzi erməniləri özləri də etiraf edirlər: “İlham Əliyev geri addım atmayıb heç vaxt”.

Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə  Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb »  Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vaxtilə dedi özünüzü yığışdırın, başınızın üstündən, Şuşadan görürük Laçın yolu ilə gündə nə qədər avtomobil, neçə nəfər Qarabağa dəxli olmayanlar gəlib-gedir. İbrət almadırlar. Əksinə, quduzcasına taladılar, yağmaladılar. Budur, sərhədçimiz Həkəri körpüsünün üzərindəki postda, gömrük əməkdaşlarımız da yanında. Bu, Laçın yolunda quraşdırılacaq hansısa aparat vasitəsilə Azərbaycanın uzaqdan nəzarət edə biləcəyi barədə absurd fikir müəlliflərinə də cavab oldu.

Laçın dəhlizində sərhəd məntəqəsi: Fransa "pisləyir", ABŞ "narahatdır",  Rusiya çağırış edib - BBC News Azərbaycanca

Budur, Ermənistandakı separatçılar sülənirlər İrəvan küçələrini, vurnuxurlar, geri qayıdacaqları halda qandallanacaqlarını yaxşı bilirlər. Separatçıların oyuncaq “xarici işlər naziri” Qazaryan boş oturmaqdansa, qəbristanlıqları ziyarət edib, gündəmdə qalmaq istəyib, bununla da kimlərdənsə dəstək alacağını zənn edir. Hələ dərk eləmir ki, artıq onları Nikol Paşinyan da istəmir, deyir “mənə 29.8 min kv.km-lik Ermənistan lazımdır, məndən uzaq durun”. Separatçılar hara əl atırlarsa, boşa çıxır. Rus hərbçilərin yeni komandanı Lentsova ümid edirdilər, indi onu söyürlər, Laçın postunu aça bilmədiyinə görə. Separatçılar baxdılar ki, Azərbaycan sərhədçiləri artıq Rusiya hərbi kontingentinin maşınlarını da yoxlayıb, ölkəyə buraxır, havalanırlar. Elə Xankəndidəki 9 may mitinqində Rusiya bayraqlarının olmaması, əksinə, ümidsiz bir dəstənin ortaya çıxaraq rus kontingentə nifrətini ifadə etməsi də yeni reallığın diqtəsindən irəli gəlir. Amma ağıllanmırlar ki...

Qarabağ erməniləri Azərbaycan vətəndaşlarının malik olduğu bütün  imtiyazlardan istifadə edəcək” Yeni Sabah

Məsələn, silahları təhvil verib, Azərbaycandan əfv diləmək əvəzinə, Sərsəng suyunun sürətlə azalmasına görə...Azərbaycanı ittiham edirlər. Həyasızlıq bu həddə qədər artıb. 1976-cı ildə tikilmiş, 90-cı illərin əvvəllərindən artıq Tərtər rayonuna aid olan Sərsəng su anbarı əslində separatçıların Azərbaycana qarşı istifadə etdiyi silahdır. Qəzalı vəziyyətdə olan, 132 metr dərinlikdəki bu anbarın bir hissəsinin partlaması kifayətdir ki, Azərbaycanın böyük hissəsi sua altında qalsın. Eyni zamanda separatçılar on illərdir snbarın ehtiyatlarının qarşısını kəsir, qanunsuz SES-ləri işlətmək və əkin yerləri üçün istifadə edir, Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədidə 100 min hektarlarla ərazilərimiz susuzluqdan məhv olur, məhsuldarlıq aşağı düşür. Bu gün Suqovuşanı qurudan separatçılar yüksəklikdəki Sərsəngdə suyun səviyyəsinin aşağı düşməsinə görə Azərbaycanı “ekoloji fəlakətdə” ittiham edir.

346277663_1781281792289504_4713503473978222360_n.jpg (79 KB)

Ermənistanın işğalçı ordusu 26 fevral 1993-cü ildə Sərsəng su anbarını və ətraf əraziləri işğal altına almaqla Tərtər–Kəlbəcər yolunu da kəsib, Kəlbəcər yolumuz bağlıdır o vaxtdan! Rusiya sülhməramlıarı 2020-ci ilin 10 noyabrından o yolu da açmalı idi...

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin hazırladığı “Azərbaycanın sərhəd rayonunun əhalisi sudan məhrum edilmişdir” adlı qətnamə qurumda 2016-cı ilin yanvar ayında qəbul edilib, amma bu günədək  2085 saylı qətnamə icra olunmayıb. Şübhəsiz ki, separatçılar Azərbaycanın Sərsəngi xilas əməliyyatına başlayacağını anladılqları üçün şivənə başlayıblar. Amma hansı əsasla?!

İndi də Turşsudakı ermənilər sərsəm fikirlərə düşüblər. İşğal dönəmində Şuşanın bu kəndində qanunsuz məskunlaşan ermənilərin başçısı Qaqik Nəsibyan deyib ki, Azərbaycan sərhəd postu qoyduqdan sonra onların bankomatı da xarab olub. “Çox çətin vəziyyət yaranıb, bankomatlarımız və terminallarımız yoxdur, pul çıxara bilmirik, köçürmələr edə bilmirik. Hesabda pul var, amma biz onu çıxara bilmirik. Əvvəllər Gorusa, Stepanakertə gedirdik, indi isə təbii ki, gedə bilmirik. Ümumiyyətlə, pul xərcləməyə heç bir yer yoxdur, çünki hərəkət yoxdur, amma təcili ehtiyac olarsa, biz bunu edə bilməyəcəyik”, - Nəsibyan bildirib.

Oxu.az - Turşsu erməni işğalından əvvəl və sonra... - FOTO

Bu zavallılar hələ də gerçəkliyi anlaya bilmirlər. Laçının Zabux və Sos kəndlərində qanunsuz məskunlaşan gəlmələrin taleyi bunları da gözləyir, şübhəsiz. Dövlətimizin mövqeyi aydındır, kimlərin ki, Qarabağda yaşamaq hüququ olacaq, onlara vətəndaşlıq veriləcək, yoxsa Suriyadan, Livandan gəl, tala, sonra da Azərbaycan vətəndaşlığını qəbul et, bu, mümkünsüzdür onsuz da. İndi Nəsibyan da bankomat eşqinə düşüb. Xankəndiyə də gedə bilmir, Gorusa da, qorxusundan. Həm də bankomat istəyir. “Bu nə pəhriz, bu nə turşsu”, misalı...Yaxud xoşlamırsan, yol açıqdır, cəhənnəm ol Turşsudan! Bankomat, yox bir, bəlkə sizə avtomobil də ayıraq Gorusa getməyə! Deyir bankomat verilsin, onun içindən Ermənistan dramı çıxarıb, kefimizi sürək Azərbaycan torpaqlarında. Nə dəli əlində qalmışıq, biriləri dağın başındakı Sərsəngdə suyun azalmasına görə ittiham edib, şivən salır, o biri də deyir bankomatım yoxdur...

Ay haylar, Şuşada elə bu gün 17 yaşayış binasının təməli qoyuldu. Əl-ayağımıza toxunmayın, İşimiz çoxdur! Və general Mehmandarovun darmadağın etdiyiniz mülkünün indiki halına baxın və yerə girin, etdiklərinizə görə!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости