Свобода людям, независимость нациям!

Şuşa yolundakı Zəkulla kişi

3404 15.10.2021 11:30 Колумнисты A A

Uzaqdan tanıdı: “Bay, Arif Raufoğlu!”

Belə desə də, üzünün ifadəsi sual işarəsi şəklində idi.

Hələ əmin deyildi.

Diqqətlə baxa-baxa yaxınlaşdı.

Əlini uzatdı.

Oxşatdığı adam olduğuna artıq əmin idi:

- ...Nə yaxşı gördüm səni. Şuşaya gedirsiniz?

- Hə, qardaş, Şuşaya gedirik.

- Allah uğur versin. Mən Tağıyev Zəkullayam, bu ağaclara baxıram. Ərazinin "qaravul"uyam...

***

Yolüstü çay içmək üçün dayanmışdıq.

Bərəkəti ilə həm də cəsur insanlar, döyşçülər yetişdirən Biləsuvar torpağındaydıq.

Baqajı açıb termosu götürənə, tək istifadəlik stəkanları çıxarana qədər Zəkulla kişi yetişmişdi.

Vəzifə gərəyi ərazidəki heyvanlara və… dayanan təsadüfü maşınlara diqqət kəsilirdi.

Ağacları və pambıq tarlasını qoruyurmuş.

Çaya dəvət etdik.

"Siz mənim qonağım olun", - dedi.

"Gələn dəfə, inşallah…", - dedik…

Söhbətə bizim səyyar çay süfrəsində başladıq.

"Sənə, bir də o deputat kim idi… Fazil - onun bütün çıxışlarına baxıram. O gün də Mir Şahinin televiziyasında danışırdı..."

Elçin Əkbərovun kamerası işləyirdi...

İlahi, bu Azərbaycan insanı necə böyük, necə vətənsevər, necə ağıllıdır!

Adlı-sanlı politoloqlar yalan olardı Zəkulla kişinin danışdıqlarının, təhlillərinin yanında...

İranın Azərbaycanı arxadan xəncərləməsindən tutmuş, Prezidentin Qarabağı hansı düsturla (xalqı və müxalifəti ətrafına yığmağı bacararaq) geri almasına, dünən gecə şəhid olan 19 yaşlı əsgərimizin hekayəsinə qədər gündəmdəki hər şey onun təhlillərində vardı!

"Gecə yatmamışam, ağlamışam o əsgər üçün. Cavan uşaq idi. Sağ olsun, ordumuz onun qanını yerdə qoymadı... Arvad deyir, bu qədər dərd eləmə, öləcəksən. Amma dözəmmirəm... Onların (ermənilərin) hamısını qırmaq lazımdır, nə işləri var Qarabağda?!"

Sevgi və heyrətlə baxırıq bu böyük vətəndaşımıza...

"Kasıb olmağıma, nimdaş geyimimə baxma, Arif bəy, mənim ürəyim bu dövlətə yanır, canım Azərbaycana qurbandır..."

Biləsuvarın yetirdiyi Milli qəhrəman, qürurumuz Mübariz İbrahimovdan, Ramil Səfərovdan, Prezidentin onların xidmətlərinə qiymətindən danışdı...

Biləsuvarda bir stəkan çay içdik, bir dünya qazandıq...

Zəkulla kişinin timsalında yolüstü VƏTƏNDAŞIMIZI gördük.Yenidən tanıdıq.

Xalq həminkidir.

Ötən ilki...

Biz Vətən müharibəsini bu xalqla udduq.

Zəkullalarla...

***

Şuşayadır yolumuz.

Öz maşınımızla gedirik.

Bakıda oturduq maşınımıza və Vətən torpaqları ilə gedirik Qalaya doğru...

Bundan böyük xoşbəxtlik olarmı?!

Coğrafiyamızdan və sayımızdan çox böyüyük...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости