Свобода людям, независимость нациям!

Ştreyxerin aqibəti – Kreml təbliğatçları üçün ibrətamiz ştrix

3756 05.04.2022 16:05 Колумнисты A A

 

Danışarkən dişlərini qıcayan, gözlərini bərəldən, dodaqlarını qəzəblə dartan, əllərini əsəbi-əsəbi, hədələyici tərzdə silkələyən, başlarını furqon yabısı kimi sağa-sola davrayan Kreml propoqondistlərini görəndə tanıyan-bilən adamların yadına Ştreyxer düşür.

Yulius Ştreyxer... 78-100 il əvvəl o da özünü Solovyovun, Simonyanın, Skebeyavanın, Delyaqinin apardığı kimi aparıb, nasizimin hədəf götürdüyü xalqlara nifrət püskürüb.

İrəli gedərək deyək ki, bu adam sonda Nürnberq məhkəməsinin “qara cağ”ının arxasında nasist cəlladlarla – German Görinqlə, Rudolf Hesslə, Ulrix Ribbentropla, Alfred Rozenberqlə, Vilhelm Keytellə, Ernest Kaltenbrunnerlə, Karl Dönitslə yanaşı oturub. Onu da mühakimə edib, sonda asıblar.

Bir zamanlar Hitlerin partiyasının Nürnberq təşkilatının rəhbəri olan Ştrayxerin həyatı məhz at oynatdığı Nürnberqdə bitib.

O, heç də hərbi vəzifə daşımayıb, hərbi əməliyyatlarda iştirak etməyib, birbaşa hərbi cinayətlər, qətliamlar törətməyib, əlində silah tutmayıb. Amma Ştrayxerin əlində elə bir “silah” olub ki, o bu, alətlə milyonlarla insan haqqında ölüm fitvası verib.

Jurnalist-təbliğatçı kimi fəaliyyət göstərən Yulius Ştreyxer antisemit və antikommunist səciyyəli yazılar dərc edən “Der Stürmer” (“Hücumçu”) qəzetinin baş redaktoru, alman nasizminin ideoloqu olub, genosid çağırışları edib, bu səbəbdən axırda, 61 yaşındaykən “dar ağacı”na salam verib, əli (eləcə də ayaqları) havada qalıb.

46fc29e249ed9f1e1241d6856dd944ef.jpg (35 KB)

Bundan əvvəl o, I dünya müharibəsində şücaət göstərib, orden-medallar alıb. 1919-ci ildə Ştreyxer Nürnberqdə antisemit təşkilatının bölməsini yaradıb, Almaniya Sosialist Partiyasının üzvü olub, Hitlerlə yüngülvari münaqişəyə girib, ona məğlub olub və fürerə biət edib. Hitler bu tip adamların öz ətrafında olmasını vacib sayıb – təki onun ideyasına xidmət etsinlər. 1922-ci ildə ASP ilə Hitlerin partiyası birləşib.
1923-cü ildən etibarən Ştreyxer “Der Stürmer” qəzetini nəşr etməyə başlayıb. O, bu qəzetdə Almaniyada yaşayan yəhudiləri “cümlə xəyanətlərə bais” elan edib. Qəzetin hər nömrəsində yəhudilərə qarşı karikaturalar, felyetonlar, ciddi ittihamedici məqalələr dərc olunub. Bəzən karikaturalar açıq pornoqrafik səciyyə alıb. Ştreyxer iddia edib ki, yəhudilər “ari” uşaqların ritual ölümünü təşkil edir, insanlara rahat yaşamaq imkanı vermirlər. Bədnam ideoloqun iddiasına görə, yəhudiyə ərə gedən “ari qadın” artıq qanını xarab edib və o, “safqanlı ari uşaqlar” doğa bilməz.

Ştreyxer bu kimi məqalələr yazmaqla kifayətlənməyib, dildən pərgar natiq olduğu üçün Almaniya boyunca gəzərək alovlu çıxışlar edib, sadə almanları yəhudilərə, daha sonra isə slavyanlara, kommunistlərə qarşı qızışdırıb.

Onun bu cür hərəkətləri, tamahkarlığı, canfəşanlığı, özbaşınalıq edərək məhkumları şəxsən döyməsi, şəxsi həyatında pozğunluğu (xoşuna gələn qadınların ərlərini şantaj edir, özlərini məşuqəyə çevirirmiş və bunu hamıya danışırmış), yəhudilərin müsadirə olmuş əmlaklarını həvəslə alması və ədəbsiz yazıları German Görinq, Rudolf Hess, Robert Ley və Yalmar Şaxt kimi ciddi nasistlərin etirazı ilə qarşılanıb. Onlar Hitlerə bildiriblər ki, bu adam hərəkata xeyirdən çox, ziyan gətirir. Hətta 1938-ci ildə Yozef Göbbels dəfələrlə ona kütlə qarşısında çıxış etməyi yasaqlayıb. Ağlı ağlına yaxın olduğu üçün Hitler həmişə Ştreyxeri dəstəkləyib.

Ancaq Ştreyxer 1937-ci ildə öz yazısında Görinqin yeganə qızını “süni mayalanma məhsulu” adlandıranda imperiyanın ikinci şəxsi onun partiya vəzifələrindən uzaqlaşdırılmasını təşkil edib. Bundan sonra Ştreyxer yalnız qəzet redaktoru kimi fəaliyyət göstərib. 1945-ci ilin mayında isə onu amerikalılar yaxalayıb.
Ştreyxer təcridxanada Hess, Reder və Ribbentropla bir kamereda yatıb. Sonuncular belə bir adamla eyni qabdan yemək yeməyə məcbur olduqları üçün özlərini təhqir olunmuş sayırmışlar.

Ştreyxerə ölüm hökmü kəsiləndə o, hakimlərin üçünün yəhudi olmasına işarə edərək deyib: “Əlbəttə, edam. Başqa nə gözləmək olardı! Elə onlar da bunu əvvəlcədən bilirdilər”.

Asılanda Ştreyxer üç dəfə “Hayl Hitler” deməyə macal tapıb.

33.jpg (40 KB)

777.png (387 KB)

İndi onun yolunu gedən Kreml təbliğatçıları qətiyyən qorxmurlar ki, belə bir aqibət onların da başına gələ bilər. Onlar bunu anlayanda gec olacaq və heç kəs millətlərə qarşı nifrət alovu püskürən, insanların düşüncəsini, qənaətini manipulyasiya edən bu yaramazların gözünün yaşına baxmayacaq. Ştreyxerdən fərqli olaraq, bunlar “Rusiya, irəli” deməyəcəklər.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости