Свобода людям, независимость нациям!

Stalinin haqqını yeyən Tramp və Trampın haqqını yeyənlər...

1772 05.09.2022 12:55 Колумнисты A A

Tramp düz demir, görünür, yanlış bilir, o sözü Lenin yox, Stalin deyib. Yəni tarixdə “əsas məsələ səsləri kimin saymasıdır” kəlamı İosif Vissarionoviçin adına yazılıb. Özü də bu ifadənin orijinalı belədir: “Kimin necə səs verməsi mühüm deyil, mühüm olan səslərin necə sayılmasıdır” (ruscası: «Не важно кто и как голосует — важно, как считают голоса»).

Hərçənd ola bilər, bu, olduqca hikmətli kəlamı Stalin nə vaxtsa öz mürşidi Lenindən eşidib və yadında saxlayıb. Amma o da ola bilər ki, bu ifadəni birinci dəfə Trotski irad edib. O da belə şeylərdə pərgar olub.

Karl Radekdən də şübhlənmək olar, çünki bolşeviklərin dövründə nə qədər ironik atmaca varsa, hamısını o deyirmiş. Axırda elə onun güdazına gedib. Hamıya, o cümlədən Stalinə ilişdiyi üçün bir gün adamı tutub basıblar içəri. 10 il həbs cəzası almış Radekin türmədə kamera yoldaşı tərəfindən öldürülməsi barədə xəbər Stalinə gələndə sovet fərmandehi deyib ki, axx, sarsaq Radek, dilini dinc qoysaydın, indi yaşayardın.

Xüləs, həmin ifadə 1934-cü ildən sonra məşhurlaşıb. O da belə olub. O vaxt hakim kompartiya növbəti, 22-ci qurultayını keçirib. Qurultayda özlərini “Leninin silahdaşları” sayan köhnə kommunistlər Sergey Kirovu dilə tutublar ki, o, baş katibliyə namizəd olmağa razılıq versin, kommunistlər də onu dəstəkləsin. Amma Kirov deyib, hələ vaxtı deyil, gözləmək lazımdır. Bundan sonra partiyanın seçkili orqanlarına seçki keçirilib və köhnə kommunistlər kompartiyada kifayət qədər yer götürüblər, Stalin isə baş katib seçilib. Amma nə olubsa, o qurultaydan sonra olub. Əvvəlcə Kirovu öldürüblər – elə həmin il. Sonra onu baş katib olması üçün dilə tutanlar güllələnib. Daha sonra kimlər Kirova səs verəcəkmişsə, onları da divara söykəyiblər. 4-5 ilin içində həmin qurultay nümayəndələrinin 56, qurultayda partiya rəhbərliyinə seçilənlərin isə 70 faizi məhv edilib.

1960-cı illərdə 22-ci qurultayda gizli səsvermənin nəticələrinin saxtalaşdırılması məsələsi qalxıb. Say komissiyasının üzvü olan Verxovıx soyadlı bir nəfər deyib ki, qurultay nümayəndələri Stalinin, Molotovun və Kaqanoviçin əleyhinə 100-dən çox səs vermişdilər. Amma əlbəttə ki, kimin kimə səs verməsi mühüm deyil, mühüm olan səslərin necə sayılmasıdır və səs sayanlar Stalinin etibarlı adamları olduqlarından problem olmayıb. Əsl problem Stalinə qarşı səs verənlərə yaranıb, onlar yeni ağardılmış divara söykədiləndə pencəklərinin arxası əhəngə və qana bulaşıb. Vəssalam.

İndi Tramp deyir, Lenin... O da bunu ona görə deyir ki, 2020-ci il prezident seçkilərində səsvermənin nəticələrindən narazı qalıb. Düz 2 ildir ser bu nəticələri, türkün sözü, bir türlü həzm edə bilmir, deyir, əslində mən daha çox səs almışdım, amma Baydenin adamları seçkiləri saxtalaşdırdılar, nəticədə Ağ Evdəki oval kabinetdə o qoca kişi oturdu (sanki özü çox cavandır).

Bu mübahisəyə ədalətlə yanaşmaq lazımdırsa, öz subyektiv fikrimi burada tam cürətlə söyləyə bilərəm ki, özüm Trampın Baydendən daha çox səs topladığına inanıram. Hətta onu da dəqiq bilirəm (bunu hamı bilir) ki, 2016-cı il seçkisində də xanım Klinton Trampdan 1 milyon artıq səs yığmışdı, amma Ağ Evə Tramp getdi. Bu da ona görə elə oldu ki, ABŞ-da seçki qaydası belədir: böyük ştatlardan kim daha çox nümayəndə seçdirə bilirsə, o qalib gəlir. Seçicilərin ümumi səslərini çox toplayan namizədin nümayəndəsi azdırsa, o uduzmuş sayılır.

Bu, onu göstərir ki, mühüm olan kimin kimə necə səs verməsi deyil, ayrı-ayrı ştatlarda səslərin necə sayılmasıdır.

Tramp isə iddia edir ki, 2 il qabaq səsləri düz saymayıblar, necə sayıblarsa, adam o vaxtdan bəri qabağına keçənlə dalaşır.

Bu, çox pis söhbətdir, oxumuş adamlar demişkən, yaxşı presedent deyil. İndiyəcən ABŞ seçki üstündə az qala bütün ölkələri danlayırdı, deyirdi, seçkilərdə qüsurlar olub, standartlara uyğun olmayıb, qanun pozuntuları müşahidə edilib, bu seçki legitim sayıla bilməz-fiıan. Düzdür, arada bunları saydıqdan sonra “bu seçkilər irəliyə doğru addımdır” dediyi də olurdu, amma 3-4 min kilometr o tərəfdə olan demokratiyaya çatmaq üçün 1-2 milyon il vaxt lazım idi – bir şey ki, 4-5 ildən bir irəliyə doğru 1 addım atacaqsan.

İndi necə olacaq? ABŞ pis seçki keçirən ölkələri necə danlayacaq? Bəs demokratik seçki keçirmək istəyən ölkələr kimi örnək götürəcəklər?

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости