Свобода людям, независимость нациям!

“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir

853 27.07.2024 12:58 Колумнисты A A

Kəlbəcər istiqamətində tətiyin çəkilməsinin ardınca Tovuz tərəflərdə qeydə alınan erməni təxribatı 4 il öncəni xatırlatdı...2020-ci ildə hadisələr Tovuz istiqamətindən başlamışdı. Türkiyə Cumhurbaşqanı demişkən, “Ermənistanın boyunu aşan hadidələr”ə rəvac verənlər var idi, yoxsa bir ovuc hay tayfasında belə cürət, elə cəsarət hardaydı? Dərslərini aldılar, amma dərs olmadı...

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULDU

Yenə də qaşınırlar, kürəyini Azərbaycan əsgərinin avtomatının lüləsinə sərtmək istəyirlər. Həm də onları təhrik edənlər var.

Əminliklə yazırdıq, deyirdik ki, Ermənistandakı revanşistlərin hərəkatına real başçılığı əslində qara keşiş Baqrat Qalstanyan deyil, baş (revanşist) nazir Nikol Paşinyan eləyir. Yoxsa bir dəstə ilə aylardır Zəngəzurdan-Göyçəyə, ordan da İrəvana, Vedibasaradək meymunluq eləmək, Paşinyanı hökumət edində, deputatları parlamentdə dustaq eləmək onun hünəri deyildi. Plan-konspekt hazırlanmışdı, demişdilər belə icra elə, o da eləyirdi.

Paşinyan Qərb ölkələrinin Ermənistanla bağlı çağırışlarına təəccüblənib -  24.11.2023, Sputnik Azərbaycan

Budur, növbəti görüşlərə başlayıb. Özü də elan edib ki, sentyabr ayından mitinqlərin ikinci dalğasını başladacaq. Hardan başlasa yaxşıdır – Göyçədən. Qazaxın anklav olmayan kəndlərinin geri qaytarılmasına qarşı çıxan Qalstanyan indi də Göyçədə tullanıb-düşəcək. Səbəbi bəllidir – demarkasiya və delimitasiya prosesi Göyçə istiqamətində davam etdirilməlidir. Aprel-may aylarında delimitasiya komissiyaları müəyyən məsafə qət etdilər, xeyli müddətdir fasilə yaranıb, anklav kəndlərin qaytarılması gözləntiləri varkən təxribatlara əl atılması heç şübhəsiz prosesi dalana soxmaq niyyətindən irəli gəlir.

Müdafiə Nazirliyi “Müharibə veteranı” adının verilməsi ilə bağlı  müraciətlərə cavab verdi - 25.02.2022, Sputnik Azərbaycan

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi ilə əlaqədar kifayət qədər ciddi xəbərdarlıq edib. Xatırladılıb ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyil və davamlı xarakter daşıyır. Yəni səbrimizi daşırmayın, bir gün bizə tərəf atılan daşları toplayıb, eyni vaxtda başınıza əndərə bilərik! Müdafiə Nazirliyi tamamilə yerində xatırladıb: “Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir”. Tamamilə doğru, Ermənistanı üçüncü müharibəyə vadar etmək niyyətləri var. Həm də əbəs yerə ermənilərə pul ayırmırlar ki... Musiqi sifariş edirlər, deyirlər “Tanqo” oynamalısan, vəssalam!

Ermənistan sərhədə qoşun toplayır - Bakıdan sərt XƏBƏRDARLIQ

Və Bakıdan zəruri xəbərdarlıq: “Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir.
Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir!”

Ermənistan anlamalıdır ki, Azərbaycan sözü əbəs yerə demir, dedisə, demək ciddiyə almaq, yerini bilmək lazımdır, əks təqdirdə, DəmirYumruq!

Amma belə görünür ki, nəinki baqratkimilər fəsiləsinin üzvləri, hətta İrəvandakı hakim zümrə də reallıq hissini itirmiş durumdadır. Əks təqdirdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan Respublikası ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədində təxribat xarakterli hərəkətləri ilə bağlı növbəti bəyanatı anlaşılmazdır”-deməzdi.  

Saat 14:00-a olan məlumata görə, ER sərhəd zonalarında ciddi insidentlər  qeydə alınmayıb

Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına reaksiyasında bildirib ki, “Sərhəd insidentlərinin və ya onlar haqqında məlumatların araşdırılması üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılması ilə bağlı Ermənistan Respublikasının Baş Nazirinin ofisi tərəfindən diplomatik kanallar vasitəsilə və açıq şəkildə verilən təkliflər Azərbaycan tərəfindən cavabsız qalmaqda davam edir. Belə bir mexanizmin işə salınması istənilən vəziyyətə aydınlıq gətirməyə və reallığa uyğun gəlməyən məlumatların yayılmasının qarşısını almağa imkan verərdi”. Bu, bilirsiniz nəyə bənzəyir: işğal zamanı ABŞ-nin erməni ordusuna gecəgörmə cihazları ötürməsinə, həmin cihazlardan istifadə edən işğalçıların Azərbaycan əsgərini və mülki sakinlərini öz torpağında qətlə yetirməsinə şərait yaratmasına...ATƏT-in Minsk Qrupunun həmsədrləri adlı ölü qurumun “gəlin təmas xəttində müşahidə kameraları quraşdıraq” kimi cəfəng “həll təklifi”nə. İndi də Ani çıxıb ortaya. Guya “Ermənistan hökuməti sülh gündəminə sadiq qalmaqda davam edir və bu strategiyadan kənara çıxmayacaq”mış.

Fransadan SEZAR, Hindistandan snayperlər, İrandan 500 milyonluq “Şahed”-lər, PUA-lar, nə bilim daha nələr al, doldur kadastr sənədi olmayan oyuncaq ölkəyə, Kəlbəcərə silah tuşla, Tovuz tərəfə kvadrokopter uçur, sonra da utanmazcasına de ki, “sülh gündəminə sadiqik”.

Fransa İrəvana hücum silahı verir: SEZAR-ın tədarükü…

Qonşu ölkənin ərazisini 30 il işğalda saxlayan Ermənistanın rəsmi şəxsinin iddiasına baxın: “Ermənistan Respublikası diplomatik kanallar vasitəsilə və açıq şəkildə Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmi yaratmağı və müvafiq saziş bağlamağı təklif edib, Azərbaycan da bunu cavabsız qoyub. Buna baxmayaraq, bu təklif də qüvvədə qalır”. Həyasızlığın sərhədi yoxdur. On illər boyunca Azərbaycan ərazisini silah bazasına çevirən, kvotadan qat-qat artıq silah və texnikanı Qarabağa daşıyan Ermənistan indi silahlara nəzarət təklif edir. Nə haqla?! Əslində Azərbaycana vurduğu zərbələrə, törətdiyi terrora, müharibə cinayətlərinə görə Ermənistanın ordu saxlaması belə, yasaq edilməlidir. Azərbaycana yüz milyardlarla zərər vuran Ermənistan təzminat ödəməyib, törətdiyi cinayətlərə, soyqırımlara görə üzr istəməyib, işğal və terror faktları hüquqi qiymətini almayıb, belə olduğu təqdirdə bu ölkəyə ordusunu müasir silahlarla təmin etmək revanşı stimullaşdırmaq, terroru, işğalı dəstəkləməkdir. Ermənistan o ölkədir ki, hələ də konstitusiyasına qonşu ölkələrə qarşı ərazi iddiları əksini tapır.Belə bir ölkəni silahla təchiz etmək yox, onu konstitusiyasını yenidən yazmağa vadar etmək lazımdır, ABŞ, Fransa və digərləri!   

“Sülh Fonsu” adlanan, amma mahiyyəti hərbi xarakter daşıyan proqramın Ermənistanda açılmasının, erməni revanşizminə milyonlar ayrılması bu ölkənin silahlandırılması üçün maliyyələşmə proqramı ilə bağlı qərarın verilməsi savaş təhlükəsini yaxınlaşdırır. Bunu “sülh təşəbbüslü” qüvvələr edir. Brüssel formatında hərbi pakt anlaşması söhbəti əbəs yerə ortaya atılmamışdı. Gizli şəkildə, başqa adlar altında icra edirlər Ermənistandakı faşizmin çiçəkləndirilməsi layihələrini.

Ermənistana gəlməkdən qorxan Makron artıq ölkədaxili səfərlərdən də çəkinir  - Oxu.az

Ermənistan rəhbərliyi hələ də anlamır ki, ağaları onları da, oyuncaq ölkələrini də bədbəxt edəcəklər bu gedişlə. Avropa ilə Ermənistan arasında viza liberallaşması üzrə dialoqun başlaması ilə, NATO-ya üzvlük nağılları ilə həvəsləndirirlər, Paşinyan hakimiyyəti də Makron, Lui Bono və digərlərinin “ev tapşırığı”nı icra edir, “bir aya sülh imzalaya bilən” adamı deyirəm. Ermənistan rəhbərliyi gözlərinin qarşısında artıq Qərbin oyunlarından bezmiş Gürcüstanın taleyindən dərs götürmürlər. Gürcülər asan viza əldə ediblər, amma “havayı pendir tələdə olur”, indi onların burunlarından gətirməyə çalışır, Qərb imperializmi. Yeni müharibə baş verərsə, bu, Ermənistan fəlakətin dibinə yuvarlanacaq, onsuz da ciddi demoqrafik problemlərlə üzləşmiş bu oyuncaq ölkə üçün bu daha da dərin demoqrafik böhrana səbəb olacaq. Həm də Avropanın viza həvəsləndirməsi Ermənistanı sürətlə boşaldacaq. Avropa İttifaqı ilə viza rejiminin ləğv edilməsi nəticəsində Gürcüstanı indiyədək yüz minlərlə çox insan tərk edib. Eyni vəziyyət Baltikyanı ölkələrində də müşahidə edilir. ABŞ baxdı ki, Gürcüstan onun tapşırığını icra etmir, indi artıqviza məhdudiyyətlərinə başlayıb bu ölkə ilə bağlı. Sanksiyalarla təhdid edir Qərb “demokratiyası”. Bu gedişlə gürcülər rus işğalına şükür etməli olacaqlar. Bu gün Ermənistan Qərb üçün “təcrübə siçanı” rolundadır. Bu ölkənin ərazisindən təkcə Azərbaycan və Türkiyəyə qarşı deyil, həm də İran və Rusiyaya qarşı planları həyata keçirməyə çalışır. Amerikan general əbəs yerə Ermənistan Müdafiə Nazirliyində oturmayıb, son 9 ayda iki ABŞ-Ermənistan birgə hərbi təlimləri də əbəs yerə keçirilməyib. İrəvandakı ABŞ səfirliyinin 2 minlik kontingenti də üstəlik. Gümrüdəki rus bazasının şəxsi heyətinin yarısı qədər. ABŞ və Fransanın timsalında Qərb üçün Ermənistan qala rolunu oynayır, ələ keçirmək üçün hətta bir-biri ilə rəqabətdədirlər. Azərbaycana giriş əldə edə bilmədilər, Gürcüstandan qovulurlar, qalır “Soros uşaqları”nın ölkəsi.

Ermənilər anlamalıdır ki, onların nicatı bölgədə sabitliyin yaranmasında, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından rəsmən əl götürüb, normal münasibətlər qurub, yaşamaqdır, silah daşımaq yox. O silahların “bir Bayraqdarlıq canı” var!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости