Свобода людям, независимость нациям!

“Sonuncu ukraynalıyadək döyüşmək” və Putini “sındırmaq...”

1888 14.05.2022 15:25 Колумнисты A A

Rusiyanın üç ayda parlaq qələbəsi demək olar ki, yoxdur, daha Kiyev iddiasında da deyillər, denasifikasiya terminini də az işlədirlər, Ukrayna isə...

Ukraynada müharibə uzanır. Bir neçə gündən sonra hərbi əməliyyatların başlamasının üç ayı tamam olacaq. Üç ayın yekunu başa-başa müqayisə olunsa, Rusiya Ukraynadan nələrsə qoparıb. Amma əməliyyatlar davam etdiyi müddətdə Rusiyanın parlaq hesab olunacaq qələbəsi demək olar ki, yoxdur. Ruslar daha Kiyev iddiasında da deyillər, “denasifikasiya” adı altında hakimiyyət dəyişikliyi haqda da danışmırlar, ancaq yaxın planı gerçəkləşdirməyə-Donbası tam nəzarətə almağa çalışırlar. Mümkündür ki, məhz bu plan gerçəkləşərsə, Ukrayna ilə masa araxasında oturmaq istəyində olacaqlar.

Kollektiv Qərb Ukraynaya dəstək verməkdə davam edir. Almaniyanın tankları, İngiltərənin uçaqsavarları, ABŞ-ın uzaqvuran topları cəbhə xəttinə gəlib tam yerləşdikdən sonra hansı keyfiyyət dəyişiklikləri olacağını yəqin ki, ruslar hiss edəcək. Moskva Ukraynanın sürətlə silahlandırılmasından narahatdır, amma bu prosesi əngəlləməyin mümkün olmadığını da anlayırlar. Ukraynın bu silahlardan effektli istifadəsi bir az zaman alır. Hazırda ukraynalı hərbçilərə Polşa və Almaniyada təlimlər keçirilir. Rusiya isə da bu zamandan istifadə edərək ya bu silahların cəbhə bölgəsinə gəlməsini əngəlləmək üçün dəmir yollarını vurur, ya da Donbasda hərbi üstünlüyünü möhkəmlətməyə çalışır.

Qarşıdan yay gəlir, hər tərəf artıq yaşıllıqdır və bu düşmən hədəfindən yararlanmaq üçün fürsət verir. O səbəbdən müharibənin bu istiqamətdə hələ bir neçə ay da davam edə biləcəyini proqnozlaşdırmaq olar. Mümkün atəşkəs və bəlkə də hansısa ilkin razılaşma cəbhədə tərəflərdən biri ciddi və əzici dönüş edə bilməzsə, payıza qaldı...

Ukraynanın daxilində vəziyyətin gərgin olduğu məlumdur. Ölkənin əksər infrastrukturu dağıdılıb, ancaq hərbi sənaye müəssisələri işləyir. Rusiya ölkənin daxilində partlayış olacağına, Zelenski hakimiyyətinə qarşı üsyan qalxacağına ümid edirdi. Təsadüfi deyil ki, Rusiya prezidenti hərbi əməliyyatların ikinci günü Ukrayna ordusuna müraciət etmiş, onları Kiyev hakimiyyətinə qarşı silahlı üsyana səsləmişdi. Amma Kiyev əsasən, də Qərbin maddi dəstəyi sayəsində duruş gətirə bildi, ölkədə xalq üsyanları arzusu gerçəkləşmədi. Ukraynada indi ən ciddi problem yanacaqla bağlıdır. Ölkənin 15-ə yaxın yanacaq istehsal edən müəssisəsi ya sıradan çıxarılıb, ya da tam işlək deyil. Ölkəyə Belarusdan daha yanacaq gətirilmir, Moldova istiqamətindən yanacağın gətirilməsi də Dnestryanı da əngəllənir. Rusiya ümid edir ki, yanacaq olmazsa, Qərbin verdiyi tankları işə salmağı əngəlləmək mümkündür.

Rusiyanın özündə vəziyyət partlayış həddində olmasa da, ağırdır. İlk sanksiyalardan ötən müddətdə makroiqtisadiyyata ciddi önəm verilməsi indi ölkəni çökməkdən sığortalayır. (Heç Azərbaycana sanksiya altında deyil, şükür ki, müharibəyə də cəlb edilməyib, amma ölkədə bahalaşma baş alıb gedir. Rusiya bəlkə də şükürlüdür). Sanksiyalar əlbəttə ki, nəticəsini göstərəcək. Bu müharibənin də, onun əsas hədəfinin də Rusiyanın çökldürülməsi olduğu artıq şübhə doğurmur. Bundan kim xeyir, kim zərər çəkəcək onu da görəcəyik. Bizə, Qarabağ məsələsinə də bunun təsirləri mütləq olacaq.

Hərbi əməliyyatlar başlayandan bəri ilk dəfə Pentaqon rəhbəri ilə Rusiya müdafiə naziri arasında telefon danışığı baş tutub. Vaşinqot bəyan edirdi ki, bir neçə dəfə Şoyqu və Baş Qərargah rəisi ilə danışmağa cəhd etsələr də, Müdafiə Nazirliyi rəhbərliyi telefonlara cavab verməyiblər. Dünənki telefon danışığı isə nəticəsiz olub. Bildirilir ki, ABŞ Rusiyadan atəşkəs tələb edib, amma rədd cavabı alıb. Putinin telefon trafiki də əvvəlki kimi gərgin deyil, son olaraq Almaniya kansleri Kreml rəhbərinə zəng edib.

Həm Kiyev, həm Moskva müəyyən mərhələyədək heç bir danışıqlara razılaşmayacağı aydındır. Kiyev hələ də ümid edir ki, işğal altına düşmüş torpaqları azad edə bilər. Rusiya isə Donbas yolundan geri çəkilməməkdə israrlıdır. Tərəflərdən biri bu planların reallaşmayacağını anladıqdan sonra danışıqlar masasına oturmağa meylli olacaq. Qərbin “sonuncu ukraynalıyadək döyüşmək” arzusu da gerçək deyil. Müəyyən mərhələdə Qərb də bunu anlamaq zorunda qalacaq. Müharibədə hər şeyi para həll etmir ki...

Zelenski hər çıxışında Putinlə görüşün mümkünlüyü haqda danışır, amma hər iki tərəf anlayır ki, oturub danışmaq və razılaşmaq üçün ortada real nəticə yoxdur. Putinin şərtləri- Krımın Rusiya ərazisi kimi, qondarma respublikaların isə müstəqilliyinin tanınması tələbləri qüvvədədir. Son olaraq bu təkliflər haqda Zelenski danışıb və bu şərtlərə razılaşmağa çağırış etmiş Fransa prezidentini sərt tənqid edib. Aydındır ki, Ukrayna bu qədər dəstəyin qarşısında bu şərtlərə boyun əyməz. Zelenskiyə bunu bağışlamazlar. Hamı Ukraynaya görə boynunu bıçaq altına verərkən həm də...

Ukrayna müharibəsinin yaratdığı qlobal böhran da getdikcə öz təsirlərini göstərməkdədir. ABŞ və Avropada infliyasiya rekord həddədir. Rusiyaya qarşı neft və qaz embarqosunu isə razılaşdırmaq mümkün olmur. Kiyev isə tələb edir ki, Rusiyaya enerji embaqosu olmayanədək , Putini “sındırmaq” mümkün olmayacaq.

Ukrayna təcavüzə məruz qalıb, ölkə elan olunmamış müharibəyə cəlb edilib. Amma Rusiyanın özünü bizm nağıldakı sarsaq div, Ukraynanın isə özünü Cırtdan kimi aparması da, doğru deyil. “Nənəm yağ-yaxmacı verib ki, mənim odunumu da yığın”, “belinizdə aparan..” və sair kimi cığallıqlar ortadadır. Məsələn, Almaniya sənaye, istehsal ölkəsidir. Qazdan asılıdır. Ondan “hər şeyi mənə görə qurban ver” demək, bəzi ölkələri “bizdən sonra sıra sizdə” deyib açıq təhdid etmək meylləri də aşkar görünür. Ukrayna Avropa Birliyinə üzv olmaq üçün ərizə verib, indi isə tələb edir ki, heç bir ön prosedur olmadan onu tamhüquqlu üzv etsinlər. Etməyəcəklər. Amerika milyardları boşuna xərcləmir ki... Zelenski o səbəbdən daha “NATO-ya üzv olaq” demir. Avropa əlindən gələn və hətta riskli addımlara gedir Ukraynaya görə. Bundan artığı görünür ki, hələ mümkün deyil.

Hələ məlum deyil, bu iş başqa bir Avropa ölkəsinin başına gəlsəydi, Ukrayna hansı mövqeyi tutardı. Necə ki, sərhədlərindən uzaq Qarabağ müharibəsində heç işğalçı Ermənistanı pisləməmişdi də...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости