Свобода людям, независимость нациям!

Siz Fransaya azarkeşlik edin, biz Xankəndi yoluna...

2790 16.12.2022 15:00 Колумнисты A A

Beşinci gündür ki, Xankəndi yolunda ekofəalların aksiyası davam edir. Sosial şəbəkədə olmasam da, bəzilərinin mövqelərindən xəbərdaram və açığı heyrətlənməyə bilmirəm. Yəni doğurdanmı özünə alim, siyasi lider deyənlər prosesin anlamını başa düşmürlər? Mən virtual olaraq vaxtilə Şuşaya da “getmişəm”, amma heç vaxt yuxuma belə gəlməzdi ki, Xankəndi yolunda böyük bir ekran qurulacaq, orada dünya çempionatının yarımfinalına baxacağıq! Bu, torpaqlarını işğaldan azad edilməsi prosesinin dinc yolla davamıdır, “o torpaqların da sahibi bizik” mesajıdır.

Sentyabrın 27-dək Xankəndində yaşayan Aşot səhər evindən çıxıb, əvvəl Hadrutdakı qohumuna baş çəkib, oradan Füzuliyə, sonra Xocavənd istiqamətindən keçərək özünü Şuşaya günorta yeməyinə çatdıra bilərdi. Oradan ürəyi istəsə, Laçına gedib burada məskunlaşmış ana-atasına baş çəkə, digər dığalarla hal-əhval tuta bilərdi. Sonra Qubadlının kəndində məskunlaşmış qohumlarına da dəyib, orada da bir stəkan çaxır içə, sonra istəsə, maşınını 300-350 kilometr də cənub istiqamətində sürüb Zəngilandan da keçməklə Cəbrayıladək gedə- Xudafərin körpüsünün yanında bir siqaret sümürüb bu işğalın yaratdığı “azadlıqdan” həzz ala bilərdi. Qayıdanda Kəlbəcərdə gecələyib, səhəri gün aşağı yolla yenidən Xankəndinə qayıdırdı...İndi Ağdərə-Kəlbəcər yolu yoxdur, Xankəndi-Görus yolunda da bizik. Həm də mülkü əhali, həm də bir quş tüfəngi olmadan Xankəndində bizə yenidən asi olanlara “ağıllanın” demək üçün...

WhatsApp Image 2022-12-15 at 11.17.10.jpeg (172 KB)

Ay adamlar, xəritəyə baxın, ermənilər Qarabağda elə bil tələdə, elə bir çuxurda qalıblar ki, onları heç Vardanyanlar nədir, yalançı qəhrəmanları Tiqran da daha xilas edə bilməz. Nə oyuncaq dövlət, nə saxta hökumət? Hamısı içi boş sözdür...Qarabağdakı ermənilərin bəziləri Ermənistanda “qaçqın” tənəsini eşitməmək üçün məcbur olub qayıdıblar, bəzilərinin dədə-babası orada yaşayıb, orada doğulublar o səbəbdən, bəzilərinin sadəcə, getməyə yeri olmayıb. Qarabağa heç bir erməni kefindən qayıtmayıb, siyasətbazların hoqqalarına baxmayın, heç birinin gələcəyə ümidləri də yoxdur. Yenidən məskunlaşmaq üçün nə şərait var, nə ev, nə əvvəlki kimi geniş ərazilər. Ermənilərin “artsax” adlı xülyası daha yoxdur, olmayacaq da. Ömrü boyu isə belə yaşaya bilməzlər. Ya Azərbaycanın tərkibində yaşamağa razılaşmalı olacaqlar, ya rədd olub gedəcəklər. Rus sülhməramlısının avtomatı arxasında yaşamaq elə bilirsiz, erməni üçün rahatdır? Qətiyyən.

44 günlük müharibə bəziləri torpaqların azad edilməsinə sevinə də bilmədi, çünki Allah da onları belə cəzalandırıb, qəlbini qapayıb, paslandırıb, beyinlərini çirkləndirib. Sonra başladılar “hanı Xankəndi” mahnısını oxumağa. Amma əminəm ki, ordumuz Xankəndini o zaman alsaydı, dünya da Azərbaycana “erməni genosidi” deyib sərt sanksiyalar tətbiq etsəydi, eyni adamlar deyəcəkdilər ki, “ora bizim nəyimizə lazım idi, hökumət yanlış etdi, ölkə bədbəxt oldu” və sairə...

WhatsApp Image 2022-12-15 at 11.17.12.jpeg (269 KB)

Vətən müharibəsində şəhid və qazilərimiz sayəsində ermənilərin indi hansı coğrafi vəziyyətdə qaldığını anlamaq bu qədərmi çətindir? Bu xain millət bizə divan tutub, yolumuzu bağlayıb, əlimizin çörəyini yeyib bizə düşmən kəsiliblər. Xankəndində illərlə diskriminasiya siyasəti aparıblar, hətta orada doğulan azərbaycanlı oğlan uşaqlarının bələkdə qəsdən qıçlarını qırıblar ki, şikəst böyüsün. Bir azərbaycanlının bu şəhərdə vəzifə pilləsində irəliləməsinə imkan verməyiblər, badalaq vurublar, Moskvaya “millətçidir” adı ilə donoslar yazıb, şərləyiblər. Bunların hamısı olub. Bu gəlmə millət Xankəndində həm də belə artıblar, çoxalıblar…Amma 5 gündür bir erməni yerindən tərpənə bilmir.

Xankəndi on illərdir separatçıların şeytan yuvasıdır, yenə orada ağıllanmayan, başı “dəmir yumruq” üçün gicişənlər çoxdur. Biz torpaqlarımızda qalmış bir ovuc, əzik milləti içimizdə ağıllandırmalı, təmizləməli, adam sifətinə salmalıyıq. Çətin işdir, amma mümkünsüz də deyil. Onlar cikkildəyə, bizim əsəblərimizə toxunan, səbrimizi daşıracaq hərəkətlərə hələ də yol verirlər. Amma əmin olun ki, Xankəndindəki erməni toplumu daha bizim qanımızı tökə, canımızı yandıra, torpaqlarımızı işğal edə bilməyəcəklər.

Aksiyanın hansı real nəticələri olacağı haqda çox soruşulur. Mənin gördüyüm nəticə- Xankəndi Azərbaycandır! Prosesə kölgə salmaq istəyənləri rəyinə təsir etmək kimi iddiam da yoxdur. Qoy onlar, Fransa millisinə azarkeşlik etməkdə davam etsinlər, biz Xankəndi yoluna...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости