Свобода людям, независимость нациям!

“Siz bizə dost olun, biz sizə düşmən” - Haylar öz çıxış və xilas yollarını qapayır

2545 04.05.2023 16:53 Колумнисты A A

Aprelin 30-da və mayın 3-də Türkiyənin Avropaya uçanı Ermənistana məxsus təyyarələrə hava məkanını bağlamasının səbəbi çox tutarlıdır.

Ermənistanın bir əsrdən çoxdur ki, Türkiyəni “erməni soyqırımı” ilə şantaj etməsi azmış kimi, son illərdə Türkiyənin və Azərbaycanın hərbi-siyasi xadimlərinə, diplomatlarına qarşı həyata keçirdiyi terror aktlarına haqq qazandırması, bundan bəhs edən yazıları dərsliklərə salması, üstəlik, terrorçulara abidə qoyulması, necə deyərlər, Ankaranın səbrini daşırıb.

Ona görə də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında səmimidir, amma Ermənistanda “Nemezis” abidəsinin qoyulması qəbuledilməzdir” deyərkən haqlıdır.

Qəzetimizdə “Nemezis” əməliyyatları barədə bir neçə dəfə yazılıb, ona görə də köhnə yazının linkini (https://www.musavat.com/news/ermenilerin-yeni-nemezis-niyyeti-dusmen-yeni-teyleryanlar-torlakyanlar-soraginda_756573.html) paylaşmaqla kifayətlənək və qısaca onu deyək ki, 100-103 il qabaq törədilmiş terrorçuluq aktları öz zamanında nəinki beynəlxalq brlik və qüdrətli dövlətlər tərəfindən qınanılmayıb, tam əksinə, tərifli Avropa dövlətləri terrorçuları çox yüngülcə mühakimə edib, tezliklə azadlığa buraxıblar, xarici ölkələrdə asudə yaşamalarına şərait yaradıblar.

Halbuki həmin vaxt insanlara, xüsusilə də hərbi-siyasi xadimlərin həyatına sui-qəsd edənlərə əksər ölkələrdə ölüm cəzası kəsilirdi. Elə erməni terrorçuları azad buraxan ölkələrin özləri də öz siyasi xadimlərini öldürən terrorçuları əfv etmirdilər. İstisna yalnız türkiyəli və azərbaycanlı nazirləri, generalları xaincəsinə öldürənlər olub.

Özü də həmin qətllərin bir xeylisinin heç bir əsası, səbəbi olmayıb. Məsələn, tarixi məxəzlərdə Azərbaycan cümhiryyətinin baş naziri Fətəli xan Xoyskinin ermənilərə qarşı amansızlıq etdiyi barədə sənəd yoxdur, amma ermənilər onu Tiflisdə qətlə yetirib. Vaxtilə Bakı kommunasının lideri olan Stepan Şaumyanın tələbə yoldaşı Behbud xan Cavanşir də ermənilərə qarşı hər hansı cinayət törətməyib. Elə bir şey olsaydı, Şaumyanla Cavanşir həmin o xaos və qırğın illərində bir-birinin həyatını xilas etməzdilər.

ADR-in sabiq ədliyyə naziri Xəlil bəy Xasməmmədov, parlament sədri Həsən bəy Ağayev də bənzər tale ilə üzləşib.

Belə anlaşılır ki, içləri qəzəblə, kinlə, hirs-hikkə ilə dolu olan terrorçu ermənilər əllərinə düşmüş fürsətdən yararlanaraq, bu şəxsləri sırf “bir azərbaycanlı öldürmək” naminə qətlə yetiriblər.

00d6dbbf7b09f79fd7c8aec2f3e3acfe.jpg (127 KB)

Müasir ermənilər isə onlara abidə qoyur, “qisasçılıq”larını öyür, yeni və gələcək nəsillərə onları örnək göstərir və bu yolla onları qisasa, terrorçuluğa səsləyir.

Ermənilər düşünür ki, yüz ildən çox müddətdə sürdürdükləri türk düşmənçiliyini davam etdirə-etdirə Türkiyə ilə sərhədləri aça, onunla ticarət ilişkiləri qura, bu dövlətin hava məkanından istifadə edə, su yollarından yük daşıya, ərazisindən tranzit xətti kimi yararlana bilərlər.

Bu necə dinc, yanaşı yaşamaqdır, qonşuluqda anlaşmaqdır ki, türk düşmənçiliyi bütün şiddəti ilə davam edir, hətta daha da inkişaf etdirilir, qisasçılıq aktları müqəddəsləşdirilir?

Dünyada bunun analoqu yoxdur. Dövlətlər bir-biri ilə olan keçmiş savaşları, onların faciəvi nəticələrini arxivlərə, tarixə gömür, “sıfır problem” deyə qarşılıqlı mədəni münasibətlər qurur, sülh içində yaşayırlar. Heç ola bilməz ki, bir dövlət o birinə qucaq açsın, sülhpərvər yanaşma sərgiləsin, o biri də həmin dövlətin imkanlarından öz nəfinə istifadə edə-edə, eyni zamanda birtətəfli düşmənçiliyi daha da dərinləşdirsin.

_100893521_meeting.jpg (288 KB)

Təəssüf ki, ermənilər bu xasiyyətlərindən, kütləvi şəkildə yoluxduqları aqressiv şovinizmdən qurtula bilmirlər. Avropanın, demək olar ki, bütün xalqları bir-birilə savaşıblar, bir-birini ağır tələfatlara uğradıblar, işğallar, qırğınlar, faciələr ərşə çıxıb. Ancaq artıq hamısı köhnə intriqanı qapayıblar, tarixi kitablardan oxuduqlarını indiki həyatlarına inikas etdirib düşmənçilik sürdürmürlər.

Yalnız ermənilərdir, heç nəyi unutmurlar, heç nəyi yaddan çıxartmırlar, ən pisi, hər şeyi şişirdir, yaddaşlarını vaxtaşırı təzələyir, bir-birini qızışdırırlar.

Bir müddət əvvələ qədər ölkəmizdə belə bir əndişə vardı ki, ermənilər Türkiyəyə qarşı valı dəyişsələr, Rusiyadan qoparaq NATO-ya və bu təşkilatın üzvü olan Türkiyəyə yaxınlaşsalar, zamanla rəsmi Ankaranın rəğbətini qazanaraq bizə problem yarada bilərlər.

Xoşbəxtlikdən, onların ağlı bunu kəsmir. Ermənistandan gələn hər hansı bir xoşməramlı jestin cavabını beş qat artıqlaması ilə verməyə hazır görünən, erməni iltifatına açıq olan türk ictimaiyyətinin zəif damarını tutmaq İrəvanda oturanların ağlına gəlsə də, zəhərlənmiş beyinləri bunu qəbul etmir, öz əlləri ilə öz millətlərinin xilas qapısını qapayırlar.

Bu millətə başqa düşmən lazım deyil, onların ən qəddar düşməni özləridir. Məhz bu üzdən tarixin heç bir dönəmində xoşbəxt olmayıblar.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости