Свобода людям, независимость нациям!

Şir üzr istəyəndə...

2443 20.05.2022 09:30 Колумнисты A A

Proses göstərir ki, şir həmişə şir deyil. Bəzən səhv nərildəyir, internetdə üzrxahlıq eləməyə məcbur olur. Yaşlı adamların yadına gələr, belənçik şirlərdən biri də vaxtilə Bakı zooparkında yaşayırdı. Gündə beş dəfə “Allah-Allah” deyib nərildəyirdi. Şirin ziyarətinə uzaq Ərəbistandan, yaxın Dağıstandan, Çeçenistandan zəvvarlar gəlirdilər. Ancaq axırda alimlər ekspertiza apardılar, şirin aclıqdan zarıdığı ortaya çıxdı. Dövlət büdcəsindən şirə gündəlik ət ayrıldı, ondan sonra nərildəməyin başını buraxdı. Axırıncı dəfə saat on birdə nərildəmişdi. Daha sonra zoopark dövlət tərəfindən təmir edildi, şirə müasir işıq dirəkləri qoyuldu, qəfəsində musiqili fəvvarə açıldı, əməkdar incəsənət aslanı və xalq artisti adları ilə təltif olundu. Hər ay şirə nazirlərdən biri paketdə maaş və sümük verir.

Belə işlərin hüquqi yolla tənzimlənməsi yaxşı haldır. Bakıda Ədliyyə Akademiyasının yaradılması haqda fərman, köhnə hüquqşünaslardan Şahin müəllimin ora rektor qoyulması da qanunlara nə qədər hörmət bəslədiyimizi göstərir. Ədliyyə yeganə sahə idi ki, hələ akademiyasını qurmamışdıq.

Cənnət kimi ölkədə yaşayırıq, qədrini bilin. Azərbaycan futbol yığmasının baş məşqçisi Canni müəllim İtaliya qəzetinə intervüsündə bunu yaxşı təsvir etmişdir: “Bakıda dəniz qırağında villada tanrılar kimi yaşayıram”. Futbol üzrə milli komandamız da bütün turnirlərə niyə qurban kimi çıxır, indi başa düşdük - tanrılara qurbanlar kəsilməlidir. Əks halda, yolumuz açılmaz.

Yol dedim, yadıma Ziya müəllim düşdü. Bakı-Quba-Rusiya yoluna onun nazir işlədiyi vaxtlar qoyulan milyonlar indi birdən yada düşüb. Deyir o yol təzədən dağılıbdır. Deyir Ziya müəllim gəlsin, yediyi pulların cavabını versin. Pah. Eldar Mahmudovla Zakir Qaralov buna kənarda gülüşürlər. Hacıbala müəllim lap az qalıb gülməkdən ölsün, üzünə pul vurub oyadıblar.

Ey uca xalq, Bakı-Rusiya yoluna maya qoymağın heç bir mənası yoxdur və həmin yolun dağılmağı Ziya müəllimin günahı deyil. İndən belə o yola yüz milyard xərcləyib, altını poladdan, üstünü almazdan, qırağını platindən çəkəsiniz - xeyri olmayacaq. O yol həmişə dağılacaqdır. Nəyə görə? Ona görə ki, Azərbaycan xalqını xoşbəxtliyə aparan yol Rusiyadan keçmir! Göydən Allah baxır. Bizə işarə vurur ki, camaat, üzü şimala getməyin, orada ayı, xoxan, Putin sizi yeyər.

Mövzumuz nə idi... Hə, Zakir müəllimdən danışırdıq. Keçmiş MTN generallarının soyğunçuluq, quldurluq əməlləri haqda söhbətlər, məhkəmə işləri bitmək bilmir. Lakin ortada bir neçə axmaq sual var ki, onlara cavab verən yoxdur: bu MTN iş adamlarını tutub soyanda prokurorluq, Qaralov hara baxırmış? Niyə qanunsuz əməliyyatlara, həbslərə sanksiya verilirmiş? O adamlara cəza kəsən hakimlər indi harada eşələnir? Özlərini elə aparırlar, sanki MTN adam tutanda sanksiyanı qul bazarındakı naməlum fəhlə verirmiş, məhkəmə qərarına da gizli erməni casusları imza atırmış. 

Artıq neçənci dəfədir yığılan pulların nazir Eldar Mahmudova getdiyi deyilir, bəs bu adamı niyə çağırıb ifadə almırlar? Bəlkə son referendumda konstitusiyamıza “Eldar Mahmudov toxunulmazdır” maddəsi əlavə edilib, xəbərimiz yoxdur?

“Texnibank”ın MTN generallarının əli ilə, zorakı üsulla yağmalanması, iflasa uğradılması epizodu açıqlandı, ancaq məhkəmə prosesini aparan hakim Elbəy (az qaldım Elçibəy yazım) müəllim o dövrdə Mərkəzi Banka başçılıq edən yoldaşları çağırıb niyə soruşmur ki, eşşək boyda bankın soyulmasına reaksiyanız nədən olmamışdır? Hələ bir dənə Maliyyə Bazarlarına Nəzarət Palatası və onun ponçik sədri də var idi, o necə oldu? Soyadı da açdığımız qafiyəyə tam uyğun gəlirdi - Aslanlı... Cəhənnəm, çağırın bir az da siz onları soyun. Yoxsa tanrılar kimi yaşamaq istəmirsiniz? 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости