Свобода людям, независимость нациям!

Siçan deşiyindən görüş təklifi – Azərbaycanda şərtləri Azərbaycan diktə edir!

1350 11.04.2023 16:23 Колумнисты A A

Qarabağdakı separatçılar Rusiya “sülhməramlılar”ı vasitəsilə Bakıya ismarış yollayıblar. Erməni mediası yazıb ki, onlar yenidən Xocalıda, hərbi kontingentin baş ofisində bir araya gəlib müzakirələr apara bilərlər. Görüşün mövzusunu da təklif ediblər - “humanitar məsələlər”.

Yəni ki, Laçın yolunun “blokadası”, qaz-elektrik və s. bu kimi “problemlər”. Azərbaycan isə erməni icması ilə dialoqun əsas gündəmi qismində haqlı olaraq, inteqrasiyanı görür. Çünki inteqrasiya məsələsi həllini tapacaqsa, Qarabağdakı erməni əhalinin də heç bir “humanitar” qayğısı, su, qaz, işıq çətinliyi qalmayacaq.

Başqa sözlə, Azərbaycanın əsas hədəfi - səbəbi aradan qaldırmaqdır, “xəstəliyin” özünü “müalicə” eləməkdir, onun nəticələrə boş yerə vaxt sərf eləmək yox. Özü də inteqrasiya vasitəçisiz-filansız getməlidir. Zira, vasitəçi bərabərhüquqlu subyektlər arasında olur.

Azərbaycan öz vətəndaşları ilə niyə kiminsə araçılığı ilə görüşün ki? O da bir iş idi ki, birinci görüş Rusiya SMK-nın Xocalıdakı əsas ofisində oldu və bitdi – hərçənd Xocalı da Azərbaycandır. Hələlik nəzarət edə bilməsək də...

Qısası, şərtimiz gün kimi aydın və ortada: Bakının təyin elədiyi nümayəndə ilə birbaşa dialoq. Bunun kənarında müzakirələr, üstəlik, təzədən Rusiyanın “moderatorluğu” ilə aparılacaq danışıqlar əlbəttə ki, xunta rejiminin müstəqil subyekt kimi tanıtmağa hesablanmış gedişdir. Hansı ki, Moskvaya da tamamilə əl verir. Niyə?

Ona görə ki, Qarabağın yerdə qalan hissəsinin də üzərində Azərbaycanın suverenliyinin bərqərar olması ilə rus hərbçilərinin Xocalı daxil, anklavda uzun müddət qalması mümkün olmayacaq. Odur ki, bizə vasitəçi-zad gərək deyil. O ki ola Qarabağda silahlı erməni quldurlarını qoruyan Rusiya və onun hərbi kontingenti.

1992-2020-ci illər arasında biz faşist Ermənistanın əqidə ortağı İran da daxil, yalançı vasitəçilərdən çəkdiyimizi çəkmişik. Rusiyanın bədnam Minsk Qrupu “üçlüsü”ndən biri olduğunu da unutmamışıq. Ümumiyyətlə, Rusiyanın vasitəçiliyi ilə postsovet məkanında və ya onun xaricində hansısa konfliktin çözüldüyünü eşidən, bilən varmı, olubmu? Yoxdur belə fakt. Tam əksinə...

Görünən həmçinin budur ki, separatçı elementlər dünyada özləri haqda pozitiv, sülhpərvər imici yaratmaq üçün “əks-hücum”a keçmək qərarı veriblər və bizi öz oyun qaydalarına çəkmək istəyirlər. Daha doğrusu, bunu xəyal edirlər. Ki, baxın, Bakının görüş təklifi iflas oldu, amma bizim təklifimiz qəbul olundu.

Yəqin həm də qulaqlarına səs dəyib ki, Azərbaycanın səbri artıq tükənir və Bakı tezliklə “Şeytan yuvası” da daxil, anklavda antiterror əməliyyatı keçirə bilər. O səbəbə “aranı” belə “sensasion” təkliflərlə yumşaltmağa, diqqəti yayındırmağa çalışırlar ki, bir yandan Bakının planlarını pozub onu dünyaya sülhdən qaçan aqressiv tərəf kimi təqdim eləsinlər, digər yandan da vaxt udsunlar və legitimlik qazanmaq yolunda irəliləsinlər.

Erməninin rusun əmri ilə “siçan deşiyi”ndən göndərdiyi görüş təklifinə rəsmi Bakının cavabı hələlik bəlli deyil. Ancaq aşağı-yuxarı təxmin eləmək mümkündür. Cavab yüzdə yüz nə separatçıları, nə də onların arxasında gizləndikləri Rusiya hərbi komandanlığını razı salacaq. Ancaq bu, artıq bizim problemimiz deyil.

Azərbaycanda şərtləri, oyun qaydalarını qalib Azərbaycan müəyyən edir. Rus və ya hansısa dığa(lar) yox!..

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости