Свобода людям, независимость нациям!

Sianid içməliykən “Sirab” içəcəklər – Avropa hərbi caniləri necə müdafiə edəcək?

2000 30.09.2023 10:55 Колумнисты A A

Meşəli qatili Vaqif Xaçatryan birinci yaxalandı, hərbi cinayət törətməsinə dəlalət edən foto yayıldı. Həmvətənlərimiz “qisas qiyamətə qalmazmış” deyə rahat nəfəs aldıqları zaman separatçı ermənilər, vaxtilə ələ qana batmış canilər narahat olmağa başladılar, sıranın onlara gələcəyini düşündülər.

Amma artıq Kəlbəcər yolu 3 il öncədən bağlanmış, Laçın yolu yeni qapanmış, alternativ gizli yollar da tutulmuşdu, canilərin qaçacaq yeri yox idi. “Blokada” barədə beynəlxalq miqyasda qoparılan haray-həşirin bir məqsədi də o idi ki, qutula salınmış siçovul kimi özlərini qapalı məkanda hiss edən və vurnuxan canilər çıxış yolu axtarırdılar. Onlar İrəvanla Xankəndi arasında nəzarətsiz yol istəyirdilər ki, qaçıb aradan çıxsınlar, Azərbaycandan göndərilən humanitar yardımları ona görə qəbul etmirdilər. Onların çörəyə ehtiyacları yox idi, bir çərək yerə, bir cığıra möhtac idilər – aradan çıxmaq üçün.

Bütün beynəlxalq təzyiqlərə baxmayaraq, o yolu onlara verən olmadı.

Sonra elə oldu ki, Qarabağın dağlıq hissəsində yaşayan silahlı ermənilərin müqavimətini qırmaq, cəbhə xəttini yarmaq, bunkerlərini dağıtmaq lazım gəldi və bu əməliyyat 23+ saat çəkdi. Ondan sonra məlum oldu ki, kim aradan çıxıbsa, çıxıb, qaça bilməyənlər mütləq yaxalanacaq.

Özünü “general” adlandıran, çoxlarının “igid döyüşçü” saydığı Calavyan adlı hərbi cani sentyabrın 22-də təslim olmayacağını desə də, bir-iki gündən sonra səsi Gorusdan gəldi. Güman ki, o, postu ya “ağır yaralı” və “meyit” təcili yardım maşınında keçmişdi, ya da Laçın sərhəd-buraxılış məntəqəsində özü yosunlu birinin sənədindən yararlanmışdı. Axır ki, aqibəti ilə razılaşan “millət ataları”ndan fərqli olaraq, döşünə döyə-döyə igidlikdən bəhs edən bu adam Ermənistan tərəfə adlaya bilib.

Ondan fərqli olaraq Ruben Vardanyanın yaxalanması, Bakıya gətirilməsi hər kəsə görk oldu.

9864396.jpg (54 KB)

Artıq sirr deyildi ki, o birilər də həbs ediləcək. Ardınca David Babayan pis-yaxşı ləyaqətini qoruyaraq, özü təslim oldu. Ondan sonra “generallar” Levon Mnatsakanyan və Arşavir Qaramyanın yaxası ələ keçdi.

Bu gün-sabah Arkadi Qukasyanın, Bako Saakyanın, Araik Arutyunyanın, Vitali Balasanyanın da həbs edilməsi barədə xəbərlər gələcək, yəqin ki.

Qondarma separatçı rejimin böyüklərinin bir-bir orda-burda yaxalanması adamın yadına Adolf Hitlerin intihar etməsindən sonra III reyxin rəhbərlərinin aradan çıxmağa çalışmaları epizodlarını xatırladır. 1945-ci ilin mayında onlar bir tərəfdən SSRİ ordusunun, digər tərəfdən, ABŞ və İngiltərə hərbi kontingentinin məngənəsi arasında qalıb vurnuxur və bir-bir ələ keçirdilər.

Fəqət müharibəni uduzmuş alman nasistləri ilə eyni aqibətlə üzləşmiş erməni nasistlərinin arasında ciddi bir fərq var: rəhbər almanlardan bir çoxu yaxalanıb əsir düşməkdənsə intiharı seçmişdilər. Məsələn, Hitler və arvadı Yeva Braunla yanaşı, Henrix Himmler də ələ keçdiyi zaman, 1945-ci ilin 23 iyununda ağzında sianid kapsulu sındıraraq özünü öldürüb. Hitlerin baş təbliğatçısı Yozef Göbbels isə nəinki arvadını, eləcə də 6 övladlını öldürüb, sonra bir versiyaya görə sianidlə, başqa versiyaya görə, başına güllə vurmaqla intihar edib. Eyni hərəkəti Nürnberq prosesinin 1 nömrəli müttəhimi sayılan, Hitlerin sağ əli German Görinq 1945-ci ilin oktyabrında, edamından bir gün əvvəl görüşünə gələn yaxın tanışından sianid ampulu alaraq edib.

800px-Defendants_in_the_dock_at_nuremberg_trials.jpg (185 KB)

Bunlardan başqa, alman ordusunun generallarından, hakim partiyanın rəhbərlərindən, dövlət nazirlərindən olan Eduard Vayter, Ernest Kverner, Vilhelm Burqdorf, Hans Krebs, Bernqard Rust, Valter Hevel, Avqust Hirt, Frans Şedle, Arno Şikedans, Hans Filipp Osvald Şlyayf, Robert fon Qreym məğlubiyyət rüsvayçılığına, alçaldıcı mühakiməyə dözməyərək özlərini güllələyiblər (yalnız sonuncu sianidə əl atıb).

Amma separatizm avantürasının “lderlər”inin, toplamda 100 minə qədər insanın faciəsinə bais olan bu şəxslərin heç biri heç olmasa intihara cəhd belə etmir, qaçıb aradan çıxmaq, gedib Ermənistanda “Şərəfim var” partiyasına üzv olmaq istəyirlər. Amma bu, onara nəsib olmayacaq, Xankəndidə sianid içməlikən Bakıda “Sirab” içəcəklər və əməllərinə görə cavab verəcəklər.

Azərbaycanən həbs etdiyi və edəcəyi quldurbaşılarla bağlı Ermənistan tərəfində bir az arxayınçılıq var. O gün biri sırtıqcasına yazmışdı ki, ABŞ-dan, Fransadan zəng edəcəklər, rəsmi Bakı Ruben Vardanyanı buraxmalı olacaq, uzağı milyarderin bir az pulu çıxacaq.

Bəzi politoloqlar isə güman edir ki, həbs olunanlara görə Avropa ölkələri Bakıya ciddi təzyiq göstərəcək, onlarlala hesablaşmaq lazım gələcək.

Ancaq məsələ bir az başqa cürdür: ortada separatçı katalonların məhkum edilməsi və Avropanın səs çıxarmaması (və ya çıxara bilməməsi) məsələsi var.

1549996924_111.jpg (88 KB)

4 il öncə İspaniya Ali Məhkəməsi Kataloniya muxtariyyətinin keçmiş vitse-prezidenti Oriol Junkerasa 13, regional parlamentin keçmiş spikeri Karme Forkadellə 11, Kataloniyanın sabiq nazirləri Jordi Turull, Raul Romeva və Dolors Bassaya 12, Yoaxim Forn və Xosep Rulla 10,5 il cəza kəsib. Bundan başqa, mülki fəallar Jordi Sançes və Jordi Kuyşar 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, bu şəxslər İspaniya hakimiyyətinə və xalqına güllə atmayıblar, hərbi cinayət törətməyiblər. Onların günahı dinc şəkildə parlament mübarizəsi aparmaq və referendum keçirərək Kataloniyanın müstəqilliyini elan etmək olub.

İndi tərifli Avropa o siyasi dustaqları müdafiə etməyib də, Xocalı, Başlıbel, Qaradağlı, Ballıqaya, Meşəli, Ağdaban, Kərkicahan, Malıbəyli və başqa yaşayış məntəqələrimizdə qətliamlar törədərək toplamda 1000-ə yaxın mülki şəxsi (qoca, qadın, uşaq) öldürən hərbi caniləri müdafiə edəcəkmi?

Prinsipcə, edə bilərlər. Əllərindən gələn şeydir. Amma görək nə cavab alacaqlar.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости