Свобода людям, независимость нациям!

Sən ağa, mən ağa...

1776 05.05.2023 11:00 Колумнисты A A

Rəsmi statistikaya görə, ölkəmizdə 1 milyon 400 mindən çox sahibkar varmış. Bu rəqəmi sayın deputatlar səsləndirmişdir. (Qınamayın, son günlər Türkiyə seçki kampaniyasını yaxından izləyirəm, orada isə maşallah, hər kəsin ağzını cırmamışdan öncə çıxışlarda mütləq “sayın” sözü işlədilir. Bir-birini hörmət qoyaraq söyürlər. Məncə, biz türkiyəli qardaşlarımızdan bu mədəniyyəti götürməliyik).

Hər 8 adamdan 1-i sahibkar imiş. Belə söylədilər. Doğrusu, bu “səkkizdə biri” haradan çıxarmışlar, şəxsən mənə qaranlıq qaldı. Əlim qurusun yazdığım yerdə: hətta düşündüm deputatlar və hökumət yalan danışır. Nəyə görə? Çünki yenə rəsmi statistikaya inansaq keçən ilin dekabrında Azərbaycan camaatının sayı 10 milyon 210 min nəfərdən azca çox olmuşdur. Lap o çağdan bəri də 100 min artsın. Ki, bu, mümkün deyil, bizdə illik əhali artımı son illərdə 50-60 min adam arası dəyişir. “Səkkizdə bir və 1,4 milyon sahibkar” rəqəmlərindən hesablayanda isə əhalinin ümumi sayı azı 11 milyon 200 mindən çox olmalıdır (11,2:8=1,4). “Yeddidə bir” desələr uyğun gəlirdi.

Son günlər Laçında post qurulub, Qarabağ ermənilərinin bəzisi intervüsündə qeyd edir ki, sərhədçilərimiz onlara “xoş gəlmisiniz, yaxşı yol” sözləri əvəzinə “cəhənnəmə gedəsiniz, sağ qayıtmayasınız” kimi müraciətlər edirmiş. Sən İrəvanda “Nemezis”ə abidə qoy, biz də xoşgəldin deyək, eləmi? İkincisi, İranın da xeyli agentləri başını götürüb qaçıbdır. Bunları niyə sadalayıram? Onu qeyd etmək istəyirəm ki, əhalinin son 4 ayda 1 milyon artması miqrasiya hesabına da mümkün deyil, çıxarımız gəlirimizdən çoxdur. Lap trendə uyğun olaraq hər ana dördəm doğsa belə rəqəm o səviyyəyə çatmır. 

Deməli, bütün hallarda sahibkarların sayı şişirtmə, üfürmədir. Bu cür yalan-palan rəqəmlər isə ölkədə durumu düzgün qiymətləndirməyə, gələcək üçün planlar qurmağa mane olur. Riyaziyyatda, informatika, kompüter elmlərində buna “verilənlər bazası” deyirlər. Əgər biz ölkəmiz haqda informasiyaları, statistikanı verilənlər, gələcəyimizi isə məchul saysaq, verilənlər düzgün olmayanda məchulu da yanlış tapırsan, ya da heç tapmırsan. SSRİ-də buna oxşar durumu artıq yaşamışıq. Rəsmi statistikaya görə məhsul gen-bol istehsal edilirdi, hətta bir sürü əmək qəhrəmanı vardı, ancaq dükan-bazara girirdin, böyük boşluqla üzləşirdin.

Hər səkkiz nəfərimizdən biri sahibkardırsa, biz bunu həyatımızda niyə görmürük? Hanı Azərbaycanın rəsmi milyonerləri, milyarderləri? Hanı dünya bazarı bir yana qalsın, milli “Biləcəri bazarına” çıxarılan yerli məhsullar? Bu necə sahibkarlıqdır ki, heç nəyin sahibi deyilik? Millət də görürsən narazılıq edir: “yiyəmiz yoxdur”. Dövlət isə əksini isbat edir: “yiyəmiz - sahibimiz çoxdur”. Kimə inanırsınız?

Üzəri bizim monopolist, oliqarx şirkətlərin adı ilə markalanmasına baxmayın, gündəlik ərzaq məhsullarımızın da çoxu xammal olaraq xaricdən gəlir. Günəbaxan yağından çaya, şəkər tozundan una qədər. “Bizimkilər” burada, uzağı, qablaşdırırlar. Lakin hətta bu qablaşdırmada da tənəzzül yaşanır. Əgər bazara diqqət eləsəniz, məhsul çeşidində böyük qıtlıq yaşamaqdayıq. Dünən aldığın az-maz keyfiyyətli məhsulu artıq bu gün tapa bilmirsən, ya da zülümlə tapırsan. Məsələn, burada pis günlər yaşayan bəzi qablaşdırılmış su, bitki yağı, süd və ət məhsulları şirkətlərimizin adını çəkmək olardı, reklam olmasın deyə yazmıram, özünüz də müşahidə aparıb görə bilərsiniz.

Bəlkə ironik olaraq ata sözümüzü yada salmaq lazımdır: “Sən ağa, mən ağa, inəkləri kim sağa?” Hamı sahibkar olubmuş...

Ya da ola bilər yetim-yesirin adına çoxlu saxta şirkətlərin təsis edilməsini nəzərdə tuturlar. Axı bir dəfə hansısa poladəritmə zavodumuzun lerikli çobana “məxsus” olduğu ortaya çıxmışdı.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости