Свобода людям, независимость нациям!

Səkkiz minlik təsbeh

2942 13.03.2022 20:58 Колумнисты A A

“Kələklə gələn, küləklə gedər”
(Azərbaycan ata sözü)

Keçmiş Milli Təhlükəsizlik Nazirliyimizin antimilli təhlükələrə məruz qoyduğu unikal tiplərdən biri ilə son dövrlər tanış olmuşuq. Təsəvvür elə, çekist yoldaşlar bu adamdan nə az, nə çox, düz 8 milyon dollar rüşvət almışlar! Hələ 10 milyon istəyirmişlər, nəsə axıracan soya bilməyiblər.

Fantastikadır. 8 milyon dollar sanarsan tum puludur, çayxana xırdasıdır, nə bilim, canım sənə desin, uşağın məktəb xərcliyidir. 8 milyon az pul deyil axı. Lakin istəyiblər. Bu da verib. Necə istəyiblər, necə verib, bax, bunun üzərində düşünməyə dəyər.

Öncə zəruri qeyd edim ki, mən bu adamın adını çəkmək istəmirəm, ona görə bayaq haqqında “tip” yazdım. Niyə çəkmirəm? Birincisi, adamı yetərincə vurublar, necə deyərlər, mələdiblər, var-dövlət əldən gedib, ailədə itkilər, indi də Neftçalada vaqonda yaşayırmış. Mən dəxi vurmaq fikrində deyiləm.

İkincisi, aşağı-yuxarı bu adam orta statistik azərbaycanlının portretidir. Bizim birimizdir. O baxımdan adının “Məmməd, Həsən, İbrahim, Əlizamin” olmasının qəti fərqi yoxdur.

Dostumuzun həyatı eynilə Puşkinin 1833-cü ildə yazdığı “Balıqçı və balıq nağılı”nın təkrarıdır. Toruna təsadüfən qızıl balıq düşüb, lakin bu balıqdan sui-istifadə sayəsində axırda yenə köhnə daxma və sınıq təknə ilə qalıb. (Onun hazırda Neftçalada, vaqonda yaşaması çox simvolikdir). Sözgəlişi, Azərbaycan da neft-qaz gəlirlərini səmərəsiz dağıtmaqda davam eləsə axırda boş təknə ilə baş-başa qalacağı şübhəsizdir. Siyasətə qarışmaq kimi çıxdı, neynək, qalsın.

Bəlkə bu “milyonçu” nəsə özəl şirkətin yiyəsi olaraq MTN quldurlarının əlinə keçib? Qətiyyən. Prezident administrasiyası işlər idarəsində kənd təsərrüfatına baxırmış. Onun var-dövləti MTN-in gözünə niyə girib, bu da məzəlidir: sən demə, adamın villası MTN generalı, istintaq idarəsinin şefi Mövlam Şıxəliyevin eviylə qonşuymuş. Mövlamın oğlu buna açıq deyib ki, sənin maşınlarına, varına həsəd aparırdıq. Şərləyib, tutub aparandan sonra Dubaydan 8 min dollara aldığı təsbehi və avtomobilinin... 888 rəqəmli nömrəsini də əkişdiriblər. Deyir, vaxtilə nazir Eldar Mahmudovun atası Əhməd Mahmudovun iqtisadiyyata aid kitabının çapına 25 min dollar vermişdim, lakin çekistlər məni soyanda bu faktı da görməzliyə vurdular. MTN-ə verdiyi rüşvəti isə bütün obyektlərini, evlərini, maşınlarını, qohum-əqrəbanın, arvad-uşağın qızıllarını sataraq toplayıb və sairə. Çox detallara varmıram, kim istəsə özü tapıb baxar. Gerçək kino ssenarisidir. Təəssüf ki, bizdə kino sənayesi yoxdur, əks halda bu adamın həyatını kriminal triller kimi çəkmək olar.

Adamın həyat tərzinə baxın... Əlinə pul düşən kimi nə edib? Bahalı təsbeh, maşın, ev alıb, qonşulara yanıq verib. Ortada bir dənə də fakt saya bilmir ki, filan vaxtı filankəsin yaralı barmağına “çiş” eləmişəm. 8 milyonu qurda-quşa yem edib, lakin vaxtında hansısa fəqir-füqəra gedib bundan 8 manat istəsə, qapısından iti qovan kimi qovardı. Bayaq ona görə yazdım, orta statistik azərbaycanlıdır. Bizim birimizdir. Eynilə hamımız bu kökdəyik. Başı daşa dəyməyincə ayılmayan, “mənə dəyməyən ilan yüz yaşasın” düşüncəsiylə ömür sürən... Daha dəqiqi sürünən.

Eldar Mahmudovun istedadsız və savadsız atasının cəfəngiyyat, vaxtı keçmiş kitabına 25 min dollarla sponsorluq edən bu adam, əminəm ki, ömrü boyu bir kasıb yazıçının kitabına 2 manat 50 qəpik də xərcləməyib. Jurnalistlər də bunun yadına pis günündə düşüb, biləsiniz. İndi səxavətlə intervü verdiyinə baxmayın, pullu vaxtında, çekistlərin soyğununa məruz qalmadığı zamanlarda bir müxbir buna yaxınlaşsa təpik vurub, “konkret rədd ol” deyib qovardı.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости