Свобода людям, независимость нациям!

Şəhid atası, Qarabağ qazisi Hacı Əkbər Rüstəmovun 74-cü doğum günü münasibətilə TƏBRİK  

2154 01.07.2021 17:56 Страна A A

 

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Azərbaycan torpaqları uğrunda vuruşmuş, Qarabağ torpaqlarının düşməndən müdafiəsi uğrunda oğlu Sənan Rüstəmovu şəhid vermiş Hacı Əkbər Rüstəmovu 74-cü doğum günü münasibətilə təbrik edib.


Musavat.com həmin təbrik mətnini təqdim edir:

 

 


Böyük İnsan, böyük Dost!

Şəhid Sənanın atası!

1-ci Vətən müharibəsinin qəhrəman və əfsanə ismi!

Komutan!

Ağdam işğalda olanda bizlərə Ağdam olan, heç bir halda ruhdan düşməyən, ümidini kəsməyən, hamıya ümid olan Vətənpərvər!

Cəmi iki il öncə bizə verdiyi müsahibəsində döyüşmək istədiyini, Qarabağı, Ağdamı geri almaq üçün düşmənə müharibə başlatmağın lazım gəldiyini söyləmişdi!

"Ağdamda ölmək istəyirəm, döyüşüb, Şəhid olmaq istəyirəm", demişdi!

19-cu ilin fevral ayı idi, bu sözləri deyəndə.

Hər kəsi ağlatmışdı!

Bütün saytlar, qəzetlər bu başlığı və o müsahibəni yaymışdılar!

Bir də baxdıq, əslində millətə və dövlətə çağırış edibmiş, Hacı Əkbər Rüstəmov qardaşımız!

Ciddi bir tərpəniş, ciddi bir ruhiyyə əsdirdi, bu sözlərlə, bu çağırışla!

Çox şükür!

7f819bdc-c0ba-4540-871d-eeb2c031f645.jpg (101 KB)

    Hacı Əkbər Rüstəmov illər sonra Ağdamda şəhid oğlu Sənanın məzarını ziyarət edə bildi

Hacı Əkbər Əmi Ağdamı gördü, Şəhid oğlu Sənan Rüstəmovu və Şəhid olmuş döyüşçü yoldaşlarının məzarlarını ziyarət etdi, onların ruhunu sevindirdi.

Bu gün bu yaşayan əfsanə adamın, ağsaqqalım, böyüyüm Hacı Əkbər Rüstəmovun doğum günüdür! 74 yaşı tamam olur!

Onu yeni yaşı və Ağdamı 28 il sonra təkrar dünya gözü ilə görə bilməsi münasibəti ilə təbrik edirəm.

Dəyərli Qardaşım! Allah sizi qorusun! Şərəfli və çətin ömrünüzə yazılan gözəl günləriniz çox olsun!

Allah, sevdiklərinizlə bərabər hüzurlu, uzun və sağlıqlı ömür nəsib etsin!

Yaxşı ki, varsınız, yaxşı ki, mənim Dostumsunuz!

 

Rauf Arifoğlu,
“Yeni Müsavat” Media Qrupunun rəhbəri

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости