Свобода людям, независимость нациям!

Şəhid analarının müqəddəs kədəri, gizli qəhrəmanlar, əsgərimizin "Boz Qurd" salamları...

5840 20.03.2021 19:30 Колумнисты A A

Bu bahar bir başqadır!

Şəhid qanı ilə geri aldığımız Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Ağoğlan (Hadrut) var, bu baharda!

Ordumuzun zəfəri, qazilərimizin qüruru, Şəhid Analarının şərəfli və müqəddəs kədəri...

Türkiyəmizin, Pakistanın gerçək qardaşlığı...

Gizli qərəmanlar...

Türk bayraqlarının Qarabağda dalğalanması var, bu baharda!

Bu yaz bir başqa yazdır...

Yazı yazana, Levh-i Mahfuzu dəyişdirən Allaha şükürlər var bu baharda!

Millət olaraq özümüzü yenidən tanıma fürsəti...

Şuşadan, Cıdır düzündən xalqa müraciət edən, bayram tonqalını düşməni yandırırmış kimi yandıran qalib bir LİDER var bu baharda...

Topxana meşəsini qıran erməninin quduz itlər kimi qırılması -qovulmasını bayram etmək var, bu baharda!

"Miatsum", "Artsax" adlı sərsəm ideologiyaların darmadağın edilməsi...

Dünya ermənizminin, havalı erməni lobbisinin sındırılması...

"Bayraktar"ın sevimli, milli marş qədər cana yaxın vızıltısı...

Əsgərimin "Boz Qurd" işarəli salamları...

Türk olmaqdan, böyük olmaqdan, arxalı və çoxmilyonlu bir soy, irq olmaqdan yana məmnun bir dərk var bu baharda...

Özünə hörmət, gücünə inam, gələcəyə ümid...

İlhama, Ərdoğana sevgi...

Şeytan uşaqlarının kiçilməsi, qələbəmizə daş atanların daşqalaq olması...

Dəyişən düşüncələr, düşünən bir millət...

Milli dirçəlişin yenidən cücərməsi var, bu baharda!

Dünya Azərbaycandan dəyişməyə başladı, ötən il, son baharda...

Dəyişmiş, Yeni Azərbaycan var, bu baharda!

Bizə məlum olan -olmayan, Türk -İslam bayraqlarına bürünmüş bütün Qarabağ şəhidlərinə, onların ruhlarına selam və dualar var, bu baharda!

Türk dünyasına mənəvi paytaxt olan Şuşamızdan reportajlar var, bu baharda!


Ağdama gedib, şəhid Allahverdi Bağırovun, şəhid Sənan Hacıəkbəroğlunun məzarı başında Fatihə oxumaq var, bu baharda!

Narahat ruhların şəhərində, o xarabalıqlar içində qürurla gülümsəyib, tarix üçün foto çəkdirmək var, bu baharda!

Bu ilki bahar bayramının içində bax, bunlar var!

Bu ilki bahar bayramı əsl bayramdı!

Son 30 ildəki tək bayramdı, əslində; indiyə qədər olanlar qara bayramlardı...

Əsl bayramınız, Bahar Bayramınız mübarək!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости