Свобода людям, независимость нациям!

Səfər qeydləri: Bayraqlı və sovqatlı maşınların Qarabağa yürüşü

15844 04.10.2020 08:25 Колумнисты A A

Bütün Bakı Qarabağa, cəbhə xəttinə axışır!

Bakının çıxacaqlarındakı YDM-lərdə bayraqlı maşınların növbəsi var.

Hər kəs yanacaq vurub, səmt olaraq Qarabağa yollanır.

Əsgərlərimizə sovqat aparır xalqımız.

Minlərlə maşında 10 minlərlə insan gedir Qarabağa doğru!

İlahi, bu millət nə böyükdür!

İlahi, bu millət qələbəyə, Qarabağa nə qədər təşnədir!

Halalı olsun, bu sevinc, bu həyəcan, bu qürur!

Baxmayaraq ki, dövlət deyir, əsgərə sovqat aparmayın, hər cür təminatı vardır.
Və elədir!

Fəqət milləti saxlamaqmı olar?!

Onun qarşısında durmaqmı olar?!

İndi hər kəs əsgərimizin anasıdır, atasıdır! Döyüşən övladını yedirmək istəyir, bu qələbəyə, bu savaşa bir loxma çörəklə, bir qab su ilə də olsa, qatılmaq istəyir Millətim!

Savaşa qatılma yolunu tapıb uca Millətim, böyük Millətim!

Bayraq Millətim!

Borc alıb əsgərə sovqat düzəldən ailələr var, bilirsinizmi, bunu?!

Son tikəsini Orduya ayıran millət özünü, var-yoxunu, övladını Vətənə qurban edər!

Edir! Görürük! Yaşayırıq!

Savaşımızın bərəkətini bu insanlardan oluşan xalqın Şəhid övladlarının qanı təmin edir...

Azərbaycan qələbəyə köklənib!

Bu əzmlə, bu ruhla, bu birliklə, bu qoçaqlıqla biz mənfur düşmənin başını yuvasında əzəcəyik.

photo_2020-10-04_09-00-37.jpg (93 KB)

O günə az qalıb.

Göyçəyə, İrəvana...

Şuşadakı, Kəlbəcərdəki, Laçındakı, Ağdamdakı, Füzulidəki, Qubadlıdakı, Zəngilandakı, Xocalıdakı, Xankəndindəki... Əsgərə sovqat daşımaq nəsibin olsun, Xalqım!

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости