Свобода людям, независимость нациям!

Saxta xəritələr, “işıqlı xatirələr” – Ermənilərin “baxarıq, baxarıq” hədəsi

4808 27.09.2022 16:18 Колумнисты A A

Aradan uzun illər, əsrlər keçəcək, nüvə silahları olan qəzəbli tiranların iddiası üzündən dünya dağılmasa, bir qalıcı sülh dövrü yetişəcək, o zaman indiki ermənilərin züryətləri “artsax” adlandırdıqları qondarma “dövlət”in 2020-ci ilin 27 sentyabra qədərki xəritəsinin şəklini paylaşaraq, “bizim belə bir şanlı dövlətimiz olub” deyəcək, yeni bir “Böyük Ermənistan” nağılı uyduracaqlar.

O vaxta qədər çox şeylər unudulacaq, az əhəmiyyətli detallar tarixdə qalmayacaq, amma ermənilər bizim dədə-baba yurdlarımızın – Ağdamın, Füzulinin, Şuşanın, Laçının, Kəlbəcərin, Qubadlının, Cəbrayılın, Zəngilanın adlarını dəyişdirərək xəritələrdə qeyd etdikləri Tiqrankert, Varanda, Karvasar, Berdzor, Sanasar kimi qondarma toponimləri göstərəcək, öyünəcək və imkanları varsa, aqressiv, yoxdursa, passiv iddialar irəli sürəcəklər.

Erməni yalanlarına inanmağa meylli avropalılar və başqaları da bu nağılları həqiqət kimi qəbul edəcəklər. Necə ki hazırda ermənilərin keçmişə aid yalanlarını həqiqət kimi qəbul edirlər.

11222.jpg (46 KB)

 

27 sentyabr 2020-dən əvvəl yuxarıdakı kimiydi...

... 27 sentyabr 2020-dən sonra aşağıdakı kimi oldu

66655.jpg (390 KB)

Ta kimsə deməyəcək ki, bəli, 1993-cü ildən 2020-ci ilə qədər bu regionda elə bir “dövlət” olub, amma bu, təcavüzkar Ermənistanın, himayədar Rusiyanın, təəssübkeş İranın xeyir-duası ilə müvəqqəti yaranmış bufer zonadan başqa bir şey olmayıb. Xəritədə ermən adları daşıyan şəhərləri göstərməklə deyil ki... O şəhərlər bayquşların belə bəyənib qonmadığı xarabalıqlardan ibarət idisə, bu, nə “dövlət” idi?

Əksinə, böyük bir abad mahalın xaraba-viranə qoyulması o “dövlət”in gəlmiş-keçmiş bütün başbilənlərinin hərbi cinayətkar olmasının sübutudur.

İki il öncəyə qədər ermənilərə də, onların havadarlarına da elə gəlirdi ki, Qarabağın ətrafındakı yerləri zor gücünə tutublarsa və kiçik bir hissəsini qanunsuz şəkildə məskunlaşdırıblarsa, məsələ bitib, oralar onlara da qalmalıdır.

00009.jpg (119 KB)

Bu gün biz Azərbaycana 100 milyard dollar civarında vurulmuş zərəri, bu böyük cinayəti ədalətsiz dünyaya sübut edə bilmirik, gələcəkdə edə biləcəyimi də indilikdə mümkün görünmür.

Ermənilərin ən yeni tarixə yanaşmaları bu qədər saxtakarlıq və qırmızı yalanların üstündə qurulubsa, demək, onların tarixdəki “Böyük Ermənistan” haqda dedikləri də uc-uca calanmış əfsanələrdən başqa bir şey deyil. Görünür, tarixin hansısa zaman kəsiyində imperiyaların süqutu vaxtı əllərinə düşən fürsətdən yararlanıb nəsə qurmaq istəyiblər, axırı da “artsax”ın aqibəti kimi olub.

Ən pisi odur ki, ermənilər bu kimi nağıllarla öz gənc nəsillərinin beynini zəhərləyirlər, onların mədəni dünyaya inteqrasiyasına mane olurlar. İfrat şovinizm ruhunda böyüyən gənclər qonşularını xor görür, özlərini “ali irq”, “qədim xalq” sayır, tarixən milli haqlarının pozulduğunu güman edir, hər kəsə düşmən kəsilirlər.

4433.JPG (29 KB)

                                 Xalqının 7 min yaşı olduğunu deyən erməni qız

Bu günlərdə internet resurslarında, sosial şəbəkələrdə bir videoçarx dolaşır, gənc bir erməni qız deyir ki, Azərbaycanın 93, Türkiyənin 1000 yaşı var, amma ermənilərin yaşı 7 mindir.

Bu qənaət total şəkildə erməni əhalinin şüuruna hakim kəsilib. Sanki bunlar qədimdirlər, o biri xalqlar isə sonrakı minilliklərdə göbələkdən-filandan törəyiblər. Son dərəcə absurd iddia olsa da, erməni əhali buna kütləvi şəkildə inanır.

Bu xalqın ziyalıları, siyasiləri öz aqressiv, ambisioz, mürtəce fikirləri ilə ən böyük pisliyi elə öz xalqlarına edirlər, onun kin-küdurətdən xilas olmasına imkan vermirlər, keçmişdəki müharibələri, düşmənçilikləri yaddaşlarda vaxtaşırı yeniləməklə bütöv bir kinli zombi kontingenti yetişdiriblər.

Yenə sosial şəbəkələrdə bizim istifadəçilərlə polemikaya girən ermənilər hazırda məğlub durumda olduqlarını ürəklərindən qara qanlar axa-axa etiraf edir, bunu kənar amillərə bağlayır, axırda da mütləq “gələcəkdə baxarıq”, “cücəni payızda sayarlar” kimi ifadələr işlədirlər. Bu, əlverişli tarixi məqamın yetişəcəyi təqdirdə onların yenidən hücuma keçib qisas alacaqlarının, “böyük dövlət” qurmağa çalışacaqlarının anonsudur.

444666.JPG (25 KB)

Bu, beyni bir neçə əsr geridə qalmış, imperiya ambisiyaları ilə yaşayan toplumlara xas düşüncə tərzidir, elə bilirlər ki, firavan və qüdrətli dövlət qurmağın yolu bacardıqca daha çox ərazi tutmaqdan, başqa xalqları kölə vəziyyətinə salıb ağa olmaqdan, imperiya yaratmaqdan keçir.

II dünya müharibəsindən sonra sürətlə və intensiv inkişaf edən Yaponiya, Cənubi Koreya, Niderland, Finlandiya və İsrailin təcrübəsi göstərdi ki, əlində olan, xüsusi bir təbii resursu olmayan ərazilərdə də güclü və firavan dövlətlər qurmaq olar.

Ondan da keçən yerdə, tarixən imperiyaları sayca və texnolji cəhətdən başqalarından qat-qat üstün olan xalqlar qurublar, beşatılan və iki cüt bir tək vətəndaşla nəinki imperiya qurmaq olmaz, hətta günün birində havadar arxadan çəkilərsə, zəif dövlətçilik belə itirilər.

Ermənilər isə yaxşı güzəran arzusuyla, can qorxusuyla “ana vətən” saydıqları məkandan köçür, dünyanın dörd bir tərəfinə, amma kompakt şəkildə yayılırlar. Gün gələcək, onlar çoxaldıqları həmin yerlərdə də aborigen xalqlara problem yaradacaqlar və “işıqlı xatirələr”lə yaşaya-yaşaya deyəcəklər ki, biz tarixən çox dövlət qurmuşuq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости