Свобода людям, независимость нациям!

Şantaj siyasəti – “SSRİ-dən ilk çıxan”, “Zaman”ı bağlayan, “Pravda”nı dəfn edənlərin KTMT hədəsi

2133 22.03.2023 11:45 Колумнисты A A

Son bir həftədə Ermənistanın KTMT-ni tərk etmək məsələsi barədə 3 fərqli informasiya yayıldı.

Birinci informasiya beləydi ki, baş nazir Nikol Paşinyanın analoji sözünə qüvvət verən parlament sədri Alen Simonyan demişdi: “Fakt ondan ibarətdir ki, Ermənistan KTMT-ni yox, KTMT Ermənistanı tərk edir”.

İkinci informasiyada bu məsələyə xatici dairələrin mövqeyi əks olunurdu: "Mənbələrimiz bildirir ki, Paşinyan ötən həftə Cermukda səfirlərlə görüşdə Fransa prezidenti Makronun ona KTMT-dən çıxmamaq barədə xəbərdarlıq etdiyini, çünki onların Ermənistanın təminatçısı rolunu üzərinə götürə bilməyəcəyini etiraf edib. Ermənistanın ABŞ-dakı səfiri Makunts əlavə edib ki, ABŞ tərəfindən dövlət katibi Entoni Blinken də analoji tövsiyəni Ermənistana çatdırıb".

1648234425_7f7c91a2-8a0e-3f47-a171-6fb4cce33e46_850.jpg (95 KB)

Üçüncü informasiyada isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanun mövqeyi əks olunurdu: “Ermənistan KTMT missiyasından heç vaxt imtina etməyib, qərar layihəsi müzakirə olunur... Bununla bağlı işlər davam etdirilir. Lakin əsas problem odur ki, KTMT aydın məsuliyyət sahəsini tanımır”.

Bunun adı nədir, bilirsiniz. Erməni siyasətçilərlə davamlı ünsiyyətdə, danışıqlarda, ilişkidə olan hər kəs bilir. Bunun adı da, özü də şantajdır və bu, 35 ildən çoxdur ki, erməni dövlət xadimlərinin sevimli siyasi fəndidir.

Söz yox, onlar 100-110 il əvvəl də bu üsuldan yararlanıblar, məqsədlərinə çatmaq üçün qonşu dövlətlərin siyasi xadimlərini, regiondakı ayrı-ayrı hərbi qüvvələrin komandanlarını, işləri keçən hər bir şəxsi şantaj ediblər.

İndi burada erməni siyasətçilərin “parlaq” siyasi şantajlarına dair bir neçə faktı göstərəcəyik.

pic006.jpg (563 KB)

İl 1988, ay fevral, məkan İrəvan və Xankəndi. Ermənilər hər iki şəhərdə Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana verilməsi tələbi ilə mütəşəkkil mitinqlər keçirirlər. İlk gündən aydın olur ki, onlar buna illərlə hazırlaşıblar və öz qətiyyətli, coşğulu hərəkətləri ilə həm Azərbaycan, həm də SSRİ rəhbərliyini şoka salıblar.

O vaxta qədər SSRİ daxilində (eləcə də xaricində, sosialist düşərgəsində) baş verən belə hərəkətlər mitinqçilərin üzərinə hərbi qüvvələrin yeridilməsi, nümayişçilərin gülləbaran edilməsi ilə, kütləvi həbslərlə nəticələnsə də, nə İrəvanda, nə də Xankəndidə bu cür hadisə baş vermir və ermənilər daha da həvəslənir, daha mütəşəkkil aksiyalar keçirirlər. Ancaq sovet rəhbərliyi qısa çəkən şok vəziyyətindən çıxır və anlayır ki, ermənilərin arzusunu həyata keçirmək, yəni Qarabağı tortdan dilim kəsirmiş kimi Azərbaycandan kəsib Ermənistana vermək mümkün deyil, əks təqdirdə qarşısıalınmaz proseslər baş verər, sovet imperiyası, kommunist rejimi ciddi sarsıntıya məruz qalar.

99900.jpg (141 KB)

Ermənilər niyyətlərinin asanlıqla həyata keçmədiyini görərək şantaja əl atırlar. İrəvanda keçirilən mitinqlərdə şüarlar qaldırılır: “Ermənistan müttəfiq respublika olaraq Sovet İttifaqını tərk etməli, suveren dövlət olmalıdır!”

Bu zaman onlar həm SSRİ-nin, həm də Ermənistanın konstitusiyalarına istinad edirlər. Hər iki konstitusiyada nominal olaraq belə bir müddəa var: “Müttəfiq respublika SSRİ-ni tərk etmək hüququna malikdir”.

Hamı bilir ki, bu müddəa konstitusiyaya beynəlxalq birliyin gözündə SSRİ-də hüquq və azadlıqların təmin olunmasına dair yalançı rəy yaratmaq üçün salınıb və indiyə qədər heç bir respublika bu müddəadan yararlanmaq fikrinə düşməyib. Hətta buna eyham ola biləcək təşəbbüslər bir qayda olaraq rüşeymindəcə boğulub, təşəbbüskarlar ciddi şəkildə cəzalandırılıb.

Putin-Gorbachev.jpg (90 KB)

Budur, ermənilər sovet konstitusiyasının heç vaxt işləməyən müddəasından yapışıblar. Bu, bir ilkdir, amma yoluxucu ola bilər. Fəqət həyat yoldaşının şəxsi əlaqələri və iradəsi ilə ermənilərin “haqq işi”nə dəstək verən sovet lideri Mixail Qorbaçov 1988-ci ilin yayında hər iki respublikanın partiya-təsərrüfat rəhbərləri və ziyalılarıyla keçirilən görüşdə öz məsuliyyətini anlayaraq ortaya mövqe qoyur, şantaja boyun əymədiyini göstərir və müttəfiq respublikaların sərhədinin onların icazəsi, razılığı olmadan dəyişdirilə bilməyəcəyini elan edir.

Bəs ermənilər sakitləşirmi, şantaj siyasətindən əl çəkirmi? Əsla.

Vəziyyət gərginləşməkdə davam edir. 1990-cı ilin mayında ermənilər yerli kompartiyanı tamamilə diskreditasiya edir, Levon Ter-Petrosyan və Vazgen Manukyan başda olmaqla “qeyri-kommunist liderlər”i parlament rəhbərliyinə seçir, Moskvaya göstərirlər ki, onun Ermənistanda nüfuzu yerlə bir olub və Kremlin adamları hakimiyyətlərini itirəcəklər. Prosesin gedişində elə də olur. 1991-ci ilin mart ayının 10-da SSRİ-nin saxlanılmasına dair bütün ölkə ərazisində referendum keçiriləndə ermənilər referenduma qatılmır, faktiki olaraq SSRİ-dən çıxdıqlarını bəyan edirlər.

1509243792_0_243_2999_1945_600x0_80_0_0_39692555c2b80e9e880ba790c596146c.jpg (35 KB)

Daha sonra SSRİ tarixində ilk dəfə olaraq “Zaman” televiziyasının xəbərlər buraxılışının translyasiyası məhz Ermənistanda dayandırılır və ermənilər Moskvaya mesaj verirlər ki, onlar üçün Moskvanın zamanı işləmir.

Bir az sonra Sov.İKP MK-nın Siyasi Bürosuna daha bir şantaj mesajı verilir. MK-nın rəsmi orqanı olan “Pravda” qəzetinin növbəti nömrəsi satışa buraxılmır, abunəçilərə çatdırılmır, tabutlara qoyulur və nümayişkaranə şəkildə dəfn edilir. Bununla da ermənilər Qarabağ üçün hər bir addıma hazır olduqlarını bildirirlər.

Nəhayət, ermənilərin başlatdığı dağılma prosesi bütün SSRİ-ni sarır, mərkəzdənqaçma prosesi başlayır və 3 ilin içində, 1991-ci ilin dekabrında SSRİ süqut edir. Bütün müttəfiq respublikalar, rusların sevimli ifadəsi ilə desək, “milli mənzillər”ə dağılırlar, Moskvanın yanında isə vaxtilə SSRİ-ni tərk etmək barədə şüarı ilk qaldıran, mərkəzi televiziyanın translyasiyası öz ərazisində dayandıran, “Pravda” qəzetini dəfn edən Ermənistan qalır. Hətta Rusiyanın əzəli və əbədi müttəfiqi Belarus belə Moskvadan asılılığını zəiflətməyə çalışarkən, məhz Ermənistan Rusiyanın Krasnodar diyarı kimi “federal subyekt”ə çevrilir.

Sonrakı illərdə də ermənilərin həm Moskvanı, həm Parisi, eləcə də Vaşinqtonu şantaj etmək, fakt qarşısında qoymaq cəhdləri sona yetmədi, davam etdi və etməkdədir. İndi KTMT-dən çıxmaq, Qərbə yaxınlaşmaq məsələsi də həmin silsilə şantajların bir epizodudur. Erməni siyasilər bu yolla Rusiyadan tələb edirlər ki, onların əvəzindən Qarabağda Azərbaycanla savaşa girsin və “itirilimiş torpaq”ları yenidən onlara qaytarsın.

5677-1637582784.jpg (26 KB)

Eyni zamanda ermənilər xeyli dərəcədə Ermənistanda möhkəmlənmiş Qərb dairələrini də şantaj edirlər ki, əgər Rusiya yenidən bu ölkədə nüfuz qazansa, hörmətə minsə, onları qovacaq, demək, Qərb Ermənistana kömək etməlidir.

Bax, beləcə, ermənilər 35 ildir ki, dünyanı şantaj edə-edə bu yerə qədər gəliblər. Onların bir çox siyasi paytaxtları öz dotələblikləri ilə bezdirdikləri artıq sirr deyil. Görək, axırları necə olacaq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости