Свобода людям, независимость нациям!

Şallaq qorxusu olmadan yaşamaq....

1562 05.11.2022 14:50 Колумнисты A A

 

Pandemiyadan qabaqkı ilin yayı idi, axşamın sərinində dənizkənarı bulvarda aram-aram gəzişirdim. Birdən gözümə 30-40 metr aralıdan qənşərimə gələn iki cütlük sataşdı. 35+ və ya 40- yaşda adamlar idi – iki qadın və iki kişi. Qadınlar boyama əsəri sarısaçlıydılar, kişilər isə Bakı sakinlərindən (həm də o yaşdakılardan) fərqli olaraq nisbətən uzun saçlıydılar – bir zamanlar Al Banonun (“Feliçita”nı oxuyan kişi) saxladığı saç kimi.

Aydın məsələydi ki, onlar buralı deyillər. Dərhal ağlıma gəldi ki, ən azı yarısı (yəni kişilər) iranlıdır. Cütlüklər tuşuma yaxınlaşanda gümanım tam doğruldu – hamısı iranlıydı. Amma onlarda diqqətimi cəlb edən məqam nə saçlarıydı, nə də görünüşləri. İki cüt ər-arvaddan (böyük ehtimalla) ibarət olan bu insanlar təzə nişanlanmış gənclər kimi gah ələ-ələ tutuşur, gah bir-birinn qoluna girir, dayana-dayana, sağa-sola addımlar ata-ata, azca da uca səslə danşıb-gülürdülər. Bir kəslə işləri yox idi, sadəcə, Bakı yayının axşam sərinində bir audensiyada olmağın dadını çıxarırdılar.

Adama qəribə gələn şey bu yaşda adamların belə davranmasydı. Bizim o yaşda adamlar - ər-arvad cütlüklər ictimai yerdə elə etməzlər, özlərini sevgili tələbə gənclər kimi aparmazlar.

Ancaq bu hərəkətin sirri-filanı da yox idi, İrandakı durumu bilən hər kəs nədən cütlüklərin belə davrandığını anlaya bilərdi.

Onlar öz ölkələrində heç zaman belə olmayıblar. Nişanlıların xiyabanda bir-birinin əlindən tutub, qoluna girib gəzməsi nədir, hamının eşidəcəyi tərzdə deyib-gülməsi nədir? Elə şeymi olar? Din-iman əldən gedər. Bəs pastarlar, sərbazlar, sair keşikçilər nədən ötrüdür? Onlar belə “əxlaqsızlığın” qarşısını almağa mükəlləfdirlər.

Görünür, mənim gördüyüm cütlüklər də azı 10 illik evliliyin ardından Bakıya gəlimişdlər və asudə, rahat günə çıxmışdılar. Güman ki, qadınlar otelə çatanda (bəlkə də sərhədi keçən kimi) kələğayılarını çıxarıb saçlarını açıblar, əyinlərinə yaraşan paltarlardan birini geyib, halalca ərlərini də qoltuqlarına vurub çıxıblar Bakının gözəgəlimli, axar-baxarlı bulvarına ki, necə deyərlər, şallaqlanmaq qorxusu olmadan fələkdən bir gün qoparsınlar.

Onlar məmnun və xoşbəxt şəkildə, heç kəsə dəyib-dolaşmadan, bir kimsəni narahat etmədən, ətrafdakıların əxlaqını pozmadan keçib getdilər. Mən isə onlara baxa-baxa gözəgörünməzə və hər cür libasda yanımdan ötüb keçən insanların halına şükür edəsi oldum.

Bu mövzuda başqa bir söhbəti bu ilin yayında İsmayıllıda olarkən ekoloq məmurlar danışdılar.

Demək, region ölkələrinin ekoloqları Türkiyədə keçirilən tədbirə toplaşıbmış. Tədbirdə İrandan da bir neçə nəfər iştirak edirmiş. Yemək-içmək vaxtı gəlir, bu biri ölkələrdən olan mütəxəssislər süfrə arxasında spirtli içkilərdən istemal edərkən fikir verirlər ki, iranlı ekoloqlardan biri içkiyə çox tamahla baxır, sanki içmək istəyir, amma çəkinəcəyi var. Bizim ekoloqlardan biri deyir ki, qardaş, İranda deyilsən ki. içməyə qorxasan, süzək, götür, iç. Adam sağa-sola baxır, deyir, ağa, içməyə qalsa, içmək istəyirəm e, amma tək içə bilmənəm, siz mənimlə gələnlərə deyin, onlar da içsinlər, ondan sonra içim. Yoxsa İrana qayıdanda bunlar məni şallaqlatdıracaqlar...

Adam 150 qram spirtli içkini o şərtlə içə bilər ki, səfər yoldaşlarının hamısı içsin, sonra gedib bir-birini satmasınlar, “o, Türkiyədə şərab içdi” deməsinlər.

Pivədir, şərabdır, lap elə araqdır, bunlar heroin deyil, kokain deyil, nə bilim, patı-matı da deyil, içəndə nə olacaq? İki saatdan sonra sərxoşluğu da qalmır, çəkilib gedir.

Amma işə baxın, bir şüşə arpa suyuna təhəmmül etməyən ölkədə hər il yüz tonlarla ağır narkotik maddə istehsal olunur, özləri də istifadə edir, sərbəst şəkildə qonşu ölkələrə də “pay” göndərirlər. Məsələn, bizə tiryək və sair narkotik maddə daşıyanları, gəlib Bakıda patı laboratoriyası açanları, bu iş üstə tutulub İrana ekstradisiya edilənləri İranda nəinki krandan asmırlar, heç şallaqlamırlar da.

150 il əvvəl gərək ki, Engels öz dinlərini nəzərdə tutaraq demişdi ki, din xalq üçün tiryəkdir. İndi Əfqanıstan və İran kimi ölkələrin narkotik birtkilər becərən təsərrüfatlarını və narkotik maddələr istehsal edən sənayesini nəzərə alsaq, ağsaqqalın sözünə yüngülvari dəyişiklik etməliyik – bəzi yerlərdə tiryək xalq üçün dindir.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости